SALAMLAR

SALAMLAR

Bir ilə yaxın Telegram Kanalımızda paylaşdığımız yazılarımızı artıq internet saytda da bölüşməyi düşündük. Məqsədimiz Azərbaycan auditoriyasında investisiyalara marağı artırmaqdır. Paylaşımları bir neçə rubrikada təqdim etməyi planlayırıq:

Şəxsiyyətlər 😎

Burada sizi investisiya dünyasının “qəhrəman” və “mübahisəli personajları” ilə tanış edəcəyik. Onların investisiya fəlsəfəsi, uğurları və uğursuzluqları, həmçinin hazırkı bazar baxışları müzakirə olunacaq.

Kitablar 📚

Mövzu üzrə saysız-hesabsız kitablar mövcuddur. Öz təcrübəmizə əsaslanaraq seçilmiş siyahı təqdim edəcəyik və əsas ideyalarla sizi tanış etməyi düşünürük. Mətnə həddindən artıq dərindən getməyəcəyik, ki, oxuyub oxumamaq qərarını özünüz verə biləsiniz.

Maraqlıdır ‼️

Bu bölmədə maraqlı faktlar, analitik araşdırmalar, tarixi hadisələr və daha bir çox mövzulara toxunacağıq. Hər kəs üçün faydalı və düşündürücü olacağına inanırıq.

Nəzəriyyə və praktika 🧠

Müxtəlif şirkətləri, strategiyaları, ideyaları təhlil edərək, Sizlərlə bölüşəcəyik. Ancaq təbii ki bunlar investisiya məsləhəti deyil (!)


QOŞULDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR. 🤝

İNVESTİSİYA ETMƏK AĞILLI YANAŞMADIR!🫵