💄 "Pomada Effekti" (Lipstick Effect)

💄 "Pomada Effekti" (Lipstick Effect)
Photo by Evangeline Sarney / Unsplash

İnvestisiya aləmində “The Big Short” kitabının və eyniadlı filmin qəhrəmanı Michael Burry ilə bağlı son sövdələşmələr aktiv şəkildə müzakirə olunur (bu şəxs haqqında biz mütləq “Şəxsiyyətlər 😎” rubrikamızda ətraflı yazacağıq).

Son hesabata əsasən, Michael Burry portfelindəki bütün səhmləri satıb, yalnız bir şirkətin – Estee Lauder-in (EL) səhmlərini saxlayıb. Adi bazar şəraitində bu qərar qeyri-adi görünsə də, istehlakçı davranışı və iqtisadi tendensiyalar fonunda bu, məntiqli görünür.


"Pomada Effekti" (Lipstick Effect) – nədir və necə işləyir?

Bu, iqtisadi tənəzzül dövrlərində kosmetika satışlarının artması ilə müşahidə olunan fenomendir. İnsanlar böyük alış-verişlərdən (avtomobil, mebel və s.) imtina etsələr də:

• Özlərinə inamı və cəlbediciliyi saxlamaq istəyirlər,

• Bu isə kiçik, lakin simvolik xərclərə üstünlük verməyə gətirib çıxarır.

Bu mövzuda yazılmış bit məqalənin əsas fikirlərini sizinlə paylaşmaq istərdim


📚 «Boosting Beauty in an Economic Decline: Mating, Spending, and the Lipstick Effect» məqaləsindən əsas nəticələr

Tədqiqat çərçivəsində 5 eksperiment aparılıb və nəticələr statistik olaraq təsdiqlənib:

  1. İşsizlik artdıqda mebel, elektronika və əyləncəyə xərclər azalır, amma kosmetik məhsulların satışı artır.
  • Kosmetika “kiçik lüks” hesab olunur və insanlar bunu almağa davam edirlər.
  • Bu, kosmetika şirkətlərini iqtisadi tənəzzüllərə qarşı daha dayanıqlı edir
  1. Effekt həm kişilərdə, həm qadınlarda müşahidə olunur, lakin qadınlarda daha güclüdür.
  • Qadınlar kosmetikanı daha çox özünü təqdimetmə və sosial məqsədlərlə istifadə edirlər.
  1. Maliyyə cəhətdən sabit partnyor axtaran qadınlar effektə daha çox məruz qalırlar.
  • İqtisadi qeyri-müəyyənlik şəraitində təhlükəsizliyə meyil cəlbedici görünmək istəyi ilə nəticələnir.
  1. Qadınlar maliyyə imkanlarından asılı olmayaraq daha bahalı və prestijli məhsullara maraq göstərirlər.
  • Bu isə premium kosmetika markalarının tənəzzül dövrlərində də satışını qoruyub saxlaya bilər.
  1. Reklamlarda “cəlbediciliyi” vurğulanan məhsullar daha çox satılır.
  • Kosmetika romantik və sosial məqsədli vasitə kimi qəbul edilir və bu mesajı verən reklamlar daha effektiv olur.

💼 İnvestisiya baxımından nəticələr

• Xüsusilə premium seqmentdə fəaliyyət göstərən kosmetika şirkətləri, məsələn Estee Lauder, iqtisadi geriləmə dövründə "qoruyucu aktiv" kimi çıxış edə bilər.

• Davranış iqtisadiyyatı faktorları, o cümlədən Pomada effekti (Lipstick Effect), investisiya portfellərinin diversifikasiyasında nəzərə alına bilər.

• Böyük investorların qərarları spekulyativ deyil, istehlakçı davranışının dərin təhlilinə əsaslanır.