Twit'in bazara təsiri
Yanvar 2021-ci il. 🌍
Bütün dünya WhatsApp-ın yeni məxfilik siyasətini müzakirə edir və panika içində alternativ “təhlükəsiz” messencerlər axtarır. 📱😰
Və həmin anda Elon Musk Twitter-də (indiki X) cəmi iki sözdən ibarət qısa bir post paylaşır:
“Use Signal” - (Signal istifadə edin).
Musk əslində təhlükəsiz messencer olan Signal-ı nəzərdə tuturdu. 🔐
Amma insanlar başqa cür eşitdilər 💸📈
🚀 Musk effekti: niyə hamı ona qulaq asır?
2021-ci ilə qədər Elon Musk bir çox fərdi investor üçün demək olar ki, maliyyə ilahəsinə çevrilmişdi. 🧠⚡️ Onun bir sözü belə səhmləri ya kosmosa 🚀, ya da uçuruma göndərə bilirdi.
Və belə hallar artıq bir neçə dəfə baş vermişdi:
• GameStop. Musk “Gamestonk!!” tvitini yazdı və videooyun şirkətinin səhmləri bir neçə saat ərzində 50% artdı. 🎮📈
• Dogecoin. Bir it şəkli 🐕 və ya “xalq kriptosu” haqqında zarafat belə meme-coin-in qiymətini dəfələrlə artırmağa kifayət edirdi. 🚀
• Tesla. Hətta bir dəfə öz şirkətinin səhm qiyməti barədə “çox yüksəkdir” yazmışdı, və şirkət dərhal $14 milyard kapitalizasiya itirdi. 📉💰
İnsanlar onun yazılarında çağrılar axrarırdı:
Əgər Elon nəyisə qeyd edirsə — orada pul var. 💵🏃♂️🏃♀️
🔎 Qayıdaq bizim söhbətə.
Ticarət terminallarında investorlar Signal Advance şirkətini tapdılar (ticker: SIGL) və onun səhmlərini kütləvi şəkildə almağa başladılar. 📊 Amma bir məqama fikir verən olmadı:
Messencer Signal — qeyri-kommersiya təşkilatıdır və onun birja səhmləri ümumiyyətlə mövcud deyil.
Amma bu fakt kütləni dayandırmadı. 😅
📈 Mexanizm artıq işə düşmüşdü. Texasdakı kiçik bir şirkətin səhmləri — illərlə $0.60 civarında satılan — cəmi iki günə $70-a qədər yüksəldi. 🤯
Bu 11 000% artım demək idi. 🚀
• Şirkət nə ilə məşğuldur? ➡️ Tibbi sensorlar istehsal edir. 🏥
• Musk ilə əlaqəsi varmı? ➡️ Heç bir əlaqə yoxdur.
• Messencer ilə əlaqəsi varmı? ➡️ Yoxdur.
Sensor istehsal edən bu şirkətin kapitalizasiyası bir neçə milyondan $3 milyarda qədər qalxdı 😄💰
💥 Ayılma
Messencer Signal rəhbərliyi rəsmi açıqlama verdi: “Sizin investisiya etmək istəyinizi başa düşürük, amma biz onlar deyilik!”
İnsanların çoxu səhv aktiv aldığını başa düşəndə proses dərhal tərsinə döndü. 📉
Balon necə sürətlə şişmişdisə, elə sürətlə də partladı. 💥
Yüksək qiymətdə alanlar və Musk möcüzəsinə ümid edən investorlar demək olar ki, hər şeyi itirdilər. 😬
📚 Bu hadisə bazarda tez-tez faktlarla yox, emosiyalarla ticarət edildiyini göstərən çox aydın nümunədir. 🧠 Hətta Musk nəyisə tərifləsə belə:
• bu, səhm almaq çağırışı demək deyil ❗️
• twitl'ər maliyyə məsləhəti deyil 📉
• sosial şəbəkələrdə tələsik reaksiya çox vaxt kritik düşüncəni öldürür ⚡️
P.S. 😄
Ən maraqlısı odur ki, birjadan xəbəri olmayan Bakı sürücüləri, Musk-ın sözlərini tam fərqli başa düşdülər. 🚗
Onlar “USE SIGNAL” ifadəsini öz devizlərinə və hərəkətə çağırışlarına çevirərək, hər fürsətdə siqnala basırlar 😉🚦 📢 📢 📢