Fırıldaqçı treyder, yoxsa "günah keçisi"?

Fırıldaqçı treyder, yoxsa "günah keçisi"?
Photo by Karsten Winegeart / Unsplash

2008-ci ilin yanvarında maliyyə bazarları artıq sinir böhranının astanasında idi 😨📉
ABŞ-da ipoteka böhranı sürətlə dərinləşirdi, banklar bir-birinin ardınca milyardlarla zərər yazırdı, investorlar isə artlq başa düşdü ki bu, adi korreksiya deyil — bu, daha dərin və daha təhlükəli bir şeydir ⚠️

Və məhz bu gərgin atmosferdə bütün maliyyə dünyasını şoka salan bir hadisə baş verir 💥

Bir insan. Bir treyder. Və təxminən 5 milyard avro zərər.

Nə fond. Nə komanda. Nə də mürəkkəb hedcinq sxemindən istifadə olunmuşdu. Sadəcə Fransız bankı Société Générale-də orta səviyyəli bir əməkdaşın qeyri etik hərəkəti.

Onun adı Jerome Kerviel idi.

Kerviel kim idi?

Jerome tipik “Wall Street canavarı” deyildi 🐺

O, Harvard University və ya London School of Economics kimi elit məktəblərin məzunu deyildi. Fransada orta səviyyədən bir ailədə böyümüş, regional universitetdə təhsil almış və bankdakı karyerasına… back-office bölməsində başlamışdı. Və bu da çox vacib bir məqamdır❗️

Çünki məhz back-office-dəki işi ona əsas üstünlük verdi: o, nəzarət sistemlərinin necə işlədiyini və onların boşluqlarını mükəmməl bilirdi 🔐

Burda 1995-ci ildə Barings Bank və Nick Leeson ilə baş verən hadisə yada düşür. Orada da hər şey demək olar ki, eyni idi.

Hər şey necə başladı

Société Générale-də Kerviel Avropa fond indeksləri üzrə ixtisaslaşmış treyder kimi çalışırdı 📊. Onun işi kifayət qədər darıxdırıcı idi:

— arbitraj
— kiçik əməliyyatlar
— minimal risk

Amma zamanla o qaydaları pozmağa başladı ⚠️Əvvəlcə kiçik, icazəsiz əməliyyatlar açdı. Sonra iştah böyüdü. Və nəhayət nəhəng pozisiyalara gətirib çıxardı. Öz hərəkətlərini gizlətmək üçün o, saxta hedcinq əməliyyatlarından istifadə edirdi. Əslində isə o, riskin bağlandığı illüziyasını yaradırdı, halbuki risk getdikcə artırdı 🎭📈

2008-ci ilin əvvəlinə qədər Kerviel-in topladığı mövqelərin həcmi 50 milyard avroya çatdı💣Bu, o dövrdə bir çox böyük şirkətlərin kapitallaşmasından daha çox idi. O, faktiki olaraq bankın taleyini bazarın istiqamətinə bağlamışdı 🎲 Və ən təəccüblüsü — bir müddət onun bəxti gətirmişdi 🍀Qiymətləndirmələrə görə, o, bank üçün təxminən 1.5 milyard avro qazanc gətirməyə belə nail olmuşdu… hər şey dağılana qədər.
Böhran səbəbindən bazarlar düşməyə başlayanda və marja tələbləri artanda, sxem açılmağa başladı 📉

Bank tələyə düşdü:
— nəhəng balans
— bazar düşür
— kreditorlar qapını sökür

Société Générale təcili olaraq Kerviel-in pozisiyalarını bağlamağa məcbur oldu. Və bu panika və aşağı likvidlik şəraitində baş verdi 😰 Nəticədə 4.9 milyard avro zərər yarandı. Ancaq ən qorxulu olan isə məbləğ deyil, bunun nə qədər uzun müddət diqqətdən kənarda qalmasıdır 😶

Kerviel daxili limitləri aşırdı, əməliyyatları saxtalaşdırırdı, nəzarət sistemlərinin boşluqlarından istifadə edirdi. Və bütün bunlar Avropanın ən böyük banklarından birinin daxilində baş verirdi. Və bunlar hamısı “güclü” daxili nəzarətin gözləri qabağında baş verdirdi:

🔹 Kerviel gündə 12–14 saat işləyirdi və demək olar ki, məzuniyyət götürmürdü — bu, rəhbərliyi şübhələndirməli idi
🔹 Onun əməliyyatları bəzən şübhə doğururdu, amma yoxlamalar səthi idi
🔹 O, əməliyyatları real göstərmək üçün həqiqi kontragent adlarından istifadə edirdi. Heç kim də qarşı tərəf ilə üzləşmə aparmırdı

Məhkəmə və nəticələr
2010-cu ildə Jerome Kerviel məhkəmə tərəfindən təqsirli bilindi ⚖️ Ona həbs cəzası və zərəri kompensasiya etmək öhdəliyi (təxminən 5 milyard avro — açıq-aşkar simvolik qərar) verildi. Sonradan hökmün bir hissəsi yüngülləşdirildi, amma bu hekayə artıq əfsanəyə çevrilmişdi 📚

Təbii ki, burada da müxtəlif komplo nəzəriyyələri ortaya çıxmışdı🕵️‍♂️

Çoxları bir sual maraqlandırırdı: necə oldu ki o bu qədər uzun müddət hər şeyi gizlədə bildi?

Kerviel-in öz sözlərinə görə:

💡
"Rəhbərlik risklərin aşılması barədə dolayı yolla məlumatlı idi, amma qazanc olduğu müddətdə buna göz yumurdu 👀 Zərər olanda isə məni günah keçisi elədilər."

Və nədənsə bu versiya olduqca inandırıcı görünür 🤔