İnvestisiya strategiyaların müqayisəsi (Avqust 2026)

İnvestisiya strategiyaların müqayisəsi (Avqust 2026)
Photo by Kier in Sight Archives / Unsplash

Hörmətli oxucu, hər vaxtın xeyir.

Yay da başa çatdı. Daha əvvəl yazmışdıq ki, adətən bu dövrdə hamı istirahət edir və bazarda ciddi hərəkətlər olmur. Lakin avqust ayı kifayət qədər maraqlı oldu. Bütün 5 strategiya müsbət nəticə göstərdi. Amma xüsusilə yüksək texnologiyalı şirkətləri (QQQ və GARP) qeyd etmək istərdik. İyul ayında kifayət qədər güclü enişdən sonra onlar əla nəticə göstərərək, gəlirliklərini bərpa etdilər.

Alışdığımız kimi Magic Formula (MF) portfeli liderliyini davam etdirir və həm faiz gəlirliliyi, həm də riskə nisbətdə gəlirlilik baxımından əla nəticə göstərir (bu strategiya ən yüksək Sharpe ratio göstəricisinə malikdir).

Sentyabr ayında bizi maraqlı hadisələr gözləyir. ABŞ Federal Rezervinin iclası keçiriləcək və bir çoxları faiz dərəcəsinin artırılması barədə qərarın qəbul ediləcəyini gözləyir. FED-nin yeni rəhbəri Kevin Warsh bu prosesə çox ehtiyatla yanaşır və bazara monetar siyasətinin istiqaməti ilə bağlı hər hansı bir siqnal verməməyə çalışır. Biz portfelləri faiz dərəcələrinin azaldığı və sabit qaldığı bir dövrdə müşahidə etməyə başladıq. Adətən bu səhmlər üçün əlverişli şərait hesab olunur. Faiz dərəcəsinin artırılması barədə qərar qəbul edilərsə, portfellərimizin necə davranacağını görmək maraqlı olacaq. Məhz onda strategiyalarımızın nə dərəcədə dayanıqlı olduğunu anlayacayıq.

Onu da qeyd edək ki, MF portfelinin qaydalarına görə, biz onu hər üç aydan bir rebalans edirik. Sentyabr ayında bu portfelə aşağıdaki tickerlər daxil oldu.

AFMJF, MO, BBWI, BCRX, GIB, COLL, CRTO, CROX, DECK, EGHSF, EVER, HRB, HRMY, HPQ, INVA, IRWD, MGTX, OMC, MD, PRDO, PXED, PBI, PLTK, RIGL, STRA, CI, UPWK, VSNT, YELP, GTM

Bizi izləməyə davam edin!

Hamımıza uğurlar!