Mohnish Pabrai-nin real investisiya əməliyyatının analizi

Mohnish Pabrai-nin real investisiya əməliyyatının analizi

Əvvəlki postlarda biz Mohnish Pabrai kitabını qısa şəkildə izah etmişdik. Amma şəxsən mənim bu kitabda ən çox bəyəndiyim məqam — real investisiyaların oradakı qaydalarla üst-üstə düşməsidir.

Bu gün biz nəzəriyyəni kənara qoyub praktik misala baxmağa qərar verdik. Bunun üçün onun son böyük investisiyasını təhlil etdik. Mohnish Pabrai təxminən $100 milyon məbləğində vəsaiti Transocean şirkətinə yatırıb 💰

Pabrai ilk alışını 2025-ci ilin 3-cü rübündə orta hesabla təxminən $3 qiymətlə edib. 4-cü rübdə isə səhmləri $3.5–4.5 aralığında əlavə edib. Hazırda isə qiymət $6-dan yuxarıdır. Yəni o, ilk alışından cəmi yarım il ərzində təxminən 2 qat qazanc əldə edib 📈

Və bu gün biz onu 9 Dhandho qaydası ilə uyğunluğunu yoxlayacayıq 😉

🔎 Transocean Dhandho filtrindən necə keçir?

1️⃣ Existing business

Bu, 200 slaydlıq pitch deck-i olan trend startup deyil. Şirkət demək olar 100 illik tarixə malikdir, onlarla enişli çıxışlı neft dövrlərini keçib və offshore drilling sahəsinin lideridir.

2️⃣ Simple business

Mühəndislik çətin olsa da biznes model çox sadədir: dəniz platforması qur → icarəyə ver → gündəlik ödəniş al. Demək olar ki, daşınmaz əmlak kirayəsi kimidir — sadəcə mənzillər yox, milyardlıq qurğular.

3️⃣ Distressed industry

2014 neft çöküşündən sonra offshore sektoru “ölü sektor” sayılırdı. Şirkətlər iflas olurdu, qurğular metal lom kimi satılırdı. Pabrai məhz belə yerlərdə almağı sevir.

4️⃣ Durable moat

Transocean-un unikal 8-ci nəsil qurğuları var — ən çətin quyuları qaza bilən yeganə platformalar. Bu, brend yox, real fiziki moat-dır ⚙️ Belə qurğu tikmək həm çox bahalıdır, həm də illər çəkir.

5️⃣ Few Bets, Big Bets

Pabrai portfelində təxminən 10 şirkət saxlayır. Transocean ən böyük mövqelərdən biridir. 🎯

6️⃣ Value arbitrage

Səhmlərin ümumi bazar qiyməti şirkətin aktivlərinin dəyərindən təxminən 4 dəfə aşağıdır. Sanki zavodu içindəki metalın qiymətinə satırlar.

7️⃣ Margin of Safety

Şirkətin artıq ~$7 milyardlıq çoxillik kontraktları var. Neft qiyməti düşsə belə, pul axını təmin olunub 🛡

8️⃣ Low risk, High uncertainty

Sektorda qorxulu xəbərlər çoxdur: borc, ESG, enerji keçidi və s. Bütün bunlar ucuz qiymətə artıq daxil edilib. Amma real risk aşağıdır — dünya yenə də bu platformalara ehtiyac duyur.

9️⃣ Copycat yanaşması

Bəlkə yeganə istisna budur. Transocean texnoloji baxımdan müəyyən mənada innovatordur — 8-ci nəsil qurğular buna sübutdur.

🎯 Nəticə

Beləliklə, şirkət 9 qaydadan 8-inə artıqlamasıynan uyğun gəlir.

Bu, klassik Pabrai yatırımıdır:

qorxulu görünür → ucuzdur → risk məhduddur → potensial böyükdür

Məhz buna görə belə investisiyalar alış zamanı darıxdırıcı görünür — amma illər sonra dahiyanə sayılır ⏳📈