«Zibil istiqrazlarının kralı» və 1987-ci il böhranı
1987-ci ilin oktyabrında maliyyə dünyasını «Qara bazar ertəsi» silkələdi (bu haqda burda oxuya bilərsiniz) — fond bazarının tarixində ən böyük birgünlük eniş baş verdi. Dow Jones indeksi cəmi bir gündə 22,6% aşağı düşdü. Səbəblər müxtəlif idi: kompüter alqoritmləri ilə aparılan ticarət, inflyasiya qorxusu və faizlərin artımı. Amma əsas fonlardan biri də yüksək gəlirli, lakin son dərəcə riskli «junk bonds» — zibil istiqrazlarının sürətlə yayılması idi.
Bu bazarın arxasında duran əsas fiqur isə Drexel Burnham Lambert şirkətindən Michael Milken idi.
👤 Bioqrafiya
• 1946-cı ildə Kaliforniyada anadan olub.
• Wharton Biznes Məktəbində MBA dərəcəsi alıb.
• 1970-ci illərdə Drexel investisiya bankında karyerasına başlayıb.
• Aşağı kredit keyfiyyətinə malik istiqrazlara ümid edib və onların Wall-Street-i dəyişəcəyinə inanıb.
💸 Metodları və «junk bonds inqilabı»
Milkenin fikrinə görə yaxşı diversifikasiya edilmiş aşağı keyfiyyətli qiymətli kağızlardan ibarət portfel, investora əlavə gəlir qazandıracaq. Və bu bazarı yaradaraq, kənarda qalmış şirkətlərə fürsət verdi:
• «Dəyəri aşağı qiymətləndirilmiş» şirkətlərin maliyyələşdirilməsi — bankların imtina etdiyi şirkətlər kapital əldə etdi.
• LBO (Leveraged Buyouts) — korporasiyaların nəhəng borclar hesabına alınması.
• Yüksək gəlirlilik — investorlar əlavə faizlər üçün kütləvi şəkildə bu bazara axışdılar.
Məhz bu «inqilab» yüz milyardlarla dollarlıq əməliyyatlara yol açdı.
⚠️ Problemlər və çöküş
Amma bu modelin qaranlıq tərəfi də var idi:
• Pul şirkətlərə real risklər nəzərə alınmadan verilirdi.
• LBO-lar biznesləri borcun ağırlığı altında zəiflədirirdi.
• Faizlərin artdığı və panikanın gücləndiyi 1987-ci ildə bu, böhranı daha da dərinləşdirdi.
Daha sonra Milken və Drexel bazarda manipulyasiya, insayder ticarəti və fırıldaqçılıq ittihamları ilə araşdırmaya məruz qaldı. 1990-cı ildə o, özünü günahkar bildi və təxminən 2 il həbsdə yatdı.
📚 Milken haqqında kitablar:
Milkenin hekayəsi o qədər səs-küylü oldu ki, o, maliyyə haqqında məşhur kitabların «qəhrəmanı»na çevrildi:
• «The Predators’ Ball» (Connie Bruck, 1989) — Drexel və Beverly Hills-dəki partilərin xronikası, junk bonds gücünün simvolu.
• «Den of Thieves» (James B. Stewart, 1991) — 80-ci illərin Wall-Street qalmaqalları, Milken burada tamahkarlığın təcəssümü kimi göstərilir.
Bu kitablar onu hərisliyin və cəsarətin korporasiyaların taleyini müəyyənləşdirdiyi bir zamanın simvoluna çevirdi.
🏛 Bu gün Milkeni müxtəlif cür adlandırırlar:
• Bəziləri üçün o — «maliyyə dahisi», kapitalı əlçatmaz olanlara açan adamdır. Və buna görə o “böyük oyunçular” tərəfindən cəzalandırıldı.
• Digərləri üçün isə — balonun və fəlakətin memarıdır.
Həbsdən sonra o, xeyriyyəçiliklə məşğul oldu, tibbin və təhsilin inkişafına milyardlarla dollar yatırdı. Amma onun adı həmişə junk bonds və 1980-ci illərin «Wolfs of Wall Street» ilə assosiasiya ediləcək.