Gümüşün "qara" günü

Gümüşün "qara" günü
Photo by Scottsdale Mint / Unsplash

Yanvarın sonu qiymətli metalların fəlakətli enişini müşahidə etdik. Gümüşün qiyməti bir gün ərzində 40%-ə qədər düşdü 😳. Amma bu gümüşün tarixindəki ən böyük eniş deyil. 27 yanvar 1980-ci ildə qiymət cəmi bir gün ərzində 50%-dən çox azalmışdı 📉.

1970-ci illərdə investorlar inflyasiya risklərindən və mürəkkəb geosiyasi vəziyyətdən ciddi şəkildə narahat idilər🌍🔥. Tanış səslənir? Bu, qiymətli metallara tələbi xeyli artırırdı. Amma bu günlərdən fərqli olaraq — yəni “silver” sözü olan hər bir maliyyə alətini almağa axışam minlərlə fərdi investor ordusu — o vaxt gümüşə tələbi bazarı monopoliyaya almağa çalışan cəmi iki nəfər qızışdırırdı.

Bunker və Herbert Hunt qardaşları — o dövrdə ən varlı ailələrdən birinin üzvləri idi. Gümüşün bahalaşacağını proqnozlaşdıraraq, böyük miqdarda mövqe aldılar🛡💰.

Onların strategiyası çox radikal idi: qardaşlar fiziki gümüşü və onun üzrə futures-ləri çox böyük həcmlərdə almağa başladılar və dünya bazarının əhəmiyyətli hissəsini ələ keçirməyə çalışdılar. Nəticədə:

• 1979-cu ilin əvvəlində təxminən $6 qiyməti olan gümüşün (bir troy unsiya üçün), 1980-ci ilin yanvarında rekord səviyyəyə ~$49–50-yə yüksəldi. Bu, bir il ərzində 700%-dən çox artım demək idi 🚀.

Qardaşlar təkcə öz vəsaitlərini deyil, həm də kənar investorların pullarını cəlb etdilər və iri kreditlər götürdülər.

Bir məqamda tənzimləyicilər bunun bazar üçün ciddi risk yaratdığını anladılar və zəmanət (margin) tələblərini artıraraq, birja qaydalarını (COMEX) sərtləşdirdilər ⚖️. Qardaşlar bu yeni öhdəlikləri yerinə yetirmək üçün gümüşü satmağa başladılar ki, bu da vəziyyəti daha da ağırlaşdırdı və bazarda panika yarandı 😱.

Cümə axşamı, 27 yanvar 1980-ci ildə, gün ərzində gümüşün qiyməti təxminən ~$21-dən $10.80-ə düşdü — bir ticarət günü ərzində 50%-dən çox eniş 📉 Həmin gün Silver Thursday (Gümüş cümə axşamı) adıyla tarixə düşdü.

Qardaşlar nəhəng zərərlər gördülər (təxminən $1.7 mlrd) və sonda müflis oldular.

Bu gün gümüşə marağın artması — bazarı monopoliyaya alma cəhdi ilə bağlı olmasa da — eyni fundamental drayverləri xatırladır: inflyasiya, valyuta üzərində təzyiq və geosiyasi qeyri-müəyyənlik 🌐. Bu da göstərir ki, maliyyə bazarlarının tarixləri tez-tez təkrarlanır, sadəcə yeni kontekstdə ⚠️📊.