Peter Lynch-in uzaq duracağı şirkətlər

Peter Lynch-in uzaq duracağı şirkətlər
Photo by Towfiqu barbhuiya / Unsplash

Salam. Əvvəlki yazımızda ideal şirkətin 13 xüsusiyyəti haqqında yazmışdıq. İndi isə tam tərsi - uzaq duracağımız şirkətlərin əlamətləri.

Başlayaq:

1️⃣ Dəbdə olan sahələrin ulduzları

Əgər sektor artıq hər kəsin diqqətindədirsə (90-larda internet, bu gün kripto və ya süni intellekt kimi), qiymətlər çox vaxt şişirdilmiş olur.

2️⃣ “İkincilər”. Özlərini ikinci McDonald’s və ya Facebook kimi təqdim edənlər.

Bazar liderini təqlid edən şirkətlər adətən heç vaxt orijinalın uğurunu təkrarlaya bilmir.

3️⃣ Çox parlaq və “dəbli” adlar

Əgər şirkətin adında “AI”, “Tech”, “Blockchain” kimi trend sözlər varsa, çox güman ki, qiyməti real dəyərindən baha qiymətləndirilir.

4️⃣ Hər sahəyə girən bizneslər

Əsas işinə fokuslanmaq əvəzinə hər fürsətə atılan şirkətlər resurslarını dağıdır və sonda zərərə düşür.

5️⃣ Tək məhsuldan və ya müştəridən asılı olanlar

Bir məhsula və ya müqaviləyə bağlı şirkət riskli olur — hər şey həmin bir faktordan asılıdır.

6️⃣ Sadəcə şayiələrlə yüksələn aksiyalar

Əgər qiymət vədlərlə və xəbərlərlə artır, amma real nəticələr yoxdur — bu, çox təhlükəlidir.

✨ Nəticə:

Lynch deyir ki, gələcəyin 10-bagger-ləri çox vaxt darıxdırıcı görünən, amma sağlam biznesi olan şirkətlərdə gizlənir 🌱