“Dividend Detektivin” sirri.
1966-cı ildə, Amerika iqtisadiyyatı turbulent zonasına daxil olmağa başlayanda, San Diego və New York investisiya bankirlərinin masalarında Investment Quality Trends adlı informasiya bülleteni görünməyə başlandı. Onun yaradıcısı, lakonik “G. Weiss” imzasının arxasında gizlənən şəxs, o dövr üçün bazara eşidilməmiş bir yanaşma təklif edirdi. Kütlə qısamüddətli mənfəətlərin və texnolojinin arxasınca qaçdığı halda, bu müəmmalı müəllifin bəyanı:
“G. Weiss”in proqnozları qorxuducu dəqiqliyi ilə seçilirdi. Növbəti onilliklər ərzində, inflyasiya və neft böhranının təzyiqi altında S&P 500 indeksi yerində sayarkən, bülletenin abunəçiləri sistemli şəkildə öz kapitallarını artırırdılar. Bütün maliyyə dünyasını bir sual maraqlandırırdı: “Dividend Detektivi” ləqəbi alan bu dahi analitik kim idi? 🕵️♂️📈
🔍 Sübutların axtarışı: “Detektiv”in metodologiyası
Weiss-in uğurunun təməlində bu gün “Dividend Yield Theory” (Dividend gəlirliliyi nəzəriyyəsi) adlandırdığımız konsepsiya dayanırdı. İnvestorların əksəriyyəti P/E (qiymət/qazanc) əmsalını əsas dəyər göstəricisi kimi istifadə etdiyi halda, Weiss bu göstəricini etibarsız hesab edirdi. “Mənfəət” asanlıqla manipulyasiya edilə bilən mühasibat göstəricisidir. Bəs dividendlər? Dividendlər —ödənilən real nağd puldur. Onu hesabatda “çəkmək” mümkün deyil. 💳
Analitik hər keyfiyyətli şirkət üçün bazar dövrlərinin unikal xəritəsini hazırlamışdı. Weiss “blue chips” səhmlərinin qiyməti iki aydın ifadə olunmuş qütb arasında dəyişdiyini müşahidə etmişdi:
📉 Alış zonası (Undervalued):
Qiymət elə səviyyəyə düşür ki, dividend gəlirliliyi öz tarixi maksimumuna çatır. Müəllif bunu 6% aralığında müəyyən etmişdi
📈 Satış zonası (Overvalued):
Qiymət o qədər yüksəlir ki, dividend gəlirliliyi tarixi minimuma enir. O günlər üçün bu 2%-dən aşağı olan göstərici idi.
Weiss şirkət rəhbərliyinin proqnozlarını dinləmir, əvəzində real faktları— onilliklər boyu ödəniş tarixçəsini araşdırırdı. Əgər şirkət 25 il fasiləsiz dividend ödəyibsə və hazırda onun gəlirliliyi anomal dərəcədə yüksəkdirsə — bu, iflas deyil, böyük endirimi göstərən bir sübutdur. 🧾🔬
⚙️ Keyfiyyətin 10 əmsalı:
Yüksək gəlirlilik tələsinə düşməmək üçün (yəni dividendlərin yalnız şirkətin iflas həddində olduğu üçün yüksək görünməsi hallarında) qəhrəmanımız sərt on mərhələli filtr tətbiq etdi. Səhm yalnız aşağıdakı “keyfiyyət” və “qiymət” kriteriyalarına cavab verərsə diqqətə layiq hesab olunurdu:
🏛 Keyfiyyət kriteriyaları (Blue Chip Status):
📌 Ödəniş tarixçəsi:
Dividendlər minimum 25 il fasiləsiz ödənilməlidir.
📌 Artım tendensiyası:
Ödənişlər son 12 ildə ən azı 5 dəfə artırılmalıdır.
📌 S&P reytinqi:
Məcburi olaraq “A” və ya daha yüksək kredit reytinqi.
📌 Likvidlik:
Dövriyyədə minimum 5 milyon səhm olmalıdır.
📌 İnstitusional etibar:
Səhmdarlar siyahısında ən azı 80 iri fond olmalıdır.
📌 Mənfəət artımı:
Son 10 ilin ən azı 7-də xalis mənfəətin stabil artımı.
📥 Giriş kriteriyaları (Buy Signal):
📌 Cari gəlirlilik tarixi maksimumundan 10% diapazonunda olmalıdır.
📌 Qiymət/balans dəyəri əmsalı (P/BV) 2.0-dan aşağı olmalıdır.
📌 P/E əmsalı (qiymət/qazanc) 20-ni keçməməlidir.
📌 Payout Ratio 50%-dən aşağı olmalıdır (ödənişlərin təhlükəsizliyini təmin etmək üçün).
Weiss investisiyanı sərt riyazi disiplinə çevirdi. 🧠📊
📂 Rəqəmsal dosye: Bazarla müqayisədə nəticələr
Uzun müddət “Dividend Detektivi”nin strategiyası konservativ və hətta “darıxdırıcı” hesab olunurdu. Lakin rəqəmlər tam əksini deyirdi. İnvestisiya bülletenlərinin effektivliyini izləyən müstəqil Hulbert Financial Digest monitorinqinə əsasən, Weiss strategiyası tarixdə ən stabil strategiyalardan birinə çevrildi. 📑
1986–2002-ci illər arasında — dotcom çılğın rallisini və onun sonrakı çöküşünü əhatə edən dövrdə — Weiss portfeli orta illik gəlirlilik (CAGR) üzrə 11.2% nəticə göstərdi. Müqayisə üçün, eyni dövrdə S&P 500 indeksi 9.8% gəlirlilik göstərmişdi. 📈
Lakin əsl qələbə yalnız “alfa”da (artıq gəlirlilikdə) deyil, həm də risk idarəçiliyində idi.
📉 Volatillik:
Weiss portfelinin əsas üstünlüyü orda idi ki, o yüksək gəlirliliyi daha aşağı risk göstəricilər ilə əldə etmişdi. Misal üçün 2000–2002-ci illərdə, NASDAQ 75%, S&P 500 isə 40% çökdüyü zaman, “Dividend Detektivi”nin bir çox strategiyaları ya müsbət nəticə göstərir, ya da minimal eniş yaşayırdı. İnvestorlar öz gəlirlərini almağa davam edirdilər, qalan dünya isə kağız “sərvətlərinin” necə buxarlandığını izləyirdi. 💸
🎭 Və həqiqət anı!!!
11 il ərzində “G. Weiss” Wall Street-in ən effektiv məsləhətçisi olaraq qalırdı. Abunəçilər müəllifi analitik düşüncəli, günlərini kabinet sakitliyində, qalın mühasibat kitabları arasında keçirən yaşlı bir centlmen kimi təsəvvür edirdilər. 📚
Kulminasiya isə 1977-ci ildə gəldi. Məşhur televiziya aparıcısı Louis Rukeyser əfsanəvi bülletenin müəllifini Wall Street Week proqramına dəvət etdi. Studiyaya zərif bir qadın daxil olanda həm zalda, həm də televiziya ekranları qarşısında sükut çökdü. 🎥
Dünya nəhayət öyrəndi ki, “G. Weiss” — Geraldine Weiss idi.
Psevdonimin arxasında gizlənən həqiqət acı idi. 60-cı illərin əvvəlində, parlaq təhsilə və fenomenal riyazi analiz qabiliyyətinə malik Geraldine San Diego maliyyə şirkətlərində iş tapmağa çalışırdı. Hər yerdə eyni cavabı eşidirdi: “Biz qadın analitikləri işə götürmürük. Əgər sürətli yazmağı bacarırsınızsa, katibə vəzifəsinə müraciət edə bilərsiniz.” 🚫
Geraldine Weiss başa düşdü ki, stereotiplərin hökm sürdüyü bir sənayedə onun intellekti yalnız anonim olduğu halda eşidiləcək.
🏆 Geraldine Weiss-in irsi
Milli televiziya efirindəki bu açıqlama onun karyerasını məhv etmədi — əksinə, onu əfsanə statusuna yüksəltdi. Geraldine Weiss ABŞ-da investisiya məsləhətçisi lisenziyası alan ilk qadın oldu👩💼📈
Onun klassikaya çevrilmiş kitabları — Dividends Don't Lie və The Dividend Connection — bu günə qədər “value” investorlar üçün stolüstü kitab hesab olunur. Geraldine 2022-ci ildə, 96 yaşında dünyasını dəyişdi və arxasında yalnız müştərilərinin çoxmilyonlu sərvətlərini deyil, həm də dağıdılmış cinsiyyət baryerini qoydu. 🌟💰