Ulduz investorların addımlarını necə izləmək olar? ABŞ-da investisiya fondlarının hesabatları.

Müxtəlif mənbələrdə tanınmış investorların portfellərindəki dəyişikliklərlə bağlı xəbərlərə rastlaşırıq. Məsələn George Soros filan bankın səhmlərini aldı, Warren Buffett real estate sektora investisiya etdi, ya da Ali Ruslan 3-cü mikrorayon kruqunda olan moykadaki paylarını satdı. Bəs bu məlumatı hardan əldə edilə bilər? ABŞ-da Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) investisiya fondlarından

Səlahiyyət bölgüsünün olmaması ən qədim banklarından birinin iflasına necə gətirdi!

Barings — 1762-ci ildə Baring ailəsi tərəfindən qurulmuş ən qədim ingilis ticari banklarından biri idi. Uzun tarixə malik bu bank 1995-ci ildə Sinqapur ofisində aparılan icazəsiz əməliyyatlar səbəbindən qəfil çökdü. Bütün bunlar isə səlahiyyətlərin həm icraçıda, həm də nəzarətçidə cəmlənməsi nəticəsində mümkün oldu. Həmin şəxs isə Nick Leeson idi. 👤 Nick Leeson-un

Bir tələbənin diplom işindən trilyon dollarlıq sənayeyə qədər

2025-ci ilin sentyabr ayının əvvəlində maraqlı bir xəbər çıxdı. Amerika birjalarında qeydiyyatda olan ETF-lərin (Exchange Traded Fund) sayısı səhm sayısını keçib. Bunun üzərinə də biz kütləvi investisiya alətləri haqqında bir post hazırlarıq. 🏛 İnvestisiya fondların və ETF-lərin tarixi Çoxsaylı investorların kapitalını vahid portfeldə birləşdirərək diversifikasiya etmək ideyası hələ XX-ci əsrin əvvəlində