Maliyyə kosmologiyası
Bu günə qədər bloqumuzda bazar xaosunun səbəblərini yalnız Yer üzərində axtarmışıq. Məsələn, futbol üzrə milli komandanın pley-off mərhələsində məğlub olması ölkənin birja indeksindən orta hesabla dərhal 0,38% silir (milli miqyasda kult xarakterli faciələr zamanı isə bir sessiyada 5,5%-ə qədər). Biz həmçinin "Maliyyə meteorologiyası" məqaləsində, dünyanın maliyyə paytaxtları üzərində səhər buludluluğu səhmlərin gündəlik gəlirliliyini sistemli şəkildə necə təsir etdiyini də araşdırmışıq. ⚽🌧️
Amma insan irrasionallığının həqiqi miqyası Yer atmosferindən çox uzaqlara çıxır. Yerdən 384 000 kilometr uzaqlıqda yerləşən kosmik cismin bazarlara təsir etdiyini bilirdiniz mi?🌕📉
İqtisadi ölçmələrə əsaslanan yeni bir trillerə xoş gəlmisiniz. Burada baş rolu Ay oynayır, və effektiv bazar hipotezinin davamçıları kosmologiyanın qanunları qarşısında təslim olur. 🌙🚀
Wall Street astronomların hədəfində 🔭
2000-ci illərin əvvəlində Michigan Universitetinin maliyyə alimləri İlya Dichev və Troy Janes Ay fazalarının insan davranışına təsiri barədə qədim inancın doğruluğunu yoxlamağa qərar verdilər. Nəticələrin məqsədli şəkildə uyğunlaşdırılması ilə bağlı ittihamları istisna etmək üçün 100 ildən çox ticarət dövrü üçün Dow Jones Industrial Average (DJIA), S&P 500, NASDAQ və NYSE-AMEX indekslərinin gündəlik göstəricilərini əhatə edən nəhəng məlumat bazası topladılar.
«Lunar Cycle Effects in Stock Returns» adlı araşdırmada dərc olunan nəticələr peşəkar ictimaiyyəti şoka saldı. Alimlər ciddi və riyazi cəhətdən təkzibedilməz qanunauyğunluq müəyyən etdilər.
Kosmosun bazar nəbzi 📊🌕
Statistika göstərdi ki, səhmlərin gəlirliliyi yeni ay dövrlərində sistemli şəkildə dolunay (tam ay) dövrlərindəkindən daha yüksək olur. Dichev və Janes-in modelləri bu fenomeni konkret rəqəmlərlə təsdiqlədi:
- Dow Jones indeksi (1896–1999-cu illər): Yeni Ay ətrafındakı 7 gün ərzində indeksin orta gündəlik gəlirliliyi +0,035% təşkil etmişdir. Dolunay ətrafındakı 7 gün ərzində isə bu göstərici +0,017%-ə düşmüşdür. Başqa sözlə, Ayın böyümə fazasında bazar tam olaraq iki dəfə daha sürətlə yüksəlmişdir.
- S&P 500 indeksi (1928–2000-ci illər): Yeni Ay ətrafındakı 15 günlük intervalda orta gündəlik gəlirlilik +0,046%, dolunay ətrafındakı analoji intervalda isə cəmi +0,024% olmuşdur.
Skeptiklərin şübhələrini tam aradan qaldırmaq üçün müəlliflər 24 inkişaf etmiş ölkənin məlumatlarını birləşdirdilər. Nəticə də belə oldu: yeni Ay dövründə orta gündəlik nəticə +0,055%, dolunay dövründə isə cəmi +0,023% təşkil etmişdir.
Bununla yanaşı, ekonometrik test çox yüksək t-statistikasını — 3,43 göstərmişdir. Riyaziyyat dilindən tərcümə etsək, bu əlaqə 99.9 %-dən artıq ehtimalla düzdür.
Gündəlik rəqəmlər kiçik görünsə də, illik ifadədə bu “Ay fərqi” qlobal bazarda 7%-dən 10%-ə qədər təşkil edir. Yəni yalnız yeni Ay dövründə səhmlər alan və dolunay zamanı nağd pula keçən investor klassik “al və saxla” strategiyasını bazar riskinə görə orta tarixi mükafatı belə üstələyən fərqlə qabaqlayır. 💰🌙 (təbii ki əməliyyat xərcləri bu effekti xeyli azaldacaq)
Anomaliyanın qlobal miqyası 🌍
Daha sonra onların həmkarları — Katy Yuan, Lu Zheng və Qiaoqiao Zhu — məşhur «Are Investors Moonstruck?» araşdırmasında coğrafiyanı 48 ölkəyə qədər genişləndirdilər. Onlar məlumatları bütün məlum təqvim anomaliyalarından (“yanvar effekti”, “cümə effekti”, bayram günləri və s.) təmizlədilər. Gəldikləri nəticələ də belə idi:
Dolunay ətrafındakı 15 günlük intervalda qlobal səhmlər portfelinin orta gündəlik gəlirliliyi yeni ay günləri ilə müqayisədə sabit şəkildə 4,34 baza bəndi (0,0434%) azalır. İllik miqyasda bu anomaliya qlobal bazardan tam olaraq 5,4% xalis gəlirlilik aparır. İnkişaf etməkdə olan bazarlarda 7 günlük analiz zamanı bu geriləmə daha da dərindir — fərq illik 8,3%-ə çatır.
Bu effekt hardan yaranır? 🧠💡
Əlbəttə ki, investisiya banklarının treyderləri gecə saatlarında «Alatoran” ("Twilight") filminin qəhrəmanları kimi canavara çevrilmir və Manhattan göydələnlərinin damında Aya ulayaraq gəzmirlər. İzah sərt endokrinologiya ilə davranış iqtisadiyyatının kəsişməsində yerləşir.
Müasir tibbi tədqiqatlar təsdiqləyir ki, dolunay dövrlərində insan orqanizmində melatonin hormonunun ifrazı azalır. Bunun nəticəsində yuxunun müddəti orta hesabla 20–25 dəqiqə, dərin yuxu fazası isə 30% azalır. 😴🌕
Bütün dünyada milyonlarla investor, analitik və fond meneceri dolunay günlərində sadəcə olaraq kifayət qədər yatmır. Makro səviyyədə bu mikroskopik bioloji dəyişiklik kollektiv əhvalın pisləşməsinə və koqnitiv yorğunluğa çevrilir. Yuxusuz insan şüuraltı olaraq daha ehtiyatlı davranır, riskə meyli azalır və aktiv hərəkətlərdən uzaq qalır. Heç kim panikaya düşmür, lakin “alışı təxirə salım” və ya “mənfəəti elə indi reallaşdırım” kimi milyonlarla kiçik qərar bazardan hər gün həmin cüzi gəlirliyi alır.📚💰
Və Sizə məsləhətimiz: əgər maliyyə məsləhətçiniz portfelinizin risklərini tam nəzarətdə saxladığını iddia edirsə, ondan modelinə Ay fazalarını daxil edib etmədiyini soruşun? Çünki kosmos metodik şəkildə onun potensial gəlirinin 10%-ə qədərini əlindən ala bilər. 🚀📉
Bazarlar açılmamış, gedim bir də bürc falıma baxım.