📌 Ray Dalio —“Prinsiplər” fəlsəfəsinin memarı

📌 Ray Dalio —“Prinsiplər” fəlsəfəsinin memarı
Photo by Alejandro Barba / Unsplash

Artıq bu rubrikamıza da siftə 🤲 edəcəyik. Yazımızın “qonağı” amerikalı investor, milyarder və dünyanın ən böyük hedc-fondu olan Bridgewater Associates-in təsisçisidir. Fərqli və sistemli düşüncələrinə görə onu bəzən "investisiya aləminin Stiv Cobsu" adlandırırlar.

Buyurun, ilk qəhrəmanımız:

📌 Ray Dalio


🧬 Qısa bioqrafiyası:

• 📅 1949-cu ildə Nyu-Yorkda doğulub.

• 💼 İlk səhmini 12 yaşında alıb — Northeast Airlines.

• 🎓 Harvard Biznes Məktəbini bitirib.

• 🏦 1975-ci ildə öz mənzilindən Bridgewater Associates-i qurub.

• 🌍 2008-ci ildəki maliyyə böhranını öncədən proqnozlaşdırıb.

• 🌐 Qlobal makro strategiyasının (Global Macro) tərəfdarıdır.


📚 Ray Dalionun müəllif olduğu kitablar:

  1. 📖 "Principles: Life and Work" Şəxsi və iş prinsiplərini bölüşdüyü bestseller.
  2. 📖 "Principles for Navigating Big Debt Crises" Böhranların necə işlədiyini izah edən analitik kitab.
  3. 📖 "Principles for Dealing with the Changing World Order". Qlobal güclərin dəyişməsi və qarşıdakı risklər barədə düşüncələr.

🧠 Ray Dalionun investisiya fəlsəfəsi:

• 🔄 Borclanma dövrləri — iqtisadiyyat təkrarlanan kredit və borc dövrlərinə əsaslanır. Maliyyə böhranlar əsas səbəbi - requlyatorların bu dövrləri düzgün tənzimlənməməsidir. Bu barədə youtube-da çox maraqlı videolar var.

• ⚖️ Diversifikasiya və balans — İnvestisiya alətləri arasındakı korrelyasiyaları nəzərə alaraq müxtəlif şəraitlərə qarşı davamlı portfel qurulması.

• 🧩 Radikal şəffaflıq — Komanda qurulmasında və işin idarə edilməsində ən vacib faktordur. Bridgewater-də hər kəsin fikri açıqdır.


Ray Dalionun şirkəti:

🏦 Bridgewater Associates:

• 📍 Qurulma tarixi: 1975

• 🌐 Baş ofis: Konnektikut, ABŞ

• 💼 Aktivlər: $125 milyarddan çox

• 📊 Əsas fondlar: Pure Alpha, All Weather Fund

Növbəti yazılarımızda “All Weather Fund” haqqında daha ətraflı bəhs edəcəyik.