Yenidən dirçələn dünya heqemonu!

Yenidən dirçələn dünya heqemonu!
Photo by Dena Skulskaya / Unsplash

Çoxlarınıza, xüsusilə də 2000-ci illərdə yaşamış insanlara yaxşı tanış olan bir şirkət haqqında bəzi maraqlı faktları bölüşmək istəyirik👇

Bu şirkətin yaşı 160 ildən çoxdur ⏳
Fəaliyyətinə hələ 1865-ci ildə kağız istehsalı ilə başlayıb 📄

Müxtəlif mərhələlərində isə:
• avtomobil şinləri 🚗
• elektrik kabelləri ⚡️
• qaloşlar (rezin ayaqqabılar) 👢
• elektrik enerjisi avadanlıqları 🔌
• televizorlar 📺
istehsal edib.

Amma dünya şöhrətini ona tamamilə başqa bir məhsul qazandırdı 🌍

Müəyyən bir dövrdə bu məhsul üzrə Dünya bazarının yarısından çoxuna sahib idi 📊 Onların modellərindən biri isə hələ də tarixdə ən çox satılan elektron cihaz sayılır 🏆

Düşünürəm Şirkətin adını artıq tapdınız😉
Söhbət Nokia şirkətindən gedir 📱

Bilmirəm sizdə necədir, amma mənim beynimdə dərhal o məşhur rinqton və sloqan səslənir: “connecting people” 🎶

📈 1994-cü ildə şirkət New York Stock Exchange-də listinqə çıxdı.

Səhmlər 1.25 dollar səviyyəsindən ticarətə başladı 💵
Və artıq 2000-ci ildə isə qiymət 60 dollara çatmışdı 🚀

Bu isə illik 85% (!) gəlir demək idi 🤯

Elə görünürdü ki, heç nə bu şirkəti sarsıda bilməz. Amma… təbii ki heç nə əbədi deyil ⏳

Gəlin qısa bir tarixi arayış verək:

📡 Şirkət kommunikasiya sektorunun perspektivini ilk anlayanlardan biri oldu və 1970-ci illərdən etibarən bütün diqqətini bu sahəyə yönəltdi.

Onların telefonları “isti pirojki” ( ya da “peraşki”) kimi satılırdı 🔥

Xüsusilə Nokia 3310 modeli — (kimdə olub? 😄) — möhkəmlik və keyfiyyətin simvoluna çevrilmişdi 💪📱 Amma rəqiblər təbii ki boş oturmurdu 👇

Nokia 3310 - "daşdöyən" telefon

Şirkət məhsulun keyfiyyətinə fokuslandığı halda, bazara bir rəqib çıxdı. Və o artıq sadəcə məhsul yox, ekosistem yaradırdı 🌐

Bəli, düz tapdınız — bu Apple şirkəti və məşhur iPhone smartfonu idi 🍎

Texniki olaraq o vaxt daha zəif olsa da, yeni yanaşması ilə fərq yarada bildi. Müştərini cəlb etməyi çox yaxşı bacarırdılar.

📉 Nəticədə:

• satışlar azalmağa başladı
• zərərlər artdı

2012-ci ildə səhmlər 1.56 dollar-a qədər düşdü 💥Yəni 2000-ci ilin zirvəsindən 98% dəyər itirdi 😱Artıq 2013-cü ildə mobil telefon bölməsi Microsoft-a satıldı 🤝

Şirkət isə kommunikasiya avadanlıqları sektorunda qaldı 📡 Burada rəqabət daha yumşaq idi.

Bu qədər söz yığınından sonra, Sizdə belə bir sual yarana bilər:

❓ “Niyə mən bu gözəl günəşli günündə vaxtımı naftalin iyi verən şirkətə sərf edirəm?”

Cavab çox maraqlıdır 👇

Keçən ilin sonunda şirkətin yeni səhmdarı oldu 🤯 Bu da məşhur NVIDIA şirkətidir. Və əlbəttə ki, bu hadisə AI (Artificial Intelligence) ilə bağlıdır 🤖

Hazırda AI sorğularının əksəriyyəti böyük data mərkəzlərində işlənir 🏢Bu isə:
• çox resurs tələb edir ⚡️
• vaxt aparır ⏱️

Jensen Huang (NVIDIA şirkətinin rəhbəri) proqnozuna görə isə, yaxın gələcəkdə avtonom çalışan cihazların sayı artacaq:
• robotlar 🤖
• avtonom avtomobillər 🚘
• ağıllı eynəklər 🕶
Bu cihazlarda qərarlar millisaniyələr ərzində verilməlidir ⚡️Yəni hər cihaz əslində mini data mərkəzi olacaq 💻Amma bunun üçün güclü kommunikasiya texnologiyaları lazımdır 📡hansı ki NVIDIAda yoxdur. Və məhz burada Nokia-nın təcrübəsi ön plana çıxır 💡

📊 Bu xəbərdən sonra səhmlər 6 dollardan 8 dollara yüksəldi 📈

Düzdür, tarixi zirvələr hələ çox uzaqdadır…🔮 İndi də hamını maraqlandıran əsas sual:

Bu şirkət yenidən dirçəlib əvvəlki möhtəşəm günlərinə qayıda biləcəkmi?

160 illik tarix göstərir ki, NOKIA sağ qalmağı bacarır. İndi isə təkrar qalib gəlməyi bacardığını sübut etməlidir 💪