Benjamin Graham “Ağıllı İnvestor” (2-ci hissə)
Graham birinci hissədə investor və spekulyant arasındaki fərqlərə toxundu. Burda isə iki əsas investisiya alətlərini incələyirik:
İstiqrazlar və Səhmlər
📌 Ben Graham investisiya portfelində səhm və istiqrazların balansı məsələsinə böyük diqqət yetirir. Bu iki aləti o, fərqli risk və gəlir səviyyəsinə malik, lakin əvəzedici kimi yox, bir-birini tamamlayan komponentlər kimi təqdim edir.
🟦 İstiqrazlar (sabit gəlirli alətlər):
🛡 Səhmlərlə müqayisədə daha az risklidir.
💵 Sabit gəlir verir — faiz (kupon) şəklində.
📉 Gəlir potensialı məhduddur, lakin böhran zamanı itkiləri azaldır (ancaq hər zaman elə deyil).
🔐 Konservativ investorlar üçün idealdır.
❗️ Uzunmüddətli istiqrazlar inflyasiyaya qarşı zəif qoruma təmin edir.
Graham hesab edir ki, istiqrazlar kapitalın qorunması üçün vacibdir, xüsusilə riskə qarşı həssas olanlar üçün.
🟩 Səhmlər (paylar):
📈 Uzunmüddətli artım potensialı daha yüksəkdir.
💥 Risk və dəyişkənlik daha çoxdur.
💼 Biznesdə pay sahibi olmaq deməkdir (❗️Fikrimizcə kitabın əsas ideyası bu cümlədə cəmlənib❗️)
🧠 Fundamental analiz tələb edir.
🔄 Gəlir həm qiymət artımı, həm də dividendlər ilə təmin olunur.
Grahama görə, səbirli və intizamlı investor səhmlərə üstünlük verə bilər. Hətta konservativ investor belə, inflyasiyadan qorunmaq üçün müəyyən miqdarda səhm saxlamalıdır.
⚖️ Optimal balans: 50/50. Grahamın tövsiyə etdiyi əsas aktiv bölgüsü:
50% səhmlər / 50% istiqrazlar — “qızıl ortaq nöqtə” kimi.
Bazar şəraitinə və şəxsi risk profilinə görə dəyişiklik mümkündür:
Bazar şişibsə: istiqraz payı artırıla bilər (məsələn, 75%);
Bazar düşürsə: səhm payı artırıla bilər (məsələn, 75%).
📌 Əsas qayda: bazarın dalğalarını proqnozlaşdırmağa çalışmaq yox, rasional balans saxlamaq lazımdır.
🧭 Nəticə:
İstiqraz = sabitlik, qoruma, proqnozlaşdırıla bilən gəlir.
Səhm = artım, risk, biznesdə iştirak.
Ağıllı investor bu iki aləti düzgün nisbətdə birləşdirməyi bacarmalıdır — yaşına, məqsədlərə və risk həddinə uyğun olaraq.