"The Dhandho Investor", Mohnish Pabrai. 1-ci hissə

"The Dhandho Investor", Mohnish Pabrai. 1-ci hissə

Fevralın əvvəli Mohnish Pabrai simvolik bir addım atdı: o, Nyu-York Fond Birjasında öz ETF-ini işə saldı 📈. Bəziləri üçün bu, sadəcə növbəti birja məhsuludur. Amma Pabrai-ni uzun müddətdir izləyənlər üçün bu, onun artıq təxminən iyirmi ildir ardıcıl şəkildə müdafiə etdiyi və praktikada uğurla tətbiq etdiyi fəlsəfənin məntiqi davamıdır.
Bu fəlsəfə onun «The Dhandho Investor» əsərində ətraflı şəkildə izah olunur. Və bu gün, Pabrai-yə xas düşüncə tərzinin nədən ibarət olduğunu və niyə onun yanaşmasının qısa və anlaşılan dildə izah etmək üçün yaxşı fürsətdir 🙂.

«Dhandho» nədir?🤔

Dhandho sözü Hind mədəniyyətindən götürülüb. O, kitabda bunu belə izah edir:

💡
"Formal olaraq sanskrit dilindən tərcümədə bu, «sərvət yaradan fəaliyyət» deməkdir. Sadə dildə isə — «biznes».

Amma Pabrai-nin interpretasiyasında “Dhundho” istənilən biznes demək deyil.
Bu, riskin sistemli şəkildə minimuma endirildiyi, lakin potensial qazancın yüksək qaldığı fəaliyyətdir ⚖️.

Mohnish bu yanaşmanı bir cümlə ilə izah edir:

💡
«Yaxşı ssenaridə qazancım yüksəkdir, pis ssenaridə isə itkilərim aşağıdır».(Heads I win, tails I don’t lose much) 🎯

Daha sonra Pabrai kifayət qədər detallı şəkildə nə etdiyini izah edir.

Qayda 1. Mövcud işləyən bizneslərə investisiya et 🏭

Pabrai dərhal investisiya dünyasının yarısını kənara qoyur.

Startaplar, texnologiyalar, «yeni bazarlar» — bunlar gözəl səslənir, amma gələcək haqqında proqnoz tələb edir. Proqnozlar isə çox vaxtı səhv çıxır⚠️.

Dhandho-investor:
• artıq böhranlardan keçən,
• artıq pul qazanan,
• artıq biznes-modelin işlədiyini sübut edənləri seçir!

✨Əgər biznes 10–20 il ərzində işləyirsə və gəlir gətiribsə, onun birdən-birə boş bir şeyə çevrilmə ehtimalı xeyli aşağıdır.
Pabrai kəşf etmək istəmir. Çünkü bunun çətin (bəlkə də imkansız) olduğunu bilir.

Qayda 2. Sadə bizneslərə investisiya et 🧩

İkinci əsas filtr — sadəlikdir.

Əgər bir biznesi bir dəqiqəyə 10 yaşlı uşağa izah etmək mümkün deyilsə, bu, Dhandho-investor üçün pis namizəddir.
Pabrai:
• mürəkkəb maliyyə strukturlarından,
• texnoloji «qara qutular»dan,
• hər şeyin bir dahi məhsuldan asılı olduğu şirkətlərdən qəsdən uzaq durur.

Onun xoşuna gələnlər isə daha çox «sıxıcı» sahələrdir:
• sığorta,
• istehsal,
• distribusiya,
• təkrarlanan tələbi olan servis xidmətləri.

Niyə? 🤨

Çünki sadəliyi sındırmaq və məhv etmək çətindir.

Mürəkkəb bizneslər supergəlirlər gətirə bilər — amma onlardan gözləntilər yüksək olur və ideal icra tələb edir.

Qayda 3. Problemi olan sahələrdə problemi olan bizneslərə investisiya et 🔥

Və ən maraqlı hissə də məhz burada başlayır.

Pabrai başqalarının qaçdığı biznesləri sevir:

• «tənəzzüldə» olan sahələri,
• müvəqqəti problemləri olan şirkətləri,
• bazarın artıq silib atdığı biznesləri.

Ona görə vacib məqam: müvəqqəti problemlər - ölümcül deyil. Ancaq sahə böhran yaşadıqda, aktivlərin qiymətləri real dəyərindən aşağı düşür 📉. Məhz bu anda asimmetriya yaranır:

• Potensial zərər məhduddur (biznes artıq onsuzda «dibdədir»),
• Potensial qazanc isə böyükdür (Bir balaca düzəlsə bu artıq çox müsbət qarşılanacaq).

Bu, klassik Dhandho-dur:

Heads I win, tails I don’t lose much.

📌 Növbəti postlarda bu kitabın izahını davam edəcəyik.