Repressiya və yoxsulluqdan - investisiya dünyasının zirvəsinə gedən yol.
Ətrafımızdan tez tez "bəxtimiz gətirməyib" kimi şikayətlər eşidirik. Düşünürük ki, şərait bir az fərqli olsaydı, biz çoxdan daha uğurlu olardıq. 🤷♂️
Aşağıda sizə bir insanın həyatından bir neçə fakt təqdim etmək istərdim:
• O hələ çox kiçik uşaq olanda onun valideynləri həbs olunub
• Uşaqlığı himayədar ailələr və uşaq evləri arasında keçib
• 1976-cı ildə, 10 yaşı olanda, tarixin ən ölümcül zəlzələlərdən biri olan və təxminən 300 min insanın həyatına son qoyan zəlzələni yaşayıb 🌍
• Tələbəlik illərində Tyananmen meydanındakı etirazların fəal iştirakçılarından biri olub, onların amansız şəkildə dağıdılmasından sonra isə xarici ölkələrə köçməyə məcbur qalıb — pulsuz, əlaqəsiz və dili bilmədən ✈️
• Universitetdə təhsilini tamamilə kredit hesabına alıb 💳
Və bunları yaşamış insanın görkəmli bir investisiya karyerası qurmaq şansı nə qədər idi? 🧐
Buyurun, postumuzun qəhrəmanı Li Lu
Sarsıntılar dövrünün Çin`indən — Columbia University-yə gedən yol
Li Lu Çində ciddi siyasi və sosial kataklizmlər dövründə böyüyüb. Tyananmen meydanındakı hadisələrdən sonra ölkəni tərk etməyə məcbur qalıb. Faktiki olaraq — həyata sıfırdan başlayıb.
ABŞ-da o, Columbia University-yə daxil olur — dəyər investisiyasının beşiyi, Benjamin Graham-ın universiteti. Li Lu üçün bu sadəcə təhsil deyildi, bu, dünyagörüşünün dəyişməsi idi. O, hər şeydən qənaət edərək oxuyur və intellektual üstünlük toplamağa çalışırdı 📚🧠
İstiqaməti dəyişən Buffett-in çıxışı
1993-cü ildə Li Lu Warren Buffett-in çıxışlarından birini dinləyir və ondan çox təsirlənir.
Buffett onilliklərlə saxlanıla bilən bizneslərdən, etibar edilə bilən menecmentdən və mürəkkəb faizdən — investorun əsas gücü kimi danışırdı.
Sonralar Li Lu etiraf edirdi ki, məhz bu çıxış onun şəxsi investisiya fəlsəfəsini formalaşdırmağa kömək edib 💡
Charlie Munger ilə görüş (2003)
2003-cü ildə Li Lu-nun taleyində həlledici rol oynamış insanla - Charlie Munger ilə tanışlıq baş verir. Onların baxışları təəccüblü dərəcədə üst-üstə düşürdü: konsentrasiya, rasional yanaşma, lazımsız əməliyyatlardan imtina.
Himalaya Capital
1997-ci ildə Li Lu Himalaya Capital fondunu yaradır. Onun üslubu hedc-fond sənayesi ilə kəskin ziddiyyət təşkil edir:
• portfel son dərəcə konsentrasiyalıdır
• əməliyyatların sayı minimaldır
• investisiya müddəti — illər və onilliklərdir ⏳
Açıq mənbələrə görə, fondun uzunmüddətli orta illik gəlirliliyi uzun illər ərzində ikirəqəmli olub - 25-30%. Və bu nəticəni, əksər aktiv idarəçilərlə müqayisədə xeyli az əməliyyat sayı ilə əldə edilib.
Li Lu-nun ən məşhur və ən nümunəvi investisiyası — Çinin avto istehsalçısı BYD-dir.
• BYD ilə bağlı ilk investisiyalar 2000-ci illərin ortalarında edilib
• 2008-ci ildə məhz Li Lu Charlie Munger-i bu şirkətlə tanış edib, bu da Berkshire Hathaway tərəfindən investisiyaya gətirib çıxarıb
• BYD səhmləri 15 ildən çox müddət saxlanılıb
Pik nöqtədə bu investisiyanın dəyəri on dəfələrlə artıb — müxtəlif qiymətləndirmələrə görə, ilkin yatırımlar 20x–30x misli aralığında artıb📈
Hətta qismən satışlardan sonra belə, şirkət uzun müddət Berkshire tarixində ən uğurlu investisiyalardan biri olaraq qalıb.
BYD — Li Lu fəlsəfəsinin klassik nümunəsidir: rüblük hesabatlara deyil, qurucuya, texnologiyaya və struktur trendə baxış 🎯
Yekun
Li Lu-nun hekayəsi siyasi repressiyalardan, yoxsulluqdan, mühacirətdən və qeyri-müəyyənlikdən keçərək öz nəslinin ən hörmətli investorlarından birinə çevrilmiş bir insanın hekayəsidir.
Və onun unikallığını göstərən daha 2 fakt:
Birincisi - Li Lu Warren Buffett-in potensial varisi adlandırılırdı. Lakin təkliflərə baxmayaraq, o bu roldan özü imtina etdi.
Və ikincisi: Li Lu, Munger-in pullarını etibar etdiyi yeganə müstəqil idarəçidir. Munger-in 90 milyonluq investisiyanı 400 milyona çatdırdı.
Fikrimizcə onun yolunun əsas dərsi çox sadədir:
Uzunmüddətli düşüncə və aydın baxış, istənilən start şərtlərinə qalib gələ bilər. 🧠📈