Dahi investorun səhv qərarı.
Hamımız böyük investorların uğur hekayələrini eşitmişik. Trendi əvvəlcədən görən, başqalarının fərq etmədiyini aşkar edən, “zibil içində brilyant” tapan insanlar… Bəzən elə görünür ki, onların toxunduğu hər şey qızıla çevrilir ✨
Onlara baxanda bir çox yeni investor ilk uğursuzluqda ruhdan düşür. Amma inanın — bütün uğurlu investorların kifayət qədər uğursuz sövdələşmələri olub, həm böyük, həm də kiçik. Onları digərlərindən fərqləndirən isə səhvlərini analiz edib düzgün nəticə çıxarmaq bacarığıdır.
Heç kim səhvdən sığortalanmayıb. George Soros isə bunu möhtəşəm şəkildə ifadə edib:
“Sənin haqlı və ya haqsız olmağın vacib deyil. Haqlı olanda nə qədər qazandığın, səhv olanda isə nə qədər itirdiyin vacibdir.” 💸
Dünyanın bəlkə ən məşhur investoru olan Buffett-dən səhvləri haqqında soruşanda, çox vaxt “əldən verdiyi yaxşı imkanları” misal çəkir. Amma əlbəttə ki, həqiqi zərər gördüyü sövdələşmələr də var idi.
💥 Berkshire Hathaway / Dexter Shoe (1993) — tam uğursuzluq hekayəsi
1993-cü ildə Berkshire Hathaway, Dexter Shoe adlı ayaqqabı istehsalçısını təxminən $433 milyona aldı. Ödəniş Berkshire-in A sinfi səhmilə edildi (25,203 səhm — bugünkü dəyəri təxminən 18 milyard dollar 💀).
Buffett düşünürdü ki, bu, onun ayaqqabı biznesi portfelinə daha bir güclü və sabit şirkət olacaq. Onsuz da H.H. Brown və bir neçə digər ayaqqabı istehsalçısı Berkshire-in tərkibində idi.
Amma… hər şey tam əksinə getdi.
🏷 Dexter-in keçmişi və vəziyyəti
Dexter Shoe Company — Maine ştatından olan ailə şirkəti idi. Keyfiyyətli gündəlik ayaqqabı, çoxlu outlet mağazaları və sabit gəlirliliyi ilə tanınırdı.
Həmçinin şirkətin sahibləri (Alfond ailəsi) satışdan sonra da idarəetmədə iştirak edirdi. Bu, Buffett-in inamını daha da artırırdı. O şirkətdə :
• güclü brend 👟
• daimi alıcılar
• yaxşı rentabellik
• Təcrübəli idarəetmə komandası
kimi üstünlüklər görürdü.
👞 Vacib məqam: Buffett artıq ayaqqabı biznesinə sahib idi və özünü bu sektorda “mütəxəssis” sayırdı
Bu, onun sonradan “əsas səhvim budur” dediyi məqamlardan biri idi.
Buffett-in ayaqqabı portfelində artıq:
• H.H. Brown (çox uğurlu işçi və təhlükəsizlik ayaqqabısı istehsalçısı),
• və bir neçə başqa istehsalçı var idi.
Bu uğurlar Buffett-də belə bir yanlış inam yaratdı:
“Mən ayaqqabı biznesini çox yaxşı anlayıram.”
❌ Nə səhv getdi?
- Dexter ABŞ-da istehsal edirdi — bu isə baha başa gəlirdi
Asiya istehsalçıları eyni məhsulu 2–3 dəfə ucuz təklif edirdi.
- Şirkət istehsal modelini çevik şəkildə dəyişə bilmədi. Menecment "brend gücünü" öz gözündə şişirdi.
Həm infrastruktur, həm də menecment bazara gec uyğunlaşdı. Və Asiya istehsalçıları bazarı zəbt etdilər.
Nəticə: Dexter-in “üstünlüyü” bir neçə ilə tamamilə yox oldu.
🔥 Burda isə belə bir sual yaranır: Niyə H.H. Brown üstünlüyünü itirmədi, amma Dexter itirdi?
Dexter (kütləvi bazar)
• Rəqabət əsasən qiymət üzərində qurulur.
• Müştəri daha ucuz markaya keçməkdə tərəddüd etmir.
• Rəqiblər üçün eyni keyfiyyətdə məhsul istehsal etmək o qədər çətin deyil
H.H. Brown (işçi və təhlükəsizlik ayaqqabısı)
• Dar, ixtisaslaşmış bazar.
• Sənaye standartları çox sərtdir.
• İstifadəçilər peşəkarlardır və keyfiyyət çox vacibdir: tikinti işçiləri, fəhlələr, neftçilər.
• Keyfiyyətsiz ayaqqabıya keçmək böyük risk yaradır (xəsarət, cərimələr, təhlükəsizlik pozuntuları).
🎯 Bu bazarda “yanlış seçim”in qiyməti çox yüksəkdir. Ona görə də alıcılar tanımadığı ucuz alternativlərə keçmir.
📘 Buffett-in dərsləri
1️⃣ Niş, dar bazarın qaydalarını kütləvi bazara tətbiq etmək olmaz.
2️⃣ Üstünlük sadəcə müştəri alışqanlıqlara yox, iqtisadi dayaqlara söykənməlidir. Sadəcə brend və reputasiya qlobal rəqabətə qarşı üstünlük deyil.
3️⃣ Müştərinin başqa təchizatçıya keçməsinin neçə başa gəldiyini dərk etmək vacibdir.
4️⃣ Standartlar, sertifikatlar və xüsusi tələblər — həqiqi müdafiə divarıdır.
5️⃣ 💔 Ən ağrılısı: sövdələşməni səhmlə ödəmək. Buffett bu əməliyyat üçün 25,203 Berkshire səhmindən imtina etdi. Bu səhmlərin bugünkü dəyəri — milyardlarla dollar. Real itki — məhz budur.