Warren Buffettə görə “💎Investisiya sahəsində yazılmış ən yaxşı kitab”.
📚 Bu, maliyyə ədəbiyyatı ilə bağlı ilk paylaşımımızdir. Və təbii ki, sual yaranır: nədən başlamaq lazımdır? Bizim misalımızda cavab bəlli idi.
🧠 Warren Buffett bu kitabı “💎Investisiya sahəsində yazılmış ən yaxşı kitab” adlandırıb. O etiraf edirdi ki, bu kitab ona investisiyaları bir biznes kimi düşünməyi öyrədib.
💼 Başqa bir tanınmış investor — Bill Ackman (onun haqqında da danışacayıq 😉) qeyd edirdi ki, bu kitab ona dəyər yönümlü investisiya prinsiplərini anlamağa kömək edib — və məhz bu yanaşmanı ən etibarlı strategiya hesab edir.
📖 Söhbət təbii ki, Benjamin Grahamın “Ağıllı İnvestor” (The Intelligent Investor) kitabından gedir. Bu kitab “1 milyon qazanmanın yolları” və ya “Asan zəngin ol” tipli kitablardan deyil. Amma məhz bu əsər, əvvəlki postumuzda qeyd etdiyimiz "dəyər-investorlarının" formalaşmasına təkan verib.
🌳 “Ben Qraham bir ağac əkdi, və onun kölgəsi bu gün də minlərlə investoru fəlakətli səhvlərdən qoruyur.”
🧬 Kitabda toplanmış müdriklik və prinsiplərin əhəmiyyətini nəzərə alaraq, biz onun icmalını bir neçə hissədə təqdim edəcəyik. Hər bölümdə əsas fikirləri qısa və anlaşıqlı şəkildə bölüşməyi düşünürük.
🚀 Hazırsınızsa — başlayırıq!