Zoom Zoom-a qarşı

Zoom Zoom-a qarşı
Photo by Chris Montgomery / Unsplash

2019-cu ilin aprel ayıdır. Dünya son dövrlərin ən səs-küylü IPO-larından birinə hazırlaşır. Birja səhnəsinə Zoom Video Communications çıxır 🚀. Dünyanın hər yerində investorlar əllərini ovuşdurur, məşhur videobağlantı şirkətinin səhmlərini almağa hazırlaşırlar.

18 aprel 2019. Ticarət başladı⏰. Birja terminalları açılan kimi Zoom Technologies şirkətinin (ticker: ZOOM) səhmləri kosmosa fırladı 🌌. Bir neçə sessiya ərzində qiymət simvolik bir neçə sentdən 20 dollara qalxdı. Artım 1100%-dən çox oldu 📈. “Uğurlu aktiv” alanlar artıq Bilgəhdə villalara baxmağa başlamışdı 🏝.

Amma hər şey bu qədər hamar olsaydı, bu yazımız olmayacaqdı 😉. Burada çooox kiçik bir problem var idi ⚠️. Hamımızın istifadə etdiyi əsl videobağlantı servisi birjaya NASDAQ platformasında ZM tickeri ilə çıxırdı. Minlərlə investor isə tələsik və həyəcanla ZOOM tickerli Zoom Technologies səhmlərini alırdı 😅. Halbuki bu, vaxtilə mobil telefon istehsal etməyə cəhd etmiş, hadisə vaxtı isə nə aktual saytı, nə də işçiləri olan balaca bir Çin “boşqabıq” şirkət idi 📉. Təsəvvür edin, onların səhmdarları sevinclərindən necə şoka düşmüşdü 🤯.

Bu vəziyyət bir neçə gün davam etdi. Hətta analitiklər “İnsanlar, siz səhv şeyi alırsınız!” qışqıranda belə: 📢 — kütlənin eyforiyası çox güclü idi. Yeni investorlar yuxarı uçan qrafiki görür və ZOOM tickerinə pul tökməyə davam edirdilər 💸.

Vəziyyət o qədər absurdlaşdı ki, işə SEC (ABŞ Qiymətli Kağızlar Komitəsi) qarışdı 🏛. Onlar da:

1️⃣ “Səhv” Zoom səhmlərinin ticarəti məcburi dayandırıldı.

2️⃣ Şirkətin tickeri ZTNO dəyişdirildi, bir daha heç kim çaşmasın.

Final 🎬

Ticarət yeni adla bərpa olunanda səhmlər demək olar ki, sıfıra çökdü 📉. Vaxtında “qatardan düşə bilməyənlər Depoya qədər getdilər”. Əllərində heç nə istehsal etməyən şirkətin kağız parçaları ilə qaldılar 🧾.

Düşünürsüz ki, investorlar burdan dərs çıxardı və səhvlər üzərində işlədilər. Təbii ki yox…

Bu hekayə 2020-də yenidən təkrarlandı 😳 — pandemiya başlayanda və dünya evdən işləməyə keçəndə, Zoom şirkətinin gəlirləri artdı🏠. Ancaq insanlar yenə tickerləri qarışdırdı və Çin “Zoom”u heç nədən 240% qalxdı 📊 — ta ki tənzimləyici yenidən məsələyə əl qoyana qədər 🛑.

Einstein demişkən :

"Dünyada iki sonsuz şey var — kainat və insan axmaqlığı. Ancaq kainat üçün o qədər də əmin deyiləm." 🌌