"Uduzmaz" strategiya və müflis olmuş investorlar
2025-ci ilin sonunda, opsion icmasında Captain Condor ləqəbi ilə tanınan treyder (əsl adı — David Chau) və təxminən 1000 izləyicidən ibarət qrup təxminən $50 mln itirdi.
David Chau (heç kollec təhsili belə yoxdur) özünü peşəkar treyder və opsion üzrə mütəxəssis kimi təqdim edirdi. O, hətta “tədris” saytı açmışdı və burada hər kəsə "uduzmaz" strategiyasının sirlərini 5500 (!) ABŞ dolları qarşılığında öyrətməyi təklif edirdi. Chau, iron condor opsion strategiyasından istifadə edirdi və məhz buna görə özünə Captain Condor ləqəbini götürmüşdü.
🪶 Iron Condor strategiyası nədir?
Bu strategiya sakit bazarda gəlir əldə etmək üçün istifadə olunan populyar opsion konstruksiyasıdır:
• Treyder bazarın dar diapazonda qalacağına ümid edərək mövqe açır. Mövqe 4 opsion kontraktı ilə formalaşır (2 satış və 2 alış)
• O, bazar qiymətinə yaxın Call və Put opsionlarını satır. Riskləri məhdudlaşdırmaq üçün Chau daha uzaq opsionları alır. Opsion qiymətlənməsinin detallarına çox dərindən girmədən deyək, bazar qiymətinə yaxın opsionlar daha böyük zaman premiyasına malikdir (daha bahadır). Nəticədə Chau bahalı opsionları satır, ucuz opsionları alırdı və fərqi özündə saxlamağa ümid edirdi.
Strategiyanın gəlir qrafiki göydə uçan kondoru xatırladır məhz buna görə iron condor adlandırılır.
Hər bir strategiya kimi, bu da həm gəlir, həm də zərər gətirə bilər. Amma Chau-nun “dahiliyi” ondan ibarət idi ki, o, bu strategiyasını Martingale sistemi ilə birləşdirmişdi — bu kazinoda oynayanlar arasında çox populyar üsuldur.
👇 Martingale sistemi nədir
Martingale —hər uduzandan sonra növbəti mərc təxminən ikiqat artırılır ki, qalib gələndə əvvəlki itkilər dərhal geri qaytarılsın və üstəlik gəlir əldə edilsin. Ruletkadan bir nümunə gətirək:
• Qırmızıya $10 qoyursan — uduzursan
• İkinci dəfə təkrar qırmızıya $20 qoyursan — yenə uduzursan (ümumi itki artıq $30 oldu)
• Qırmızıya $40 qoyursan — və deyək ki udursan. $40 qazanc əldə edəcəksən. Beləliklə, əvvəlki itkiləri ($30) bağlayırsan və əlavə olaraq $10 qazanırsan.
Diqqətli oxucu görəcək ki bəxt üzünüzə güldükdə, xalis qazanc ilk(!) mərcin ölçüsünə bərabər olur. Bizim nümunədə bu $10-dur.
Kağız üzərində inandırıcı səslənir, amma praktikada çox təhlükəlidir: əgər uduzma seriyası uzanarsa, mərc məbləğləri eksponensial şəkildə artır və getdikcə daha çox kapital tələb edir.
📉 Martingale Iron Condor ilə necə işləyirdi
Captain Condor hər uğursuz treyddən sonra mövqelərin ölçüsünü böyütməklə yeni “mərc səviyyəsi”nə keçirdi. İtkiləri məhdudlaşdırmaq əvəzinə, mərc ölçüsünü artıraraq onları kompensasiya etməyə çalışırdı. Bir sıra uğursuzluqlardan sonra mərcin həcmi təxminən 90 000 Iron Condor mövqeyinə çatdı, və risk milyonlarla dollara çatdı. Amma bazar yenə gözləniləni etmədi və itkilərin həcmi bir dövr ərzində təxminən $30–$50 mln-a çatdı.
Mərci bir dəfə də artırmaq üçün artıq maliyyə imkanları qalmamışdı 😱
✅ Strategiya niyə ilk baxışda işləyirdi
• Iron Condor bazar sabit olduqda həqiqətən gəlir gətirə bilər.
• Bu cür treydlər tez-tez, amma kiçik qazanclar verir ki, bu da təcrübəsiz investorları cəlb edir.
• Bu, minimal səylə “asan gəlir” kimi görünür — bunu marketinq aləti kimi istifadə edirlər.
❌ Niyə hər şey fiasko ilə bitdi
- Martingale ilə Iron Condor-un kombinasiyası riski kəskin artırdı — uğursuzluqlar seriyası zamanı kapital sürətlə “əridi”.
- Çox qısa müddətli opsionlar riski daha da artırdı, çünki onlar bazardakı gözlənilməz hərəkətlərə çox həssasdır.
- Dar diapazonlara həddindən artıq böyük kapital yerləşdirilməsi, bu sərhədlərdən cüzi çıxış zamanı belə, nəhəng itkilərə səbəb oldu.
🧠 Nəticə
👉 sakit dövrlərdə gəlirli görünən yanaşmalar, böyük risklər gizlədə bilər.
👉 mürəkkəb treydinq sistemlərini “zəmanətli gəlir” kimi qəbul etmək olmaz — xüsusilə də onlar “asan pul” kimi təqdim edilirsə.
👉 risk-menecment strategiyanın özündən heç də az vacib deyil.
Əgər birdən “Kapitan Kondor”, ”Polkovnik Şahin” ya da “Qeneral-mayor Qartal” kimi quşlardan “təkliflər” görsəniz — onlardan uzaq durun.