İnvestisiya strategiyaların müqayisəsi (Aprel 2026)

İnvestisiya strategiyaların müqayisəsi (Aprel 2026)
Photo by Kier in Sight Archives / Unsplash

Bizə Telegram kanalından qoşulmayanlar üçün qeyd edək ki, 2025-ci ilin Noyabr ayından biz hər ay 5 portfel strategiyasının müqayisəni aparırıq 📊

ALL Weather Portfolio 🌦️ – Bu portfel məşhur investor Ray Dalio prinsiplərinə əsaslanır. Bu barədə saytımızda yazmışıq. Bu strategiyanı xarakterizə edən alət kimi biz ALLW ETF-ni seçmişik.

Magic Formula ✨ – Bu strategiya Joel Greenblatt metodlarına əsaslanır. Bu barədə ətraflı məlumatı səhifəmizdə tapa bilərsiniz. Strategiyanın əsas ideyası – investisiya kapitalına görə gəlirlilik və qiymət/gəlir nisbəti baxımından ən yaxşı olan 30 şirkətin seçilməsidir. Strategiyaya uyğun olaraq, biz portfeli hər 3 aydan bir yenidən balanslaşdırırıq 🔄. Sonuncu dəfə bunu fevral ayının sonunda etmişik.

GARP 📈 – Bu strategiya artım(growth) səhmlərini seçir, lakin yalnız qiyməti şişirdilməmiş olanları. Bu barədə daha ətraflı burada oxuya bilərsiniz. Nümunə kimi biz GARP ETF-ni istifadə edirik.

Həmçinin müqayisə üçün biz S&P 500 və NASDAQ indekslərinə investisiya edən iki passiv strategiyanın gəlirliliyini də göstəririk. Bunun üçün biz ETF SPYETF QQQ seçmişik 📊

Əvvəlki aylıq nəticələr kanalımızda təqdim olunub, bu gün isə sizə aprel ayının nəticələrini və eksperimentin başlanğıcından etibarən ümumi göstəriciləri təqdim edirik 📅

Gözlənildiyi kimi, aprel bütün portfellər üzrə çox yaxşı nəticələr göstərdi 🚀 və bunun sayəsində bütün strategiyalar ümumi dövr üzrə müsbət zonaya keçdi. Lider isə hələ də sehirli Magic Formula portfelidir 🏆

Adətən may ayı sakit və gəlirlilik nəzərdən zəif olur. Görək bu dəfə necə olacaq. Bir ay sonra nəticələri Sizlərlə bölüşəcəyik.