Peter Lynch-ə görə ideal səhmin 13 əlaməti
“One Up on Wall Street” kitabında Peter Lynch “The Perfect Stock” – ideal səhmin 13 xüsusiyyəti barədə yazır.
1️⃣ Sıxıcı və ya qarışıq ad
Şirkətin adı nə qədər darıxdırıcı olsa, investorların diqqətini o qədər az çəkir – bu da gizli fürsət deməkdir.
2️⃣ Sıxıcı, “Qlamur” olmayan biznes
Məsələn, mismar istehsalı kimi sadə və maraqsız görünən sahələr çox vaxt bazarın diqqətindən kənarda qalır.
3️⃣ Cazibəsiz və ya “itələyici” məhsullar/xidmətlər
Tullantıların emalı və ya dəfn xidmətləri kimi “parıltısı olmayan” bizneslər, əksinə, dəyərli ola bilər.
4️⃣ Pis xəbərlərin olduğu sənaye
Sektor müvəqqəti böhran yaşayırsa, bu, sektorda olan yaxşı biznesi ucuz qiymətə almaq imkanıdır.
5️⃣ Böyük şirkətdən ayrılmış "bala şirkət" (spin-off)
Yeni, müstəqil şirkətlər tez-tez daha çevik olur və yüksək artım potensialına malikdir.
6️⃣ İnstitusional investorların olmaması
Fondlar və iri oyunçular hələ diqqət etməyibsə –kiçik investor üçün fürsətdir.
7️⃣ Wall Street analitiklərinin izləməməsi
Analitiklərin marağı az olduqda, səhmlərin dəyəri çox vaxt bazar tərəfindən düzgün qiymətləndirilmir.
8️⃣ Şayiələr və pessimizm
Pis imic və ya neqativ xəbərlər qısamüddətli təsir göstərsə də, möhkəm biznes bundan az təsirlənir və uzunmüddətli qazanır.
9️⃣ Menecerlər və işçilər də səhmdardır
Şirkət rəhbərliyi və əməkdaşlar özləri də səhmlərə sahibdirsə, uğur üçün daha çox çalışırlar. “Skin in the Game”
🔟 Yerəl monopolist
Kiçik şirkət belə öz regionunda və ya nişində güclü mövqe tuta bilər. Məsələn sement şirkəti öz reqionunda üstünlüyə sahibdir.
1️⃣1️⃣ Asanlıqla genişlənə bilən model
Uğurlu restoran və ya mağaza digər şəhərlərdə də asanlıqla təkrarlana bilirsə – bu, mükəmməl nümunədir.
1️⃣2️⃣ Daim istifadə olunan məhsul
Qida, içki, gündəlik mallar – müştərilər təkrar-təkrar alır və sabit gəlir yaradır.
1️⃣3️⃣ Borcsuz və sağlam böyümə
Şirkət öz vəsaiti ilə inkişaf edirsə, krediti çox olan rəqiblərdən daha davamlıdır.
✨ Lynch-ə görə, bütün 13 əlamətin eyni anda olması şərt deyil. Amma nə qədər çox xüsusiyyət üst-üstə düşsə, həmin şirkətin gələcəyin 10-bagger-i olma ehtimalı bir o qədər yüksəkdir 🚀.