Məlumat mərkəzləri (data centers) yeni maliyyə böhranına səbəb ola bilərmi? (1-ci hissə)

Məlumat mərkəzləri (data centers) yeni maliyyə böhranına səbəb ola bilərmi? (1-ci hissə)
Photo by İsmail Enes Ayhan / Unsplash

Son günlərdə diqqətimizi çəkən və oxucularımız üçün maraqlı ola biləcək bir mövzu ilə rastlaşdıq:

Məlumat mərkəzləri (data centers) yeni maliyyə böhranına səbəb ola bilərmi?

Bu mövzuya həsr olunmuş yazılar silsiləsi hazırlamağa qərar verdik.

Müxtəlif araşdırmalar göstərir ki, böhranın olması üçün bir neçə komponent eyni anda baş verməlidir.

Birinci komponentimiz iqtisadiyyatın müəyyən bir sektorunda həddindən artıq artım/qızışma olmalıdır.

Başlayaq.


I-ci hissəSüni intellekt (Artificial Intelligence - AI) və məlumat mərkəzləri: investisiya bumu və qeyri-müəyyənliyin kölgəsi.

💰 İnfrastruktur xərclərində partlayış

Son iki ildə ən iri texnologiya şirkətləri süni intellektin inkişafını dəstəkləmək üçün rekord həcmdə məlumat mərkəzləri tikir. GPU serverlərindən tutmuş bütöv enerji klasterlərinə qədər — yalnız 2024-cü ildə AI infrastrukturu üzrə kapital xərcləri 250 milyard ABŞ dollarını keçib.

📈 Gəlir gözləntilərinə ümid

NVIDIA, Amazon, Microsoft və Meta kimi nəhənglər əmindir: AI xidmətlərinə tələbat eksponent şəkildə artacaq. Təkcə bu 4 şirkət 2025-ci ilin bir rübündə AI layihələrinə 100 milyard ABŞ dolları xərcləyib.

⚠️ Gözlənilən gəlirlərin reallaşmama riski

Problem ondadır ki, generativ AI-dən gələn real gəlirlər hələ investisiyaların sürətinə çata bilmir. Əgər bu artım baş verməsə, tikilən infrastrukturun böyük hissəsi az gəlir gətirəcək, bu isə şirkətlərin mənfəətinə, səhmlərinin qiymətinə və yeni investisiyalar cəlb etmək imkanına zərbə vura bilər.

📜 Tarixi dərs

Oxşar hallar keçmişdə də olub — 1990-cı illərin sonundakı “dotkom” bumu, və ya 2000-ci illərdə daşınmaz əmlak bazarındakı artıma baxın. Nəticə — dəyəri düşmüş aktivlər və iflaslar.

💡 Öz-özünə infrastruktur investisiyaları təhlükəli deyil deyə bilərsiniz. Amma burada maliyyə böhranının ikinci əsas komponenti ortaya çıxır 😈

🤫Bu haqda növbəti 2-ci hissədə danışacayıq.