Səlahiyyət bölgüsünün olmaması ən qədim banklarından birinin iflasına necə gətirdi!
Barings — 1762-ci ildə Baring ailəsi tərəfindən qurulmuş ən qədim ingilis ticari banklarından biri idi. Uzun tarixə malik bu bank 1995-ci ildə Sinqapur ofisində aparılan icazəsiz əməliyyatlar səbəbindən qəfil çökdü. Bütün bunlar isə səlahiyyətlərin həm icraçıda, həm də nəzarətçidə cəmlənməsi nəticəsində mümkün oldu. Həmin şəxs isə Nick Leeson idi.
👤 Nick Leeson-un bioqrafiyası
Nick Leeson (1967, Watford) 1980-ci illərin sonunda Barings-ə clearing/submission klerk kimi daxil oldu. O, əməliyyatlar və hesablaşmalarla məşğul olurdu. Back-office`də işlərkən, əməliyyatların rəsmiləşdirilməsi, hesabatların aparılması və yoxlanılması üzrə çox yaxşı təcrübəyə malik oldu.
📊 Sinqapura keçid və arbitraj əməliyyatları
1992-ci ildə Nick Leeson Bankın Sinqapurdaki fyuçers ticarəti şöbəsinin rəhbəri təyin olundu. Onun əsas vəzifəsi Nikkei indeksi fyuçersləri üzrə Osaka (OSE) və Sinqapur (SIMEX) birjaları arasında arbitraj idi.
İdeya çox sadə idi: eyni fyuçers çox cüzi də olsa fərqli qiymətlərlə iki birjada satılırsa, ucuz alıb bahalı satmaqla az riskli gəlir əldə etmək mümkündür. Bu, kiçik gəlir gətirirdi, amma böyük məbləğlərdə dövriyyə olunduğu üçün stabil və aşağı riskli strategiya sayılırdı.
🎲 Öz riskinə əməliyyatlara keçid və gizlədilən itkilər
Zamanla Leeson “az gəlirli” arbitrajdan darıxaraq, Nikkei-nin hərəkətinə istiqamətli mövqelər açmağa başladı. Bu əməliyyatlar üçün bankın kredit marjasından istifadə edirdi.
🔑 88888 hesabı
Bir neçə vaxt sonra onun əməliyyatları zərər gətirməyə başladı. Leesonun back-office təcrübəsi ona sənədlərdə manipulyasiya edərək həm Sinqapur, həm də London hesabatlarında uyğunsuzluqları gizlətməyə imkan verirdi. Nick formal olaraq “səhv əməliyyatların” qeydi üçün nəzərdə tutulmuş 88888 nömrəli hesab açıldı və bu hesabı itkiləri gizlətmək üçün istifadə etməyə başladı.
🌋 Mövqelərin böyüməsi və Kobe zəlzələsi
İtkiləri “çıxarmaq” üçün Leeson get gedə mövqelərini artırırdı və hər zərərdən sonra daha böyük mövqe açırdı. Amma həlledici an 17 yanvar 1995-ci ildəki Kobe zəlzələsi oldu.
Yapon bazarı kəskin düşdü, Nikkei çökməyə başladı. Leeson-un böyük mövqeləri partladı və zərərlər sürətlə artdı. Bank marja tələblərini ödəyə bilmədi — gizlədilən itkilər artıq üzə çıxdı.
🚨 Final: qaçış, həbs və iflas
Leeson Sinqapurdan Kuala-Lumpura qaçdı. 1 həftə orda “dincələrək” Almaniyaya uçdu və orda təslim oldu. Orda həbs olunaraq Sinqapura ekstradisiya edildi.
💸 Ümumi zərər təxminən £827 milyon (o dövrdə $1.3–1.4 milyard) təşkil etdi — bu, bankın kapitalının iki qatından çox idi.
🏦 Nəticədə Barings cəmi 1 funt sterlinqə ING bankına satıldı və faktiki olaraq iflas etmiş hesab olundu.
📚 Kitab və film
Detallarla maraqlananlar üçün bu hekayə Nick Leeson-un öz kitabında təsvir olunub:
📖 Rogue Trader: How I Brought Down Barings Bank and Shook the Financial World
Ya da bu kitab əsasında 1999-cu ildə çəkilən filmə baxa bilərlər:
🎬 Rogue Trader (1999)
✅ Bu hekayənin dərsləri:
- Front / Middle / Back office funksiyalarının ayrılması sadəcə bürokratiya deyil, fırıldaq və icazəsiz risklərin qarşısını almaq üçün qoruyucu sistemdir.
- Kiçik “səhv” hesablar (88888 kimi) vaxtında yoxlanmasa, böyük sistem riskinə çevrilə bilər.
- Leverage və “doubling” (martingale) strategiyaları şəffaflıq və nəzarət olmadıqda ölümcül təhlükədir.
- Makro-şoklar (Kobe zəlzələsi kimi) sabit görünən strategiyanı anidən fəlakətə çevirə bilər.