Korporativ Amerikanın qorxulu rüyası.

Korporativ Amerikanın qorxulu rüyası.
Photo by Nick Kwan / Unsplash

Yəqin ki Siz köhnə "Wall Street"(1987) filminin qəhrəmanı — soyuqqanlı və cazibədar Gordon Gekko-nu tanıyırsız. Amma az adam bilir ki, onun prototipi real şəxs — əfsanəvi investor və korporativ “reyder” Carl Icahn olub. Onun həyatı — cəsarətin, analitik ağlın və inanılmaz iradənin hekayəsidir. O, hər zaman hesab edib ki, hakimiyyət menecerlərə deyil, səhmdarlara məxsus olmalıdır.

🧠 Uşaqlıq və gənclik illəri

Carl Icahn 1936-cı ildə Nyu-Yorkun Queens bölgəsində müəllim ailəsində doğulub.

Harvard və Yale universitetlərinə də qəbul olsa, Carl Princeton University-ni seçərək, orda fəlsəfə ixtisasında oxudu.

Tələbə vaxtında Poker ♠️♣️♥️♦️oynamağa başladı. Poker ona soyuqqanlı olmağı, riskləri hesablamağı və insan psixologiyasını başa düşməyi öyrətdi. Bu bacarıqlar sonradan onu milyarderə çevirdi.

Marağımızı çəkən odur ki, bir çox investor poker oyununun investisiya aləmində onlara çox şeyi öyrətdiyini etiraf etdi🧐

Universitetdən sonra Icahn ABŞ ordusunda xidmət etdi, daha sonra isə Wall Street-də treyder kimi karyerasına başladı.

💼 Karyerasının başlanğıcı və investisiya fəlsəfəsi

1968-ci ildə Icahn öz broker şirkətini qurdu — Icahn & Co., əsas ixtisası arbitraj əməliyyatları idi.
Tezliklə o, özünü aktivist investor kimi tanıtdı. Qeyri effektiv hesab etdiyi şirkətlərdə iri pay alır, sonra rəhbərlikdən səhmdarlar üçün daha sərfəli qərarlar tələb edirdi.

Şirkət menecerləri eşidəndə ki, Icahn onların idarə etdiyi şirkətlə "maraqlanır", onun əlində olan səhmləri yuxarı qiymətə geri almağa çalışırdılar.

Onun fəlsəfəsi sadə idi:


“When you see stupidity, take advantage of it.”(«Axmaqlıq görəndə, ondan faydalan.»)

Icahn hesab edir ki, korporativ Amerika axmaq və səriştəsiz menecerlərlə doludur, həmçinin menecerlərin hakimiyyəti səhmdarlarınkını çoxdan üstələyib. O, tez-tez “şirkətlərin idarə heyətində milyonlar qazanan, amma biznesin necə işlədiyini anlamayan axmaqlar oturur” deyirdi.

🚀 Ən məşhur əməliyyatlar:

Icahn bir sıra möhtəşəm əməliyyatları ilə tarixə düşüb:

• TWA (Trans World Airlines) — Icahn şirkətin nəzarət payını aldı, aktivləri yenidən qurdu və yüz milyonlarla dollar qazandı.
• Texaco — səhmləri alaraq korporativ mübahisəni öz xeyrinə həll etdi və təxminən 550 milyon dollar gəlir əldə etdi.
• Netflix (2012) — səhmləri təxminən 58 dollara aldı, şirkətin potensialını gördü və daha sonra onları 7 dəfədən çox bahaya satdı.
• Hətta Apple şirkətinin menecmentini özünə sərf edən qərarları qəbul etməyə məcbur etdi. O illərdə Apple şirkəti çoxlu nağd vəsait toplamışdı ancaq onu istifadə etmirdi. Icahn şirkətdə böyük pay alaraq rəhbərliyə təzyiq etdi, əllərindəki nağd vəsaiti ilə buyback (səhmlərin geri alınması) proqramını artırmağı tələb etdi. Nəticədə səhmlərin qiyməti artdı və Icahn milyardlarla dollar qazandı.
• Təbii ki Icahn-ın itkiləri da olub. COVID sonrası short mövqeləri ona böyük zərər gətirdi

⚔️ Bill Ackman ilə müharibə

Wall Street tarixinin ən məşhur qarşıdurmalarından biri Carl Icahn ilə Bill Ackman arasında baş verdi — Herbalife şirkəti üzərində.
Ackman bəyan etmişdi ki, Herbalife “maliyyə piramidasıdır” və 1 milyard dollarlıq "short" açmışdı. Icahn isə əksinə, şirkətin ən böyük səhmdarına çevrildi. Ackman haqqında isə “öz dahi olduğunu çox şişirdib” sözlər işlədib.
Sonda Herbalife-ın səhmləri bahalaşdı — Icahn yüz milyonlarla dollar qazandı, Ackman isə böyük itkilərlə çıxış etdi.


📚 Kitablar və sənədli film

Carl Icahn haqqında bir neçə kitab və sənədli film çəkilib. Məsləhət gördüyümüz:

• “King Icahn: The Biography of a Renegade Capitalist” — onun xarakterini və üsullarını təsvir edən bioqrafiya.
• “Icahn: The Restless Billionaire” — HBO (2022) sənədli filmi, burada Icahn kapitalizm, hakimiyyət və korporativ səhvlər haqqında düşüncələrini bölüşür.


🧩 Təsiri

Carl Icahn sadəcə investor deyil — o, maliyyə dünyasının filosofudur. O daima səhmdarların hüquqları uğrunda və menecerlərin axmaqlığına qarşı mübarizə aparıb.