Maliyyə dünyasının Indiana Jones-u

Maliyyə dünyasının Indiana Jones-u
Photo by Colton Jones / Unsplash

1997-ci ilin avqust ayında Sankt-Peterburq şəhərində qəfil atəş səsləri eşidildi🔫. Nevsky Prospekt üzərində çardaqda gizlənmiş snayper AK-47 ilə hökumət “Volvo”suna atəş açdı. Hədəf 36 yaşlı Mikhail Manevich idi — şəhərin özəlləşdirmə komitəsinin rəhbəri. Güllə avtomobilin damını deşərək onu yerindəcə öldürdü.

Eyni anda isə göy üzündə Mark Mobius Nijniy Novqorod istiqamətində uçurdu ✈️ — O növbəti satışa çıxarılan aktivləri qiymətləndirməyə gedirdi. Bu hadisə onun üçün sadəcə kriminal xəbər deyildi, inkişaf etməkdə olan bazarlarda risklərin nə qədər yüksək olduğunu xatırladan sərt siqnal idi.

O, Qərb kapitalının dünyanın ən uzaq nöqtələrinə ekspansiyasının simvoluna çevrildi 🌍. İnkişaf etməkdə olan bazarların pioneri kimi Wall Street və City of London investorlarını inandırdı ki, Thailand, Brazil və ya Russia kimi ölkələrə investisiya etmək avantüra deyil — yüksək gəlirin yeganə yoludur.


Səyyah investor ✈️🌴

Mobius ilin 300-dən çox gününü şəxsi Gulfstream təyyarəsi ilə səyahətdə keçirirdi. O, Singapore şəhərində qızardılmış əqrəblər, səhrada dəvə əti, rəsmi qəbullarda qoyun gözü dadmışdı.

Buna görə də ona “maliyyə dünyasının Indiana Jones-u” deyirdilər. Amma bu ekzotikanın arxasında dəmir intizam və güclü akademik baza dayanırdı. Massachusetts Institute of Technology-də fəlsəfə doktoru olan Mobius, onilliklər ərzində formalaşdırdığı prinsiplərlə imperiya qurmuşdu 📚

Bellmore-dan MIT-ə 🎓

Mobius 17 avqust 1936-cı ildə Bellmore (Long Island) şəhərində, Almaniya və Puerto-Rikodan olan immiqrant ailəsində anadan oldu. Uşaqlıqdan əməksevərlik və qənaətkarlıq onun düşüncə tərzini formalaşdırdı.

O, əvvəlcə Boston University-də incəsənət və kommunikasiya oxudu, sonra iqtisadiyyat və politologiyaya keçdi. Magistr dərəcəsindən sonra MIT-də doktorluq aldı. Yaponiyanın Kyoto University-də təhsil isə ona Asiya mədəniyyətini dərindən anlamağa kömək etdi.

Ancaq investisiya dünyasına ayaq basmamışdan əvvəl o, barlarda piano çalmaqdan tutmuş silahların nəzarəti üzrə konsultasiyaya qədər müxtəlif işlərdə çalışmışdı 🎹

Böyük dönüş nöqtəsi 📊

1960-cı illərdə o Hong Konga köçür və orda məsləhətçi kimi çalışır. 1987-ci ildə əfsanəvi investor John Templeton onu Templeton Emerging Markets Fund-a rəhbərlik etməyə dəvət etdi — bu, New York Stock Exchange-də listinq olunan ilk inkişaf etməkdə olan bazarlar fondu idi.

Mobiusun yanaşması klassik value investing ilə “yerində araşdırma”nın qarışığı idi. O kondisionerli ofisdən milyardları idarə etmək mümkün olmadığını vurğulayırdı. Cənubi Amerika, Asiya və Afrika-da şirkətləri səyahət edərək, aralarında mükəmməl investisiya hədəfləri axtarırdı.

FELT sistemi: reallığın filtri 🧠

Mobius bazarları qiymətləndirmək üçün FELT sistemini yaratdı:

  • Fair ⚖️ — investor hüquqları qorunur mu?
  • Efficient ⚙️ — əməliyyatlar nə qədər səmərəlidir?
  • Liquid 💧 — aktivdən çıxmaq mümkün olacaq mı?
  • Transparent 🔍 — şirkətdə nələrin baş verdiyini görmək olur mu?

Onun fikrincə, şəffaflıq yoxdursa — sizi aldatmaq istəyirlər (və aldadacaqlar)

“Pis vaxtlar — yaxşı vaxtlardır” 📉➡️📈

Mobius bazar çöküşlərini fürsət kimi görürdü. O, əsas pullarını böhran zamanı qazanmışdı — xüsusilə Thailand (1997) və Russia (1998) dövrlərində.

Emosiyaların investisiyada ən böyük düşmən olduğunu vurğulayırdı. Hətta Stanford University araşdırmasına istinad edərək deyirdi ki: qorxu hissi zəif olan insanlar daha yaxşı investordur.

“Uğurlu investor olmaq üçün bir az ‘funksional psixopat’ olmaq lazımdır” 😄

Acı dərslər ⚠️

Təbii ki Mobiusun , səhvləri də olurdu.

Qardaş Türkiyədə Kepez Electric investisiyası kağız üzərində ideal görünürdü. Amma Uzan ailəsi (Çukurova Grup) "Kepezi" şəxsi “kassa”ya çevirdi. Mobius məhkəmələrdə mübarizə aparsa da, qalib gələ bilmədi.

Braziliyada isə Mesbla ilə oxşar vəziyyət yaşandı — əsas səhmdarlar problemləri gizlədib sakitçə öz paylarını satdılar. İnvestorlar da bankrot olan bir şirkət ilə üz üzə qaldılar.

Risk və qumar arasındakı sərhəd 🎲

Mobius məlumat yoxdursa, investisiya qumardır deyirdi.

Müasir alətlər bu sərhədi daha da incə edir: Quant trading 🤖, Prediction markets 📊, 0DTE opsionları (yəni bir günlük - müddəti “sıfır” olan opsionlar)⚡

Onun fikrincə, bunlar dəyər yaratmır, sadəcə spekulyasiyadır.

Son illər və miras 🕊️

Mobius bazar qarşısında “təvazökarlığı” əsas prinsip sayırdı. O, son günlərinə qədər öyrənməyə davam etdi, yeni fondlar yaratdı və yeni bazarlar araşdırdı.

Mark Mobius 15 aprel 2026-cı ildə Singapore şəhərində 89 yaşında vəfat etdi.

Onun həyatı göstərdi ki, inkişaf etməkdə olan bazarlar yalnız risk deyil — həm də milyonlarla insanı yoxsulluqdan çıxaran güclü mexanizmdir 🌍

O bir neçə kitabın müəllifidir və bu sözləri ilə yadda qalacaq:

“Pis vaxtlar — yaxşı vaxtlardır.”

“Menecment keyfiyyəti hər şeydən önəmlidir.”

“Tunelin sonunda işıq görürsünüz? Artıq almaq üçün gecikmisiz.”