İngiltərə Bankının 1992-ci il böhranı — “Qara Çərşənbə”.

İngiltərə Bankının 1992-ci il böhranı — “Qara Çərşənbə”.
Photo by Anthony / Unsplash

Avropa valyuta sistemi və Alman markasına bağlanma

1990-cı ildə Böyük Britaniya, Avropanın vahid valyutaya keçidə hazırlaşmaq üçün Avropa Valyuta Mexanizminə (ERM) qoşuldu. Funt alman markasına 2,95 DM = £1 səviyyəsindən ±6% koridorda bağlandı. Kursu qorumaq üçün İngiltərə Bankı valyuta intervensiyaları etməli və yüksək faiz dərəcələri saxlamalı idi.


Almaniya və Böyük Britaniya iqtisadi göstəricilərinin uyğunsuzluğu

Kursları stabil saxlamaq ideyasının reallaşması üçün, hər iki iqtisadiyyat oxşar temp ilə inkişaf etməlidir. Ancaq1990-cı illərin əvvəlində iqtisadi trayektoriyalar fərqli idi:

ÜDM artımı: Böyük Britaniya – resessiya (–0,2%), Almaniya – artım (~2–3%)

İnflyasiya: Böyük Britaniya – yüksək (9–10%), Almaniya – orta (~4–5%)

İşsizlik: Böyük Britaniya – artaraq ~10%, Almaniya ~5–6%

Büdcə: Böyük Britaniya – kəsir ~8% ÜDM, Almaniya – kəsir ~3% ÜDM (Bunun səbəbi də Şərqi Almaniya ilə birləşməsi və bərpa edilməsi üçün çəkilən xərclər)

Dövlət borcu (% ÜDM): Böyük Britaniya ~77%, Almaniya ~42%

Faiz dərəcələri: Böyük Britaniya ~10%, Almaniya ~8–9%

Xarici Ticarət: Böyük Britaniya – artan kəsir, Almaniya – profisit

⚖️ Almaniya, birləşmədən sonra inflyasiyanı cilovlamaq üçün sərt pul-kredit siyasəti saxlayırdı.
Britaniya isə resessiyada idi və faizlərin azaldılmasına ehtiyac duyurdu. Lakin ERM çərçivəsində Bundesbank siyasətini izləməyə məcbur idi ki, bu da böhranı dərinləşdirdi.


3️⃣ Funtu sabit kursda saxlamaq mümkün olmadı

Funt Alman markasına nisbətən “süni” yüksək səviyyədə saxlanılırdı. 2,95 DM = £1 kursunu qorumaq üçün:

• Buna nail olmaq üçün İngiltərə Bankı valyuta ehtiyatlarını yandırırdı,

• Məcburiyyətdən faizləri artırırdı (bir gün ərzində 10%-dən 12%-ə, sonra isə 15%).

Amma bazarların inamı itirildi.


4️⃣ Treyderlərin funta “hücumu”

Hedge-fondlar və iri investorlar funtu kütləvi şəkildə satmağa başladılar. Onlar anlayırdılar ki, bu gedişlə kurs sabit qala bilməz.


5️⃣ Kursun düşməsi və ERM-dən çıxış

1992-ci il, 16 sentyabr (“Qara Çərşənbə”):

• funtun kursu kəskin düşdü,

• Britaniya ERM-dən çıxışını elan etdi,

• funt 2,95-dən təxminən 2,20 DM-ə endi,

• İngiltərə Bankı ~£3,3 mlrd ehtiyat itirdi.


6️⃣ İqtisadiyyatın sonrakı inkişafı

Paradoksal olaraq, bu böhran iqtisadi canlanmanın başlanğıcı oldu:

• devalvasiya ixracı daha rəqabətqabiliyyətli etdi,

• faizlərin endirilməsi daxili iqtisadiyyatı stimullaşdırdı,

• ölkə 1990-cı illərin resessiyasından daha sürətli çıxdı.

📌 Uzunmüddətli perspektivdə ERM-dən çıxış Britaniyaya “alman tipli” sərt pul siyasətindən yayınmağa imkan verdi və gələcək artımın təməlini qoydu.

Nəticə: 1992-ci il böhranı göstərdi ki, iqtisadi şərtlər üst-üstə düşmədikdə sabit valyuta koridorları uğursuzluğa məhkumdur.