4 milyardlıq "Short Squeeze".

4 milyardlıq "Short Squeeze".
Photo by Paris Bilal / Unsplash

Çərşənbə axşamı, 21 aprel 2026-cı il maliyyə dərsliklərinə hiylənin məntiq üzərində qəti qələbə çaldığı gün kimi tarixə düşəcək. Həmin gün Bloomberg terminallarının ekranlarında əsl qırğın yaşanırdı. Çoxmilyardlıq borcu və “darıxdırıcı” biznesi olan avtomobil icarəsi şirkəti Avis Budget Group (ticker: CAR) səhmləri çox qısa zaman ərzində qəfil 6 (!) dəfə bahalaşdı. 📈🔥

Ancaq bu, adi yüksəliş deyildi. Bu, mükəmməl planlaşdırılmış pusqu idi. Bazarın iki böyük oyunçusu “qısa mövqe” tutan satıcıları (şortçuları) marjin-kolları ilə təkbətək qoydu. 🧨

“Short Squeeze” nədir?🤏

Hadisənin detallarına keçməzdən əvvəl treyderlərin “Short Squeeze” (“qısa sıxılma”) adlandırdığı mexanizmi anlamaq vacibdir.

Təsəvvür edin ki, siz nəinsə qiymətin düşməsindən pul qazanmaq qərarına gəlmisiniz. Misalçün qonşudan hazırda $1000 dəyərində olan nadir bir telefon borc alırsınız. Dərhal onu bazarda $1000-a satırsınız və düşünürsünüz ki, bir həftədən sonra bazar bu telefonlarla dolacaq və qiymət $200-ə düşəcək. Məqsədiniz: telefonu sonradan $200-a geri almaq, qonşuya qaytarmaq və $800 fərqi cibə qoymaq. Bu “şort” (qısa satış) əməliyyatın çox sadə təsviridir. 💡

Amma birdən işiniz plana uyğun getmir. Məlum olur ki, şəhərdə telefonlar demək olar qalmayıb və onlara olan tələb artıb. Qiymət $1000-dan $5000-a qalxır. Qonşu zəng edib əşyanı dərhal geri istəyir. Borcu qaytarmaq üçün bazara qaçıb $5000-a almağa məcbur olursunuz. Sizin almaq istəyiniz özü də tələbi artırır və qiyməti daha da şişirdir. Nəticədə siz artıq $8000-a alırsınız və havadan minlərlə dollar itirirsiniz. 😬

Burada çox vacib bir məqam var – əgər telefonu vaxtında qaytarmasanız, rəsmi olaraq müflis sayılırsınız və bunun bütün nəticələri ilə üzləşirsiniz. ⚠️Yəni “oldu da, sonra qaytararam”, “yerinə başqasını verim”, “üzürlü say, təcili rayona getməliyəm, qayıdan kimi həll edəcəm” kimi “variantlar” keçmir.


Fəlakətin xronologiyası: Aprel 2026 📅

1. Fırtına öncəsi sakitlik (Martın sonu — 1 aprel)

Avis səhmləri $100–$120 aralığında ticarət olunurdu. Analitiklər şirkətə skeptik yanaşırdı: $6 milyardlıq borc və çətin bazar şəraiti etibar yaratmırdı. “Short Interest” səviyyəsi kritik 20%-ə çatmışdı. Yəni hər beş səhmdən biri borc alınıb və daha ucuz geri alma ümidi ilə satılmışdı.

2. Şaquli sıçrayış (15–21 aprel) 🚀

Bu anda oyuna hedge-fond Pentwater Capital Management daxil oldu. Birdən məlum oldu ki, onlar paylarını aqressiv şəkildə 22%-ə qədər artırıblar. Təxminən 50% paya malik köhnə səhmdar SRS Investment Management ilə birlikdə bu iki nəhəng bazardakı səhmlərin 70%-dən çoxunu nəzarətə götürdü.

Daha sonra ortaya çıxdı ki, bu iki struktur opsionlar vasitəsilə faktiki olaraq mövcud səhmlərin 108%-nə qədərini idarə edir. Bazarda fiziki çatışmazlıq yarandı. Şortçular borc aldıqları səhmləri qaytarmaq məcburiyyətində qalıb alışa qaçdılar, amma artıq almağa satıcı yox idi. Pentwater və SRS hamını küncə sıxdı (ona görə adı “short squeeze”-dir). Qiymət $700-a qalxdı və 21 aprel pik nöqtəsində $850-ə toxundu. 🔥

3. Çöküş (22–24 aprel) 📉

Hər süni köpük kimi, bu sıxılma da böyük oyunçular mənfəəti realizə etməyə başlayanda partladı. Onlar sakitcə səhmlərini satdılar və 22 apreldə qiymət bir gün ərzində 37,8% düşdü, ticarət həcmi isə nəhəng $7,5 milyarda çatdı. Həftənin sonuna qiymət normal olan $150–$200 aralığına qayıtdı.

Nəticələr: Kim qazandı, kim itirdi? 💰

Qaliblər: 🏆

  1. SRS və Pentwater: Kağız üzərində qazanc milyardlarla dollar idi. Hətta qiymət geri çəkilmədən sonra belə çox böyük mənfəətdə qaldılar.
  2. Avis Budget Group: Şirkətin özü də fürsətdən yararlandı və $2,68 milyardlıq səhmlərin yerləşdirilməsi razılaşması bağladı. Bu, ona borclarını ödəmək üçün inanılmaz yüksək qiymətlərlə kapital cəlb etməyə imkan verdi.

Uduzanlar: 💸

  1. Şortçular: Aşağı istiqamətinə oynayan fondların ümumi zərəri 2026-cı ilin aprelində təxminən $4,2 milyard qiymətləndirilir.
  2. Gecikmiş retail investorlar: Və təbii ki “Hype” (FOMO) dalğasında $700–$800-dən alanlar cəmi 48 saatda kapitalının 60%-dən çoxunu itirdi. 😵

Bu hadisədən iki dərs çıxarmaq olar:

- Bazarda mövcud olmayan şeyi satırsınızsa, sahibinin sizə deyəcəyi istənilən qiyməti ödəməyə hazır olun.

- Wall Street-də ən təhlükəli oyunçular – kimin əlində hansı kartların olduğunu hesablaya bilənlərdir. 🃏