Hedc Fondlar Ensiklopediyası. Məqalə 6: “Merger Arbitrage” və ya Korporativ "Toy və Boşanmalardan" necə qazanc əldə etmək olar.

Hedc Fondlar Ensiklopediyası. Məqalə 6: “Merger Arbitrage” və ya Korporativ "Toy və Boşanmalardan" necə qazanc əldə etmək olar.
Photo by Markus Winkler / Unsplash

Təsəvvür edin ki, böyük bir korporasiya rəqibini tamamilə satın almaq qərarını elan edir. Həmin anda satın alınacaq şirkətin səhmləri birjada $80 qiymətinə ticarət olunur. Bunu həyata keçirmək üçün adətən bazar qiymətindən yuxarı bir rəqəm təklif olunur. Fərz edək ki bizim misalımızdabu $100.

İlk baxışdan bazar dərhal $100-a qədər yüksəlməlidir — axı sövdələşmə artıq elan edilib və qiymət rəsmi olaraq açıqlanıb!

Lakin səhm cəmi $92-a qədər bahalaşır və orada dayanır.

Alıcı $100 təklif edir, amma bazar $92-dan satır.

Bəs bu $8-lıq "endirim" niyə yaranıb? 🤔

Bu fərq arbitraj spredi (arbitrage spread) adlanır.

Bazar bu endirimi təsadüfən yaratmır — o, qorxunu və riski əks etdirir.

Antitrust (antimonopoliya) qurumlarının sövdələşməni qadağan edə biləcəyi, bankların kredit verməkdən imtina edəcəyi, tənzimləyicilərin və ya səhmdarların son anda satınalmanı bloklaya biləcəyi kimi risklər çıxa bilər.

Məhz bu gecikmə və qeyri-müəyyənlik ərazisində “Merger Arbitrage” üzrə mütəxəssislər fəaliyyət göstərirlər.

Onlar sövdələşmənin baş tutmaması riskini öz üzərlərinə götürərək $8-lıq spredi əldə etməyə çalışırlar. 

1-ci hissə. Risklər necə hedc edilir: Səhmlərin mübadiləsi ilə bağlı rəqəmsal nümunə 🛡️📊

Satınalma sövdələşmələrinin iki əsas növü var: nağd vəsaitlə (All cash)səhmlərin mübadiləsi (Stock-for-Stock) yolu ilə.

Nağd ödənişli sövdələşmələrdə hər şey sadədir — fond hədəf şirkətin səhmlərini alır və vəsaitin ödənilməsini gözləyir.

Lakin korporasiya rəqibini öz səhmləri ilə dəyişdirərək satın alırsa, bazar riskləri meydana çıxır.

Əgər sənədləşmə müddətində bazar çökərsə, hər iki şirkətin səhmləri ucuzlaşacaq və arbitrajçı pul itirəcək.

Özlərini bazarın hərəkətlərindən tamamilə qorumaq üçün menecerlər iki tərəfli hedcinq mexanizmindən istifadə edirlər.

Nümunə:

Alıcı-şirkət (Acquirer): Səhm qiyməti — $100.

Hədəf-şirkət (Target): Elan edilməzdən əvvəl səhm qiyməti — $35.

Sövdələşmənin şərtləri: Alıcı hər 2 Target səhminə görə özünün 1 səhmini təklif edir.

Sövdələşmənin ədalətli qiyməti: 1 Acquirer səhmi ($100) / 2 = $50 hər Target səhmi üçün.

Sövdələşmə elan edildikdən sonra Target səhmləri sürətlə bahalaşır, lakin $45 səviyyəsində dayanır.

Spread hər səhm üçün $5, yəni 11,1% təşkil edir.

Fond kapitalını işə salır və eyni vaxtda bir-birinə əks istiqamətli iki mövqe açır:

  1. 2 000 Target səhmini $45 qiymətindən “Long” alır.

İnvestisiya məbləği: $90 000.

  1. 1 000 Acquirer səhmini $100 qiymətindən “Short” satır.

Daxilolma: +$100 000.

Sövdələşmə başa çatdıqda nə baş verir?

6 ay sonra tənzimləyicilər sövdələşməni təsdiqləyirlər.

Fond özünün 2 000 Target səhmini təhvil verir və əvəzində 1 000 Acquirer səhmi əldə edir. (şərtlərdə qeyd olunan 2/1 nisbəti ilə)

Fond aldığı bu səhmlərlə Acquirer üzrə Short mövqeyini avtomatik bağlayır.

• Fond Target səhmlərinin alınmasına $90 000 xərcləyib.

Acquirer üzrə Short mövqeyindən hesabda $100 000 qeydə alınıb.

Xalis mənfəət:
$100 000 − $90 000 = $10 000

(6 ay ərzində gəlirlilik 11,1%).

Hedcinqin gücü nədədir? 🛡️

Bəs bu 6 ay ərzində qlobal böhran baş versə və Alıcı şirkətinin öz səhmləri $100-dan $50-yə düşsə necə?

• Birləşmə zamanı yenə 1000 ədəd Alıcı şirkətinin səhmini əldə edəcək. Lakin onlar cəmi $50 000 dəyərində olacaq.

Long mövqeyi üzrə zərər: −$40 000. (yadınızdadırsa 90 minə almışdıq)

• Lakin sizin Short mövqeyiniz Sizə mənfəət gətirəcək!

Siz səhmləri $100 qiymətinə satmısınız, lakin mövqeyi $50 qiymətində bağlayırsınız.

Short üzrə mənfəət: +$50 000.

Yekun: Mükəmməl mübadilə nisbəti sayəsində bazar riski tamamilə aradan qaldırılır.

Fond bazarın hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq özünün $10 000 mənfəətini əldə edir.

2-ci hissə. İlin triumfu: Arbitrajçılar Microsoft və Activision Blizzard sövdələşməsindən necə qazandılar 🏆🎮

Son illərdə Merger Arbitrage sahəsində uğurun ən parlaq və ən böyük nümunəsi Microsoft şirkətinin oyun studiyası Activision Blizzard-ı satın alması oldu.

Activision Blizzard oyun dünyasının ən məşhur layihələrindən olan World of WarcraftCall of Duty oyunlarının yaradıcısıdır.

2022-ci ilin yanvarında Microsoft Activision Blizzard-ın səhmlərinin 100%-ni nağd şəkildə, hər səhm üçün inanılmaz $95.00 qiymətinə satın almağı təklif etdi.

Sövdələşmənin ümumi dəyəri $68,7 milyard təşkil edirdi.

Elan edilməzdən əvvəl Activision səhmlərinin qiyməti $65 idi.

Lakin dünyanın müxtəlif ölkələrindəki tənzimləyici qurumlar (FTC ABŞ-da, CMA Böyük Britaniyada) sərt şəkildə qarşı çıxdılar.

Onlar sövdələşmənin cloud gaming bazarında rəqabəti məhv edəcəyini bildirdilər.

Bir-birinin ardınca məhkəmə iddiaları başladı, media isə satınalmanın baş tutmayacağını proqnozlaşdırırdı.

Sövdələşmənin tamamilə pozulacağı qorxusu səbəbindən Activision səhmləri birjada $72–$75 səviyyəsinə qədər düşdü.

Spread inanılmaz 25–30% səviyyəsinə yüksəldi!

Adi investorlar panika içində səhmlərini satarkən, ən böyük Merger Arbitrage hedc fondları (Elliott Management, Farallon Capital) və hətta əfsanəvi Warren Buffett Activision səhmlərini $75 qiymətindən aqressiv şəkildə almağa başladılar.

Final 🎬

2023-cü ilin iyulunda ABŞ Federal Məhkəməsi FTC-nin iddiasını rədd etdi.

Daha sonra Böyük Britaniya da sövdələşməyə razılıq verdi.

2023-cü ilin oktyabrında sövdələşmə rəsmi şəkildə başa çatdı.

Microsoft bütün səhmdarlara hər səhm üçün $95.00 ödədi.

$75 qiymətindən səhmləri alan hedc fondlar dollar ifadəsində təxminən 26% xalis gəlirlilik əldə etdilər.

3-cü hissə. Böyük fəlakət: Pfizer və Allergan sövdələşməsinin iflası 💥📉

Lakin Merger Arbitrage strategiyasının asimmetrik bir tələsi var: siz 5–10%-lik spread əldə etmək üçün aktivinizin 100%-ni riskə atırsınız.

Əgər sövdələşmə pozularsa, hədəf şirkətin səhminin qiyməti dərhal elan edilməzdən əvvəlki səviyyəyə qayıdır və fondun kapitalını məhv edir.

Məhz belə bir hadisə 2016-cı ilin aprelində, tarixdə baş tutmamış ən böyük sövdələşmə çərçivəsində baş verdi. Hədəf şirkət - Allergan şirkəti idi (Botox istehsalçısı). Alıcı isə Pfizer (nəyin istehsalçısıdır özünüz yaxşı bilirsiz). Təklif astronomik $160 milyarda bərabər idi.

Sövdələşmənin mahiyyəti 💊

Pfizer-in bu təklifin arxasında olan əsl niyyət öz fəaliyyətini Amerikadan İrlandiyaya köçürmək və korporativ vergini 35%-dən 12%-ə azaldmaq olub.

Spread çox cəlbedici idi və onlarla Merger Arbitrage fondu (Paulson & Co., Viking Global və digərləri) Allergan səhmlərinə milyardlarla dollar yatırdılar. Bu sövdələşmə onların portfellərindəki ən böyük mövqeyə çevrildi.

Hamı sövdələşmənin təsdiqlənməsini gözləyirdi.

Lakin 4 aprel 2016-cı ildə ABŞ Treasury gözlənilməz və sərt addım atdı.

Tənzimləyici orqan məhz bu Pfizer sövdələşməsini bloklamaq üçün hazırlanmış yeni vergi qaydasını təcili şəkildə tətbiq etdi.

Cəmi 48 saat sonra Pfizer birləşmənin rəsmi olaraq ləğv edildiyini elan etdi.

Bazarın reaksiyası dərhal və amansız oldu.

Allergan səhmləri bir neçə dəqiqə ərzində 20% ucuzlaşdı və hedc fondların balanslarından $4 milyarddan çox vəsaiti sildi.

Bir çox menecer üçün bu, karyeralarının ən qaranlıq günü oldu — illər ərzində onlarla uğurlu kiçik sövdələşmədən toplanmış mənfəət cəmi bir axşam ərzində məhv oldu.

Nəticə 📌

Merger Arbitrage qanunları dərindən oxumağı, tənzimləyicilərin qərarlarını təhlil etməyi və bazar dalğalanmalarını düzgün şəkildə hedc etməyi bacaranlar üçün yaxşı strategiyadır.

Bu strategiya, korporativ dünya sövdələşmələr bağlamağa davam etdiyi müddətdə, demək olar ki, ümumdünya iqtisadi vəziyyətindən asılı olmayaraq yüksək gəlirlilik qazanmağa imkan verir.