"Common stocks and uncommon profits", Philip Fisher, 1-ci hissə
Benjamin Graham ucuz səhmələr axtarmağı öyrədirdisə, Philip Fisher fərqli yanaşma təklif etdi: illərlə böyümək potensialı olan, dayanıqlı üstünlüklərə sahib şirkətləri almaq.
Bu gün biz Philip Fisher-in "Common stocks and uncommon profits" kitabının əsas fikirləri haqqında post silsiləsinə başlayırıq.
Fisher şirkət təhlilini sistemləşdirmək üçün 15 meyardan ibarət çeklist istifadə edirdi. İlk 10-nu bu gün Sizə təqdim edirik 👇Bir də Sizə əlavə bir təklifimiz var. Bir şirkəti seçin (məsələn Apple) və oxuduqça, bu meyarları onlara tədbiq etməyə çalışın. Əminəm, belə daha maraqlı olacaq. Başlayaq.
İlk beş kriteriya 🔥
✅ 1. Uzun illər üçün bazarda satış artışı potensialı (“Sizable increase in sales for several years”) olan şirkət
Fisher yalnız bu gün yaxşı görünən şirkətlərə investisiya etmirdi.
Əsas sual:
👉 biznes bir neçə il ardıcıl satışları artıra biləcəkmi? Bunu həyata keçirmək üçün məhsulları var mı?
Siqnallar:
• böyüyən bazar
• real problemi həll edən məhsul
• miqyaslana bilən biznes modeli
✅ 2. Yeni məhsullar yaratma bacarığı
Cari məhsul xətti tükənəndə — sonra nə olacaq? Şirkət yeniliklər üzərində çalışır mı?
Fisher axtardığı şirkətlər:
• inkişaf mədəniyyəti olan
• yeni məhsullar üzərində işləyən
• gələcək “böyümə lokomotivləri”ni hazırlayan
✅ 3. R&D effektivliyi
Sadəcə araşdırma xərcləmək kifayət deyil — nəticə olmalıdır.
Fisher özünə bu sualı verdirdi:
👉 R&D şirkətə real rəqabət üstünlüyü gətirir mi?
• gözəl təqdimatlar edən,
• innovasiyanı imitasiya edən,
• pulları havaya xərcləyən
şirkətlərdən uzaq dururdu.
✅ 4. Güclü satış sistemi
Bir çox investor satışların əhəmiyyətini az qiymətləndirir.
Fisher fikrinə görə ən yaxşı məhsul belə güclü satış şəbəkəsi olmadan uğursuz olar
Vacib amillər:
• peşəkar satış komandası
• marketinq strategiyası
• müştəri ilə daimi iş
Ən yaxşı şirkətlər satmağı bacaranlardır.
✅ 5. Yüksək mənfəət göstəriciləri
Sadəcə satmaq kifayət deyil, gəlirlə satmaq lazımdır. Satışların artması, amma mənfəətin olmaması — bu artıq biznes yox, hobbi kimi görünür.
Fisher sahə ortalamasından yüksək mənfəətlə pul qazana bildiyini sübut edən şirkətləri axtarırdı.
6–10-cu kriteriyalar 🔥
Əgər ilk beş meyar şirkətin məhsullarını, satışlarını və ümumi potensialını qiymətləndirirdisə, növbəti beşlik — daxili idarəetmənin keyfiyyətini ölçmək üçün nəzərdə tutulub.
Fisher üçün şirkətin iç həyatı, mədəniyyəti və idarəetmə gücü bəzən maliyyə göstəricilərindən belə vacib idi.
✅ 6. Şirkət mənfəət marjasını qorumaq və artırmaq üçün nə edir?
5-ci meyarda qeyd olunan yüksək marja tək başına kifayət deyil — bu üstünlüyü sabit saxlamaq, ya da gücləndirmək lazımdır.
Fisher təhlil zamanı bu suallara cavab axtarırdı:
👉 xərc optimizasiyası var mı?
👉 istehsalda səmərəlilik artırılır mı?
👉 texnologiyadan istifadə güclüdür mü?
Bu suallar şirkətin gələcəkdə daha rəqabətli olub-olmadığını göstərir.
✅ 7. Əməkdaşlarla və işçilərlə münasibətlər
Fisherin fikrinə görə, xoşbəxt işçilər — güclü şirkətin əsas nöqtəsidir. Düşünün ki bunu 20-ci əsrin ortalarında yazmışdı (!)
Əsas əlamətlər:
• aşağı kadr dövriyyəsi
• ədalətli şərtlər
• motivasiya proqramları
• şəffaf korporativ davranış
Pis işçi münasibətləri = ciddi uzunmüddətli risk.
✅ 8. Yuxarı menecment arasında münasibətlər
Menecerlər bir-biri ilə mübarizə aparırsa — şirkət inkişaf etmir.
Fisher üçün vacib olan xüsusiyyətlər:
• rəhbərlər arasında qarşılıqlı hörmət,
• ortaq vizyonun mövcudluğu,
• daxili “intriqalar və siyasət” kimi destruktiv cəhətlərin olmaması
Bir də yuxarı menecerlər arasında məvacibdə böyük fərq olmamalıdır. Paxıllıq və “ayaq qazmaların” qarşısını almaq üçün.
✅ 9. İdarəetmədə dərinlik
Şirkətdə tək bir dahiyə güvənmək təhlükəlidir.
Fisher bunun əvəzinə:
• geniş, güclü və təcrübəli idarəetmə komandası,
• səlahiyyətlərin bölünməsi,
• ardıcıllıq planlaşdırması
olan şirkətlərə üstünlük verirdi.
Yəni şirkət bir nəfərlə yox, sistemlə işləməlidir.
✅ 10. Xərc analizi və uçot sisteminin keyfiyyəti
Bu kriteriya sadə görünsə də, son dərəcə əhəmiyyətlidir.
Fisher bu suallara cavab axtarırdı:
👉 şirkət xərclərini nə qədər dəqiq və vaxtında ölçür?
👉 qərarların arxasında real data varmı?
👉 uçot sistemləri çağdaş tələblərə uyğundurmu?
Güclü xərc və uçot nəzarəti — sağlam, effektiv biznes deməkdir.
Ən vacib amil isə - "Şirkət böyüyəndə, xərclər yüksəlməsin, ya da daha aşağı temp ilə artsın"
🔥 Bu meyarlar Fisher-in yanaşmasında şirkətin daxili gücünü açır:
Liderlik, mədəniyyət, proseslər, komanda və səmərəlilik.
davamı var