Piotroski F-Score
Məşhur investorların müsahibələrində tez-tez belə bir ifadə eşidirik: “Əla şirkət al və uzun müddət saxla.” Çox gözəl səslənir. Bəs o əla şirkəti necə tapım?
1990-cı illərin sonunda Stanford Graduate School of Business professoru Joseph Piotroski bu suala cavab verməyə çalışıb. Və biznesin maliyyə sağlamlığını ölçmək üçün Piotroski F-Score adlı model təklif etdi.
👨🏫 Joseph Piotroski — mühasibat uçotu üzrə professor olub. Maliyyə hesabatlarından istifadə etməklə səhmlərin necə daha düzgün seçilə biləcəyini araşdırıb.
Piotroski, treyder və ya fond meneceri deyildi — onun modeli akademik tədqiqatın nəticəsi idi. Piotroski öz işində şirkətin maliyyə baxımından yaxşılaşdığını göstərən 9 meyar müəyyənləşdirdi.
Onun modeli çox sadədir.
Hər bir meyar üçün:
• ✅ 1 bal, əgər şərt yerinə yetirilirsə
• ❌ 0 bal, əgər yerinə yetirilmirsə
Yekun F-Score — bu balların cəmidir.
F-Score meyarları 📊
🟢 1. Profitability — (ümumi 4 bal)
1️⃣ Şirkət mənfəəti
Net Income > 0
2️⃣ Əməliyyat pul axını
Operating Cash Flow > 0
3️⃣ Return On Assets keçən ilə görə yaxşılaşıb mı?
Cari ilin ROA > əvvəlki ilin ROA .
(ROA = Net Income / Total Assets)
4️⃣ Pul axını mənfəətdən yüksəkdir mi?
Operating Cash Flow > Net Income.
👉 Yani şirkət real (sadəcə kağızda yox) mənfəət qazanır!
🔵 2. Financial Stability — (ümumi 3 bal)
5️⃣ Borc yükü azalıb mı?
Long-Term Debt / Total Assets nisbəti ötən illə müqayisədə aşağıdır.
6️⃣ Likvidlik artıb mı?
Current Assets / Current Liabilities nisbəti keçən ilə görə yüksəlib.
7️⃣ Yeni səhmlər buraxılmayıb
Tədavüldə olan səhm sayısı artmayıb mı.
👉 Yani şirkət problemləri borc və ya səhmlərin buraxılması ilə həll etmir.
🔷 3. Operating Efficiency — ümumi 2 bal
8️⃣ Gross Margin artıb mı?
Gross Profit / Sales göstəricisi əvvəlki ildən yüksəkdir.
9️⃣ Asset Turnover artıb mı?
Sales / Total Assets göstəricisi yaxşılaşıb.
👉 Biznes daha effektiv işləməyə başlayıb.
Bu sualların cavablarına görə şirkətlər aşağıdaki kateqoriyalara bölünür🎯
• 8–9 bal — maliyyə baxımından güclü şirkət
• 6–7 bal — orta səviyyədən yuxarı
• 4–5 bal — neytral
• 0–3 bal — şirkətdə ciddi risklər var
📉 Orijinal tədqiqatda Piotroski modeli bütün bazara deyil, yalnız aşağı P/B (price-to-book) göstəricisinə malik şirkətlərə tətbiq etmişdi. Yani ilkin bir filtr istifadə edirdi və bazar tərəfindən ucuz qiymətləndirilən biznesləri seçirdi.
Və yalnız bundan sonra onların maliyyə keyfiyyətini F-Score ilə yoxlayırdı.
Portfel necə idarə olunurdu?🔄
Orijinal yanaşmada:
• F-Score ildə bir dəfə hesablanırdı
• yalnız illik maliyyə hesabatları istifadə olunurdu
• portfel 12 ay saxlanılırdı
• sonra yenidən qiymətləndirilirdi
Orijinal backtest nəticələri 📈
1976–1996 dövründə:
• aşağı P/B olan şirkətlər seçildi
• onların içindən F-Score ≥ 8 olanlar ayrıldı
• portfel illik əsasda saxlanıldı
Nəticə:
👉 təxminən +23% illik gəlir, bazardan xeyli yüksək.
⚠️Bu metodun zəif tərəfləri də var:
• ❌ growth və tech şirkətlər üçün zəif işləyə bilər
• ❌ banklar və maliyyə sektoru üçün uyğun deyil
• ❌ gələcək artımı proqnozlaşdırmır
• ❌ giriş vaxtını göstərmir
Yani bu model hazır investisiya strategiyası yox, keyfiyyət yoxlama mexanizmidir.
Müasir variasiyalar və testlər 🧪
Bu gün F-Score müxtəlif düzəlişlərlə istifadə olunur:
• 📆 İllik yerinə kvartallıq rebalans.
• 🔗 Altman Z-Score və Ohlson O-Score ilə birlikdə (bu göstəricilər şirkətin kredit ödəmə gücünün ölçülməsi üçün istifadə olunur)
• 📈 Başqa factor-lar da əlavə olunur (məs. şirkətin ölçüsü)
Bu yanaşmalar bəzən gəliri azaltsa da, risk və drawdown göstəricilərini yaxşılaşdırır. Ancaq yenə də müstəqil testlər göstərir ki model aktuallığını qoruyur.
Ümumi nəticə 🧩
Piotroski F-Score — biznes üçün illik tibbi müayinəyə bənzəyir 🩺 Onu hər ay etmək mənasızdır. Amma ildə bir dəfə və ya rübdə bir dəfə yoxlamaq — məntiqlidir.
Onun əsas gücü — pis ssenariləri erkən mərhələdə kənarlaşdırmaqdır. Və məhz buna görə hələ də aktualdır.