Benjamin Graham “Ağıllı İnvestor” (1-ci hissə)

Benjamin Graham “Ağıllı İnvestor” (1-ci hissə)
Photo by Nenad Kaevik / Unsplash

Benjamin (Ben) Graham kitabın birinci hissəsində investor və spekulyant arasındaki fərqi vurğulayır. Qeyd etmək lazımdır ki müəllif spekulasiyaya qarşı deyil. Kitabda “Ağıllı investisiya olduğu kimi, ağıllı spekulasiya da mövcüddur ❗️” bildirilir. Lakin onu investisiyadan ayırmağı təklif edir.

🧠 1. İnvestor və spekulyant arasındakı fərq

📌 Əsas fərq: yanaşma və məqsəd

🟢 İnvestisiya nədir?

“Ətraflı təhlildən sonra kapitalın təhlükəsizliyini və adekvat gəliri vəd edən əməliyyatlara investisiya deyilir. Bu tələblərə cavab verməyən istənilən fəaliyyət — spekulyasiyadır.”

✔️ İnvestorun xüsusiyyətləri:

• Əsaslandırılmış qərarlar — şirkətlərin gəliri, aktivləri, borcu, perspektivi kimi fundamental göstəricilərə əsaslanır;

• Uzunmüddətli baxış — illərlə davam edən artım və gəlir gözləntisi;

• Kapitalın qorunması — əsas məqsəd pul itirməkdən qaçmaqdır;

• Adekvat gəlir — maksimal deyil, riskə uyğun gəlir;

• Duyğular üzərində nəzarət — qorxu və tamah deyil, məntiqlə qərar vermək.


🔴 Bəs spekulyasiya nədir?

Qiymətin qısamüddətli dəyişməsindən qazanc əldə etmək cəhdidir. Daxili dəyər təhlili olmadan.

❌ Spekulyantın xüsusiyyətləri:

• Qiymət üzərində mərc — bazarın hansı istiqamətə gedəcəyini təxmin etməyə çalışır;

• Qısamüddətli məqsədlər — günlər, həftələr, maksimum aylar;

• Fundamental təhlildən imtina — tez-tez şayiələrə və ya texniki analizə əsaslanır;

• Yüksək risk — volatillik qarşısında daha çox itki ehtimalı

• Emosional qərarlar — qorxu, qazanmaq həvəsi, sürü psixologiyası