Benjamin Graham “Ağıllı İnvestor” (6-cı hissə, Sonuncudur)
📖Benjamin Graham kitabı ən vacib prinsip ilə tamamlayır — təhlükəsizlik marjası (Margin of Safety). O, bunu “ağıllı investisiyaların sirri” adlandırır.
🔍 Təhlükəsizlik marjası nədir?
Təhlükəsizlik marjası — aktivin daxili (ədalətli) dəyəri ilə bazarda alış qiyməti arasındakı fərqdir.
Fikir sadədir:
• Əgər siz aktivləri böyük ehtiyat payı ilə alırsınızsa, proqnozlarda səhv etsəniz belə və ya gözlənilməz hadisələr baş versə də, pul itirmə ehtimalı azalır.
• Təhlükəsizlik marjası nə qədər böyükdürsə, risk bir o qədər azdır.
📐 Sadələşdirilmiş formula:
Təhlükəsizlik marjası = Daxili dəyər − Alış qiyməti
📌 Sadə misal: “Daxili dəyər vs. bazar qiyməti”
Tutaq ki, ABC Corp. şirkətinin hər səhm üçün sabit gəliri (EPS) = 5$ olaraq proqnozlaşdırırıq.
Bu seqmentdə qəbul edilən ortalama P/E = 10.
➡️ Daxili dəyər = EPS × P/E = 5$ × 10 = 50$ (bu misalda multiplikator metoddan istifadə edilib, ancaq daxili dəyər başqa metodnan da hesablana bilər)
📉 Amma fərz edək ki bazarda bu səhm cəmi 30$-a satılır.
• Daxili dəyər = 50$
• Bazar qiyməti = 30$
• Təhlükəsizlik marjası = 20$
👉 Əgər biz səhv etsək və şirkət 5$ yox, 4$ qazansa, hətta ən pis halda 3$ qazansa belə:
• Ədalətli dəyər 40$ və ya 30$ olacaq.
• 30$-a alış isə ən azından zərərsiz qalacaq.
📌 Eyni misalı P/E üzərində göstərsək.
Bazar dəyəri 30$ və gəliri 5$ olan səhmin P/E koeffisienti 6 olacaq. Əgər bazar ortalaması 10-dursa, o zaman aşağı P/E olan şirkətin bazar ortalamasına görə təhlükəsizlik marjası var. 4-cü hissədə göstərilən misalda Graham bunu tarixi statistikayla sübut etmişdir - aşağı P/E səhmlərdən ibarət olan investisiya portfeli uzun müddətdə ortalama olaraq daha gəlirlidir
💡 Graham-ın nəticəsi:
• İnvestor gələcəyi proqnozlaşdıra bilməz.
• Proqnozu tam reallaşmasa da, ehtiyat payı ilə aktivlər alaraq itkilərdən qoruna bilər.
• Graham üçün təhlükəsizlik marjası — sadəcə üsul deyil, əsas investisiya qanunudur.
Bu post ilə bir Benjamin Grahamın "Ağıllı İnvestor" (The Intelligent Investor) kitabı haqqında olan yazılarımızı bitirdik.
Təbii ki kitabı bir neçə post ilə tam əhatə etmək mümkün deyil. Kitab digər ideyalar və çoxlu misallar ilə zəngindir. İnvestisiya sahəsi ilə maraqlananlara ilk tövsiyyə edəcəyimiz kitabdır.