Bir tələbənin diplom işindən trilyon dollarlıq sənayeyə qədər

Bir tələbənin diplom işindən trilyon dollarlıq sənayeyə qədər
Photo by Markus Winkler / Unsplash

2025-ci ilin sentyabr ayının əvvəlində maraqlı bir xəbər çıxdı. Amerika birjalarında qeydiyyatda olan ETF-lərin (Exchange Traded Fund) sayısı səhm sayısını keçib. Bunun üzərinə də biz kütləvi investisiya alətləri haqqında bir post hazırlarıq.

🏛 İnvestisiya fondların və ETF-lərin tarixi

Çoxsaylı investorların kapitalını vahid portfeldə birləşdirərək diversifikasiya etmək ideyası hələ XX-ci əsrin əvvəlində ortaya çıxmışdı.

• 1924-cü il — Massachusetts Investors Trust Bostonda ABŞ-da ilk qarşılıqlı fond (mutual fund) yaradıldı. Bu, kiçik məbləğlərlə belə fərdi investorlara geniş səhmlər portfelinə çıxış imkanı verirdi.
• 1971-ci il — Wells Fargo institusional investorlar üçün ilk indeks fondunu yaratdı
• 1976-cı il — bazarda inqilab. John (Jack) Bogle və Vanguard şirkəti fərdi investorlar üçün ilk indeks qarşılıqlı fondu — First Index Investment Trust (hazırda Vanguard 500 Index Fund) yaratdı. O dövrdə bu ideya demək olar ki, qalmaqallı idi: tənqidçilər bunu “qeyri-amerikan” və “tənbəllər üçün fond” adlandırırdılar.
• 1993-cü il — State Street şirkəti ilk SPDR S&P 500 ETF (ticker SPY) bazara təqdim etdi
Bu gün ETF həm institusional, həm də fərdi investorlar üçün ən populyar alətlərdən biridir.

📖 John Bogle və onun inqilabı

John C. Bogle (1929–2019) — investisiya dünyasını əbədi dəyişmiş şəxsdir.

• 1951-ci ildə Princeton Universitetində tələbə ikən o, “The Economic Role of the Investment Company” mövzusunda diplom işi yazdı. Orada əsas nəticəyə gəldi:

Əksər aktiv idarəçilər xərclər və komissiyalar nəzərə alındıqda bazarı davamlı şəkildə üstələyə bilmirlər.

• 1974-cü ildə o, The Vanguard Group şirkətini təsis etdi və artıq 1976-cı ildə fərdi investorlar üçün ilk indeks fondunu işə saldı.

Bogle əmin idi ki, komissiya xərcləri uzunmüddətli investorlar üçün kritik əhəmiyyət daşıyır. Onun fəlsəfəsinə görə:
• bazarı udmağa çalışmaq əvəzinə bütün bazarı almaq daha ağıllı addımdır;
• minimum xərclər investora üstünlük verir;
• uzunmüddətli indeks investisiyası sərvətə aparan yoldur.

Çoxları onu bazarı pozduğuna görə tənqid edirdi, lakin zaman onun haqlı olduğunu sübut etdi. 2025-ci ilə indeks fondları və ETF-lər ABŞ fond bazarının 50%-dən çoxunu təşkil edir.

🏦 İndeks investisiyasının ən böyük oyunçuları

Bu gün sənayeni trilyonlarla dollar idarə edən bir neçə nəhəng şirkət nəzarətdə saxlayır:

  1. BlackRock (iShares)

• Dünyanın ən böyük idarəedici şirkəti;
• 10 trilyon $-dan çox Assets Under Management (AUM);
• iShares brendi ETF-lərin lideridir.

  1. Vanguard

• John Bogle tərəfindən yaradılıb;
• Təxminən 8 trilyon $ aktiv idarə edir;
• Unikal mülkiyyət strukturu: Vanguard fondlara, fondlar isə investorların özünə məxsusdur. Bu isə komissiyaları minimum səviyyədə saxlamağa imkan verir.

  1. State Street Global Advisors (SSGA)

• Üçüncü ən böyük oyunçu, təxminən 4 trilyon $ AUM;
• məhz SSGA 1993-cü ildə ilk ETF — SPY-ı yaratdı və bu fond hələ də dünyanın ən likvidlərindən biridir.

Bu üç şirkət qlobal indeks fondları və ETF bazarının böyük hissəsinə nəzarət edir və onların bazarlara təsiri mərkəzi banklarla müqayisə olunur. Hətta bu haqda internetdə çoxsaylı konspirasiya nəzəriyyələri mövcuddur. 🕵️‍♂️🤫


🎯 Nəticə

İndeks investisiyası XX əsrin ən böyük maliyyə inqilablarından birinə çevrildi.

• Fond bazarını milyonlarla insan üçün əlçatan etdi.
• Xərcləri azaltdı və “ulduz menecerlərdən” asılılığı aradan qaldırdı.
• İnvestorlara ya bütöv “bazarı almaq” ya da iqtisadiyyatın müxtəlif sektorlarına artıq diversifikasiya olunmuş şəkildə investisiya etmək imkanını verdi.