Birjada ən böyük birgünlük çöküş

Birjada ən böyük birgünlük çöküş
Photo by m. / Unsplash

Sizcə Amerikanın tarixində ən böyük birgünlük çöküş nə zaman baş verdi?

Bu nə 1929-cu ilin Böyük Depressiyası zamanı idi,

Nə də 2007–2008-ci illərin maliyyə böhranı zamanı olub.

👉 Ən böyük eniş 19 oktyabr 1987-ci ildə oldu.


🔻 «Qara bazar ertəsi»

1987-ci il, 19 oktyabrda Dow Jones indeksi cəmi bir gündə 22,6% aşağı düşdü.

Müqayisə üçün: 1929-cu ildə Böyük Depressiya zamanı ən böyük birgünlük eniş 12–13% idi.


⚠️ Səbəblər

1.  İnflyasiya və FED-in faizləri artırması qorxusu.

2.  80-ci illərin borc ekspansiyası — «junk bonds» (zibil istiqrazları) və LBO-ların bum dövrü. Bu haqda növbəti postlarıməzda danışacayıq.

3.  Və ən əsas amillərdən biri - Proqramlaşdırılmış ticarət (program trading) — ilk alqoritmlər avtomatik satışları işə salaraq bazarı çökdürdü. Bu alqoritmlər bazarın nəbzini proqnoz edib, qiymətlərin istiqamətinə görə hərəkət etməyə proqramlaşdırılmışdı. Həmin tarixdə bir neçə böyük satış bütün proqramları işə saldı, və hamısı birdən bazara küllü miqdarda satış sifarişi göndərdi. Bu da qartopu effekti yaratdı və treyderlər bunu başa düşənə qədər, artıq olan olmuşdu.


📊 Nəticələr

•  Qlobal bazarlar trilyonlarla dollar dəyər itirdi.

•  Amma ABŞ iqtisadiyyatı tez toparlandı: 2 il ərzində Dow Jones əvvəlki səviyyəsinə qayıtdı.

•  FED (Alan Qrinspan rəhbərliyi ilə) ilk dəfə aktiv şəkildə bazara likvidlik dəstəyi verdi.

•  Bu böhran göstərdi ki, bazar yalnız fundamental problemlərə görə yox, həm də texniki amillərə görə çökə bilər.

•  Sonradan «circuit breakers» — kəskin enişlərdə ticarətin avtomatik dayandırılması sistemi tətbiq edildi.


💡 İnvestor üçün dərslər

1.  Panika ən pis məsləhətçidir. Kim qorxudan satdı, zərərlə çıxdı, səbr edənlər isə bərpanı gözlədi.

2.  Hər şey iqtisadiyyatdan asılı deyil. Alqoritmlər, likvidlik və ticarət mexanikası bazarı silkələyə bilər.

3.  Diversifikasiya xilas edir. 1987-də səhmlər çökdü, amma istiqrazlar və nağd pul portfeli qorudu.

4.  Böhran ≠ dünyanın sonu deyil. Ən böyük enişdən sonra belə bazar bərpa olunub — uzunmüddətli düşünmək vacibdir.