Benjamin Graham “Ağıllı İnvestor” (3-cü hissə)
📌 Benjamin Graham bütün investorları iki əsas kateqoriyaya bölür:
🧭 Aktiv və Passiv investor
🟩 Passiv investor
Bu, əsas məqsədi kapitalı qorumaq və sabit gəlir əldə etmək olan, lakin vaxtı və ya analitik bacarığı az olan şəxsdir.
✔️ Bu tip investorlar üçün Grahamın tövsiyələri:
• Uzun müddət dividendlər verən şirkətlər
• Konservativ maliyyə strukturu güclü olanlar (borc yükü az olan)
• Adekvat diversifikasiya (İndeks fondları və ya ETF-lər)
• Bazarın zamanlamasına çalışmayın, əsas diqqəti nizamlı investisiyalara yönəldin.
⚠️ Xəbərdarlıqlar:
• Yüksək gəlir vəd edən riskli alətlərə aldanmayın.
• Çalışın Böyüyən (Growth equities) şirkətlərdən uzaq durun
• Anlamadığınız investisiyalardan uzaq durun
• Bazarın dalğalarına emosional reaksiya verməyin — bu strategiya deyil, qumardır.
🟦 Aktiv (təşəbbüskar) investor
Bu investor analiz aparmağa, araşdırma etməyə və bazarda fürsət axtarmağa hazır olan insandır.
✔️ Grahamın tövsiyələri:
• Şirkətlərin maliyyə hesabatlarını araşdır: P/E nisbəti, balans, borclar, dividend tarixi. (💡Grahamın P/E nisbəti əsasında investisiya mövzusunu növbəti postumuzda ətraflı açıqlayacayıq)
• Daxili dəyəri (intrinsic value) bazar qiymətindən yüksək olan səhmləri tap — bu “təhlükəsizlik marjası” (margin of safety) prinsipidir.
• Kütlənin əleyhinə getməkdən qorxma.
• Səbirli ol — hər gün yaxşı fürsət çıxmır.
⚠️ Xəbərdarlıqlar:
• Özünü olduğundan daha güclü hesab etmə — əksər investorlar bazarı məğlub edə bilmir. (bu divara yazılası sözlərdir)
• Emosiyalara uymamaq əsasdır: qorxu və tamah ən böyük düşməninizdir.
• Anlamadığın alətlərə pul yatırmaq risklidir.
!!! Hər iki investor tipi üçün AŞAĞI KEYFİYYƏTLİ BORC QİYMƏTLİ KAĞIZLARDAN uzaq durmaları tövsiyə olunur!!!