Avtomobil dünyasının seriallara layiq hekayəsi

Avtomobil dünyasının seriallara layiq hekayəsi
Photo by Julian Hochgesang / Unsplash

Dostlar, bir çoxumuz bilirik ki, Porsche şirkəti avtomobil konserni Volkswagen-ə məxsusdur. Amma çox az adam bilir ki, bu, derivativlər, şort-skviz və investorlar üçün milyardlarla zərərlə nəticələnən bir əməliyyat sayəsində baş verib. Başlayaq. 🚗💥

📉 2008-ci ilin oktyabrı Böyük Maliyyə Böhranının ən qızğın dövrü idi. Dünya bazarları çökürdü, banklar bir-birinin ardınca müflis olurdu, investorlar isə panika içində əllərinə keçəni satırdılar.

Lakin bu apokalipsis fonunda Frankfurt birjasında anomal bir möcüzə baş verdi: avtomobil nəhəngi Volkswagen (VW) səhmləri qəfil göylərə yüksəldi və şirkəti bir neçə gün ərzində dünyanın ən bahalı şirkətinə çevirdi. 🚀

David Qoliafa qarşı ⚔️

2005–2007-ci illərdə hedc-fondlar kütləvi şəkildə Volkswagen səhmlərinin ucuzlaşmasına oynayırdılar. Məntiq sadə idi: şirkət ağır hərəkət edən, borcla yüklənmiş və qeyri-effektiv görünürdü.

Peşəkar oyunçular qısa mövqelər (şortlar) açırdılar: brokerlərdən VW səhmlərini borc götürərək, bazarda satırlar. Qiymət düşəndə onları daha ucuz geri alıb borcu qaytarmağı və aradaki fərqi özlərinə qazanc kimi götürməyi planlaşdırırdılar. 📊

Amma onlar Porsche rəhbərliyinin ambisiyalarını nəzərə almamışdılar — baş direktor Wendelin Wiedeking və maliyyə dahisi Holger Härter. Onlar çılğın bir plan qurmuşdular: daha kiçik Porsche şirkəti gizli şəkildə nəhəng Volkswagen-i ələ keçirməyə qərar verdi. 😈Bəli, səhv oxumadınız. Məhz Porsche VW-ni almağı planlayırdı.  

Porsche-un gizli silahı: səhmlər əvəzinə opsionlar 🎭

Əgər Porsche birjada VW səhmlərini alsaydı, o zaman 3%, 5%, 10% və s. hədləri keçərkən paylarını ictimai şəkildə açıqlamalı olacaqdı. Bu isə dərhal qiyməti şişirdəcəkdi.

Sistemi aldatmaq üçün Härter dost banklar vasitəsilə optionlar ilə mürəkkəb sxemdən istifadə etdi. Porsche səhmlərin özünü almırdı — əvəzində səhmlərin qiymət fərqini əldə etmək hüququ verən müqavilələr alırdı. O dövrün Almaniya qanunlarına görə, belə derivativlər (törəmə maliyyə alətləri) ictimai açıqlama tələb etmirdi. 🕵️‍♂️

Hedc-fondlar sərbəst dövriyyədə guya hələ çox səhmin qaldığını görür və sakitcə Volkswagen-i şortlamağa davam edirdilər.

Woll-street-in bazar günü kabusu 😱

Pusqu 26 oktyabr 2008-ci il, bazar günü qapandı. Porsche qısa bir press-reliz yayımladı və bu, bütün maliyyə dünyasını şoka saldı.

Şirkət elan etdi ki, artıq Volkswagen səhmlərinin 42,6%-nə birbaşa sahibdir və əlavə olaraq 31,5%-lik opsionlar toplayıb.📌 Porsche-un yekun nəzarəti: 74,1%

İndi isə şort-sellerlərin həyatını cəhənnəmə çevirən sadə riyaziyyatı işə salaq:

74,1% səhmlərə Porsche nəzarət edir (və satmaq fikrində deyil).
20,1% səhmlər Aşağı Saksoniya torpağının hökumətinə məxsusdur (qanunla bloklanıb və satılmır).
94,2% səhmlər faktiki olaraq kilidlənib. 🔒
• Azad bazarda cəmi 5,8% səhm qalıb.

Eyni zamanda bazarda hedc-fondlar tərəfindən səhmlərin təxminən 12%-i şort satılmışdı.

Burada da “Kərəmi ağlamaq tutur”: fondlar brokerlərə, sərbəst dövriyyədə fiziki olaraq mövcud olan səhmlərdən iki dəfə çoxunu qaytarmalı idilər. 💣

📅 27 oktyabr, bazar ertəsi, birja açıldı və tarixi panika başladı.

Hedc-fondlar anladılar ki, ölümcül tələyə düşüblər. Şortlarını bağlamaq və zərərləri dayandırmaq üçün təcili VW səhmləri almalı idilər. Amma satacaq adam yox idi.

Klassik short-squeeze baş verdi: sıfır təklif qarşısında ümidsiz tələb. 🔥

• Cümə günü VW səhmləri təxminən €210 idi.
• Bazar ertəsi qiymət €520-yə sıçradı.
• Çərşənbə axşamı, 28 oktyabrda, panikanın zirvəsində kotirovkalar bir səhm üçün €1005-i keçdi. 📈

Həmin anda Volkswagen-in bazar kapitallaşması $370 milyardı keçdi. Alman avtomobil istehsalçısı bir neçə saatlıq Yer üzünün ən bahalı korporasiyasına çevrildi. 👑

Dünyanın ən böyük hedc-fondları saatda milyardlarla dollar itirirdi.

Maliyyə sistemini sözün əsl mənasında məhv etdiyini anlayan Porsche mərhəmət göstərərək bazara 5% səhm buraxmağa razılaşdı və beləliklə şortçuları tam müflis olmaqdan xilas etdi. Qiymətlər aşağı düşməyə başladı, amma iş artıq görülmüşdü: bu beş gün ərzində hedc-fondların ümumi itkisi təxminən $30 milyard qiymətləndirilir. 💀

Amma bu hekayə burda bitmir.

Bu sxemi həyata keçirmək üçün Porsche banklardan nəhəng kreditlər götürmüşdü. 2009-cu ildə qlobal böhran avtomobil sənayesini tam gücü ilə vuranda kredit bazarları dondu. Porsche nəhəng borcunu yenidən maliyyələşdirə bilmədi və özü də iflasın astanasına gəlib çıxdı. 🏦

Nəticədə güzgü effekti yaradan bir tvist baş verdi: Volkswagen Porsche-u satın aldı, və onu öz brendlərindən birinə çevirdi.

Wendelin WiedekingHolger Härter işdən çıxarıldılar və sonradan bazar manipulyasiyası ittihamı ilə məhkəmə qarşısına çıxdılar (baxmayaraq ki, nəticədə bəraət aldılar). ⚖️

Serial burda bitmir. Və indi daha bir maraqlı detal 🤯

Porsche AG avtomobil istehsalçısı Volkswagen AG-yə məxsusdur. Bəs Volkswagen AG kimə məxsusdur?

İnanmazsız, o da Porsche Automobil Holding SE-yə məxsusdur (!) 🔄🚗