"All Weather Portfolio" nədir?

"All Weather Portfolio" nədir?
Photo by Joy Stamp / Unsplash

Əvvəlki postlarımızda bəhs etdiyimiz məşhur investor Ray Dalio mükəmməllik arayışlarında elə bir portfel qurmaq istəyirdi ki, iqtisadi vəziyyət nə olursa olsun, portfel maksimum dərəcədə kapitalı qorusun və gəlirliliyi sabit olsun.

Dalioya görə iqtisadiyyatın inkişafını proqnoz etmək çətindir. Ancaq ola biləcək müxtəlif ssenariləri nəzərə alaraq, optimal bir portfel qurmaq mümkündür.

🔍 Məqsədi - istənilən iqtisadi şəraitdə — inflyasiya, deflyasiya, böyümə və ya durğunluq — sabit gəlir gətirən portfel yaratmaq.


⚙️ Ray Dalio əsas dörd iqtisadi vəziyyəti və onlara uyğun aktiv növləri seçməyə təklif edir:

İqtisadiyyatın istiqaməti və inflasiya ssenariləri:

  1. 📈 Artım + 📉 Aşağı inflyasiya

İnkişaf etmiş ölkələrin səhm bazarları, korporativ istiqrazlar

  1. 📈 Artım + 📈 Yüksək inflyasiya

Əmtəə, qızıl, inkişaf edən ölkələrin səhm bazarları

  1. 📉 Durğunluq + 📈 İnflyasiya

Qızıl, TIPS (inflyasiyaya indekslənmiş istiqrazlar), neft və digər əmtəələr

  1. 📉 Durğunluq + 📉 Deflyasiya

Uzunmüddətli dövlət istiqrazları


📊 Tövsiyə edilən bölgü (% ilə):

📈 Səhmlər 30%

🏦 Uzunmüddətli istiqrazlar 40%

🧾 Orta müddətli istiqrazlar 15%

🪙 Qızıl 7.5%

🛢 Əmtəə 7.5%

Portfel risk paritetinə (daha volatil aktivlər, daha az pay nisbəti) əsaslanır — hər aktiv ümumi riski balanslı şəkildə paylaşır.


Bu bölgünün aşağıdaki üstünlükləri var:

• 📉 Böhran vaxtı minimum itki

• 📈 Davamlı gəlir

• 🔄 Passiv investorlar üçün çox uyğundur, çünki iqtisadi dövrlər çox yavaş dəyişir.

Təbii ki çatışmazlıqlar da var:

• 🚫 Səhmlər güclü artanda, bu portfel daha aşağı gəlir qazandırır

• 🔁 Dövrlər dəyişəndə balanslaşdırma tələb edir

• 🧠 Emosional olaraq "sıxıcı" görünə bilər


📌 All Weather Portfolio — gələcəkdə nə olacağını bilmədiyimiz üçün riskləri paylaşma və balans yaratma strategiyasıdır.

Rey Dalio bu portfeli "hər cür iqtisadi havaya davamlı" hesab edir — istər günəşli, istər tufanlı olsun.

Və passiv investorlar üçün yaxşı xəbər. 2025-ci ilin mart ayından Bridgewater Associates və SSGA Funds Management, Inc. bu strategiyaya əsaslanmış ETF-i (ticker ALLW) bazara təklif ediblər.