Peter Lynch — "10 misli artan" şirkətlərin ustası
Rubrikamızın ikinci qəhrəmanı məşhur investor Peter Lynch (Ray Dalio haqqında post burdadır)
1977–1990-cu illərdə Fidelity Magellan fondunu idarə etməsi onu əfsanəyə çevirdi: illik orta gəlirlilik 29% (Warren Buffet eyni dövr üçün daha az gəlirlilik əldə etdi), aktivlər isə $18 milyon-dan $14 milyarda yüksəldi.
Onun əsas üstünlüyü — 10-bagger (qiyməti 10 misli artan səhmlər) tapmaq bacarığı idi.
✨ Lynch hesab edirdi ki, adi insanlar da analitiklərdən əvvəl uğurlu şirkətləri görə bilərlər — sadəcə gündəlik həyatda mağazalarda özlərinin və ətrafdakıların nələri seçdiyinə fikir vermək kifayətdir.
📚 Peter Linch-in məşhur kitabları
1️⃣ “One Up on Wall Street” (1989)
Fərdi investorlar üçün klassik kitab. Burada Lynch, gündəlik həyatda qarşılaşdığımız şirkətləri necə görməliyik və onları investisiya ideyasına çevirmə imkanlarını izah edir. Məşhur “10-bagger” anlayışı da ilk dəfə burada işlədilib.
2️⃣ “Beating the Street” (1993)
Daha çox praktiki məsləhətlər verən kitabdır. Lynch hansı prinsiplərlə səhmləri seçdiyini, real nümunələr və strategiyalar üzərindən izah edir.
3️⃣ “Learn to Earn” (1995, John Rothchild ilə birlikdə)
İnvestisiya və biznesə giriş üçün sadə dildə yazılmış kitab. Hətta məktəblilər və tələbələr üçün də uyğundur.
💡 Lynch-in əsas mesajı:
“📌 Səhmlər təsadüfi lotoreya bileti deyil. Onlar real biznesin paylardır. Biznes güclüdürsə, qazanc da böyük olacaq.”
Və təbii oxucuya ən maraqlı olan onun əsas seçim prinsiplərini öyrənməkdir. Bu haqda növbəti yazıda.