"ABŞ iqtisadiyyatının və hegemonluğunun çöküşü", Ray Dalio.
Son günlərdə xəbər lentlərini oxuyanda bu başlıq tez tez qabağıma çıxır:
“Məşhur investor Ray Dalio ABŞ iqtisadiyyatının və hegemonluğunun çökəcəyini proqnozlaşdırır” 📉
Belə xəbəri görüb keçmək, təbii ki, mümkün deyil 🥸Amma müəllifin böyük nüfuzuna baxmayaraq, tənqidi düşüncə bizi mövzunu daha dərindən araşdırmağa vadar etdi 🧠 Məlum oldu ki, bu onun üçün ilk dəfə deyil...
45 il əvvəl, Dalio-nun həyatında artıq oxşar dövr olub. O “dünyanın sonuna” inanaraq hər şeyi riskə atıb 💥
1980-ci illərin əvvəllərində dünya iqtisadiyyatı xaosun astanasında idi 🌍
ABŞ-da inflyasiya 1980-ci ildə 13.5%-ə çatmışdı 🔥İqtisadi artım demək olar ki, dayanmışdı. İşsizlik isə 11% səviyyəsində idi.
Bu — klassik staqflasiya dövrü (eyni anda iqtisadiyyatın zəifləməsi və yüksək inflyasiya) idi.
ABŞ bankları həddindən artıq yüksək faizli borclarla yüklənmişdi və bu borc balonu partlamaq üzrədir 💣. Ray Dalio, öz fikrinə o qədər əmin idi ki, 1982-ci ildə televiziya və Konqresdə açıq şəkildə deyirdi:
“Mən tam əminliklə deyə bilərəm ki, iqtisadiyyat çöküşə doğru gedir.”
Təbii ki bu sadəcə söz deyildi.(Bir çox “dahi proqnozçular” boş-boş danışmağı sevir, amma risk daşımırlar😏). Dalionun misalı isə fərqli idi. O, bazarın düşəcəyinə böyük məbləğdə pul yatırdı📉
Tam o ərəfədə, 1982-ci ilin avqustunda Meksika texniki defolt elan etdi. Hamı gözləyirdi ki, bu “fırtına” tezliklə ABŞ bazarlarına da keçəcək 🌪
Hər şey elə görünürdü ki, Dalio Wall Street-in yeni kahininə çevriləcək...
Amma, necə deyərlər — nəsə səhv getdi 😬
Dalio o vaxtın FED sədri Paul Volcker-in qətiyyətini nəzərə almamışdı:
1981-ci ildə faiz dərəcəsi təxminən 20% idi 💥 Amma inflyasiya zəifləməyə başlayan kimi, FED kursu kəskin dəyişdi:
👉 faizləri sürətlə endirilməyə başladı
👉 1983-cü ildə 9% səviyyəsinə qədər düşdü
Bazar bu addımlara güclü artım ilə reaksiya verdi🚀 Depressiya əvəzinə tarixdə ən güclü yüksəliş dövrlərindən biri başladı. S&P 500 indeksi 1982-ci ilin avqustunda təxminən 102 punkt səviyyəsində idi. 1 il sonra 50%-dən çox artdı 📈
Dalio üçün bu — fəlakət idi. Onun investisiyası tam maliyyə faciəsinə çevrildi 💣
Bridgewater demək olar ki, bütün aktivlərini itirdi və bütün əməkdaşlarını işdən çıxarmağa məcbur oldu.
Və vəziyyət o həddə çatdı ki:
👉 ailə xərclərini ödəmək və evini itirməmək üçün atasından $4 000 borc aldı
Amma Ray Dalio təslim olsaydı, böyük investor olmazdı. O, bu uğursuzluğu həyatının ən vacib dərsinə çevirdi:
“Mən 100% əmin olsam belə — hər şey fərqli baş verə bilər.”
Məhz buradan onun məşhur "Principles" kitabı📘 yarandı.
💡 Çıxaracağımız nəticələr:
• Ən böyük insanlar da səhv edir. Həmişə öz düşüncənə güvən 🧠
• Əgər proqnoz verən insan risk almırsa (əlini daşın altına qoymursa) — bu sadəcə boş söhbətdir 💬
• Hətta ən düzgün analiz belə gözlənilməz faktorlar qarşısında səhv nəticə göstərə bilər 🎯Ancaq bu Sizi öz hədəflərinizdən döndərməməlidir