Haqqımızda

Böyük investorlar hər zaman uzağa baxır — onlar üçün investisiya qısamüddətli qazanc deyil, uzunmüddətli bir yolculuqdur. Əsas olan sürətli nəticə yox, daim oyunda qalmaq və məqsədə doğru ardıcıl irəliləməkdir. Məhz buna görə biz saytımıza və Telegram kanalımıza “İnvestisiya marafonu” 🏃🏻‍➡️ adını verdik. Bu, səbirlə və düşüncəli addımlarla irəliləyən bir maliyyə yoludur.

🎯Hədəfimiz — Azərbaycanlı oxucularımıza investisiya dünyasını sadə və aydın dildə izah etməkdir. Bu aləmin qəhrəmanlarını və kölgədə qalan simalarını, klassik və yeni kitabları, populyar və fərqli ideyaları sizə tanıtmaq istəyirik. Burada həm şirkət və bazar təhlilləri, həm də ilham verən hekayələr yer alacaq.

Missiyamız — maliyyə savadlılığını artırmaq👨🏼‍🎓, investisiya aləminə maraq oyatmaq və bu sahəni daha geniş kütləyə anlaşılan və cəlbedici şəkildə təqdim etməkdir. Çünki investisiya dünyası yalnız rəqəmlərdən ibarət deyil — o, həm də düşüncə tərzidir, dünyagörüşüdür.