Warren Buffett-in "ucuz şirkət" strategiyasını dəyişən adam.
Adətən Warren Buffett deyəndə hamı (biz də daxil) dərhal Benjamin Graham-ı xatırlayır. O ucuz şirkətləri alma strategiyasının dahisi idi. Amma çox vacib bir məqam var 👀Buffett zamanla strategiyasını tam dəyişdi:
👉 “ucuz, problemli şirkətləri” almaqdansa, mükəmməl biznesləri alıb uzun müddət saxlamağa başladı.
Və bu dönüşümün əsas səbəbkarı məhz bu günkü postumuzun qəhrəmanı - Philip Fisher idi.
👤 Philip Fisher kimdir?
• 1907-ci ildə San Francisco-da anadan olub
• Stanford universitetində iqtisadiyyat oxuyub
• 1928-ci ildə analitik kimi karyeraya başlayıb
• 1931-ci ildə Böyük Böhran zamanı özünün investisiya şirkətini — Fisher & Co. qurub və ona 70 ildən çox rəhbərlik edib 🤯
Fisher "growth investing" anlayışının pionerlərindən sayılırdı — o, keçmiş göstəricilərə deyil, şirkətin gələcək potensialına fokuslanırdı.
Çox az müsahibə verirdi, ictimaiyyət qarşısına çıxmırdı və məhz nəticələri ilə əfsanəyə çevrildi.
🚀 Onun kult investisiyası
1955-ci ildə Fisher Motorola səhmlərini aldı, o zaman şirkət sadəcə radio istehsal edirdi 📻
Investorların əksəriyyəti bu biznesin gələcəyini görmürdü.
Amma Fisher fərqli düşünürdü:
✅ texnoloji potensial
✅ güclü menecment
✅ innovasiya qabiliyyəti
və təsəvvür edin:
👉 O, bu səhmləri ömrünün sonuna qədər satmadı (2004-cü il !!!!!)
Bu, onun fəlsəfəsinin ideal nümunəsidir:
«Əla şirkət al və mümkün qədər uzun saxla».
🧠 Fisher-in əsas prinsipləri
Fisher investisiya dünyasına bu gün standart sayılan ideyaları gətirdi:
🔍 Scuttlebutt metodu (yəni “şirkət haqqında kənardan məlumat toplamaq”) — əməkdaşlar, müştərilər, təchizatçılar və rəqiblərlə danışaraq real vəziyyəti öyrənmək
👨💼 Menecment və korporativ mədəniyyətə böyük önəm vermək
📈 Böyümə potensialı yüksək şirkətlərə investisiya etmək
⏳ Şirkət inkişaf etməyə davam etdiyi müddətdə uzunmüddətli saxlamaq
❌ Lazımsız diversifikasiya etməmək (bizim dildə desək - "az olsun, saz olsun")
Onun məşhur sözü:
👉 «Böyük pul almaqda və satmaqda deyil, gözləməklə qazanılır».
📚 Philip Fisher-in kitabları
Onun yazdığı əsərlər bu gün də investorların masaüstü kitabıdır:
📘 Common Stocks and Uncommon Profits (1958) — investisiya sahəsində ilk bestseller kitab. Warren Buffett onu investisiya mövzusunda ən yaxşı kitablardan biri hesab edirdi.
📗 Paths to Wealth Through Common Stocks
📙 Conservative Investors Sleep Well
Bu kitablar Buffett də daxil olmaqla bir nəsil investorun düşüncəsini formalaşdırdı.
Keyfiyyətə verdiyi önəmi, müştəri seçiminə də tətbiq edirdi. İstəsəydi, minlərlə insanı müştəri kimi cəlb edə bilərdi, ancaq 70 illik karyerasında, onun eyni zamanda maksimum 12 (!) müştərisi olub.
Gününüz uğurlu keçsin!