“Fat-finger error”

“Fat-finger error”
Photo by Alicia Christin Gerald / Unsplash

2 may 2022-ci il. Bazar ertəsi. London vaxtı ilə 8:56. 🕗

Adi bir səhər idi. Və heç nə sürpriz olacağından (!) xəbər vermirdi. Treyderlər rahat şəkildə kofe süzür, həftəsonu macəraları müzakirə edirlər. Avropa bazarları sakit açılmışdı.

Amma bir saniyənin içində hər şey dəli kimi dəyişdi. 🙈

Avropa indeksləri qəfildən “qırmızıya boyandı” və aşağıya doğru yuvarlandı. İsveç bazarı (OMX Stockholm 30 indeksi) cəmi 5 dəqiqəyə 8% çökdü. Ardınca da Fransa, Almaniya və İtaliya da düşməyə başladı. Avropa bazarlarından bir anda 300 milyard avro “buxarlandı”. 📉

Təbii ki, panika başladı: 😱 Müharibə? Yeni virus? Qlobal çöküş?

Amma həqiqət daha sadə idi. Bu vaxt Citigroup-da 20 illik təcrübəsi olan trader Filip Jensen evdən işləyirdi. O gün üçün onun sadə bir tapşırığı var idi: $58 mln dəyərində səhmlər səbətini satışa çıxarmaq.

Lakin Filip maliyyədə “fat-finger error” (qalın barmaq səhvi) adlanan səhvi etdi:

58 mln rəqəmini “məbləğ” sahəsinə yox, “səhm sayı” sahəsinə yazdı.
Sistem sifarişi dərhal yenidən hesabladı. Və birjaya $444 milyardlıq order göndərildi. 🤯 Düşünün, bu məbləğ Danimarkanın GDP-sindən böyükdür (ölkə iqtisadiyyat ölçüsünə görə dünyada 37-ci yerdədir).

Deyəcəksiz ki - məşhur risk management harada idi? Niyə onu dayandırmadılar?

Əlbəttə ki, bankda qoruma sistemi var idi. Filip “göndər” düyməsini basanda sistem ona 711 alert göndərdi! 🚨🚨🚨
Amma “insan faktoru” işə düşdü. Biz bəzən ekrandakı xəbərdarlıqlara o qədər öyrəşirik ki, oxumadan “OK” basırıq. Bazar ertəsi. Səhər. Yəqin ki həftəsonu “maraqlı” keçmişdi. Və Filip də bütün xəbərdarlıqları rədd etdi.

Nəticədə nə oldu:

• Zərbə altına Avropa biznesinin nəhəngləri düşdü: LVMH, Nokia, H&M. Səhmləri bazara dəyər dəyməz qiymətinə “atılırdı”.

• Citigroup əməliyyatın özündə $50 mln itirdi və əlavə olaraq zəif nəzarətə görə $100+ mln cərimə aldı.

• Filip isə mükafat aldı... 🤩Təbii ki zarafatdır. Dərhal işdən çıxarıldı.

Treyderlər üçün dərs: tətbiqdə sifariş yerləşdirəndə həmişə sıfırları və vergülləri yoxlayın. Bazar tələskənliyi bağışlamır — xüsusilə də evdəki rahat kreslodan ticarət edirsinizsə. 😉