Məşhur xanım investor
2021-ci ilin fevral ayında ARK Invest şirkətinin ofisi məktublarla dolmuşdu. ✉️ Bəziləri qazandıqları milyonlara görə təşəkkür edirdi. Digərləri isə eyni sözləri yazırdı:
“Zəhmət olmasa mənim səhmlərimi satmayın — mən sizə inanıram.”
Həmin anda ARK Innovation ETF ən çox müzakirə olunan fond olub. Onun xanım idarəçisi — Cathie Wood, İrlandiyadan köçən miqrantların qızı idi. Və o, investisiya dünyasının ulduzuna çevrilmişdi. Hər şey çox gözəl səslənir, amma cəmi bir il sonra həmin investorlar artıq tam başqa sual verirdilər:
“Nə baş verir?”
Karyerasının başlanğıcı🏦:
Cathie Wood 1980-ci illərin əvvəlində iqtisadçı və analitik kimi çalışırdı. 📊
Karyerasında ən vacib epizodlardan biri onun başqa bir xanım investor və sahibkar Lulu C. Wang ilə əməkdaşlığı idi.
1998-ci ildə onlar birlikdə Tupelo Capital Management hedc-fondunu yaratdılar. Fond tematik investisiyalarla məşğul olurdu və 2000-ci illərin əvvəlində təxminən $800 milyon aktiv idarə edirdi. Diqqətəlayiq məqam isə odur ki, həmin dövrdə bu, Wall Street üçün demək olar ki, unikal — tamamilə xanımlardan ibarət investisiya tandemi idi.
Fond menecerlərinin böyük əksəriyyətinin kişi olduğu bir sənayedə Wood və Wang ittifaqı iki qadının böyük investisiya biznesi qurub idarə etməsinin nadir nümunəsinə çevrilmişdi.
Bir neçə il sonra Wood AllianceBernstein şirkətində portfel meneceri oldu.
Və artıq 2014-cü ildə o, böyük riskə gedərək öz şirkətini qurdu — ARK Invest.
ARK adı Active Research Knowledge kimi açılır. Amma diqqətli oxucular burada "Noah’s Ark" (Nuh gəmisi) ilə də əlaqə görürlər. ⛵️
Wood öz fondunu gələcəyin texnologiyaları üçün bir növ “gəmi” adlandırırdı.
Gələcəyə böyük yatırım
Wood-un investisiya fəlsəfəsi sadə və radikal idi:
"Stabil şirkətlərə deyil, texnoloji “inqilabi texnologiyaya” investisiya etmək. "🚀
O, aktiv şəkildə süni intellekt, genomika, robototexnika sahələrdən olan şirkətlərin səhmlərini alırdı. Ən böyük yatırımı isə Tesla şirkətidir.
Əksər analitiklər Tesla-nı həddindən artıq bahalı hesab edərkən, Wood onun potensialına inanır, və bir neçə dəfə daha baha ola biləcəyini vurğulayır.
🏆 2020: triumf anı
COVID-19 pandemiyası başlayanda texnologiya şirkətləri sürətlə böyüməyə başladı.
ARK Innovation ETF bazarda ən yaxşı nəticələrdən birini göstərdi. 2020-ci ildə fondun gəlirliliyi 150%-dən çox oldu. 📈
Investorlar sözün əsl mənasında fondu almağa axışdılar. ARK Invest-in idarə etdiyi aktivlər bir neçə milyard dollardan on milyardlarla dollara qədər artdı. Cathie Wood maliyyə mediasının əsl ulduzuna çevrildi. Onu televiziya proqramlarına dəvət edərərk müsahibələr alırdılar və bir çox fərdi investorlar onun əməliyyatlarını kopyamağa çalışırdı.
Elə bil ki, o gələcəyin formulunu tapmışdı.
☯️ Amma bazar həmişə sübut edir ki, uğur daimi olmur. 2021-ci il dönüş nöqtəsi oldu.
O ildə mənfəəti olmayan, sürətlə böyüyən texnologiya bizneslərin səhmləri sürətlə düşməyə başladı. ARK Innovation ETF pik nöqtəsindən 70%-dən çox dəyər itirdi. 📉Gələcəyin texnologiya liderləri hesab edilən bir çox şirkət 60–80% ucuzlaşdı. Investorlar pullarını kütləvi şəkildə çıxarmağa başladılar.
Ancaq bir çox fond menecerindən fərqli olaraq Cathie Wood strategiyasını dəyişmədi. O, yenə eyni səhmləri almağa davam etdi. Onun məntiqi çox sadə idi:
Tənqidçilər onun strategiyasını həddindən artıq riskli adlandırmağa başladılar.
Bəzi analitiklər deyirdi ki, 2020-ci ilin uğuru sadəcə şans 🎲 idi. Amma Wood əvvəl etdiyi kimi yenə də eyni şeyi etdi — gələcəyə baxışı dəyişmədi. 🎯
Hazırda onun portfelinin 25%-i cəmi 5 şirkətdən ibarətdir:
Tesla, Shopify, Roku, Coinbase, Palantir.
Bəlkə də 10–15 ildən sonra aydın olacaq ki, Cathie Wood başqalarından əvvəl gələcəyi görən dahi investor idi… yoxsa sadəcə ona çox inanmaq istəyən bir insan. Amma bir şeyi artıq indidən demək olar:
Onun hekayəsi XXI əsrin ən maraqlı və dramatik investisiya tarixlərindən biridir. 📊🔥