"Common stocks and uncommon profits", Philip Fisher, 2-ci hissə
(1-ci hissə)
Son beş meyar Fisher-in yanaşmasının ən “dərin” hissəsidir.
Burada o, şirkətin rəqabət üstünlükləri, uzunmüddətli düşüncə tərzi, kapital strukturu və rəhbərliyin dürüstlüyü kimi strateji məsələlərə fokuslanırdı.
Keçək 11–15-ci kriteriyalara 👇
✅ 11. Şirkətin rəqibləri qarşısında ona üstünlük verən özünəməxsus xüsusiyyətləri var mı?
Bu, Fisher-in “möhkəm qala xəndəyi” yanaşmasıdır — sonradan Warren Buffett bunu "moat" kimi məşhurlaşdırdı. Üstünlüklər bunlar ola bilər:
• patentlər
• bazar liderliyi
• miqyas üstünlüyü
• texnologiya
• müştəri loyallığı
• unikallıq
Yəni şirkət niyə rəqibləri üstələyir, və ən vacibi - bu üstünlük nə qədər davam edəcək? Çünki heç bir üstünlük daimi deyil. 🧐
✅ 12. Şirkət mənfəətə qısa yoxsa uzunmüddətli yanaşır?
Bazar adatən qısa müddətli nəticələri qiymətləndirir. Menecment də bunu yaxşı başa düşür və bəzən öz maraqlarını üstün tutaraq (məsələn bonuslarını düşünərək) qısamüddətli gəlir üçün uzunmüddətli dəyərlərini qurban verir.
Fisher-in diqqət verdiyi məqamlar:
• menecmentin strateji baxışı
• davamlılıq naminə edilən investisiyalar
• gələcək üçün qurbanlar verməyə hazır olma.
✅ 13. Gələcəkdə böyümə şirkətin səhm sayını həddən artıq artırmağı tələb edəcəkmi?
Sual sadədir:
👉 şirkət böyüdükcə pul qazanacaq, yoxsa bazardan daha çox pul cəlb edəcək?
Əgər şirkət:
• hər genişlənmədə yeni səhm buraxırsa
• daim kapital axtarırsa
• özünü maliyyələşdirməkdə çətinlik çəkirsə
bu, mövcud investorların payını sulandırır (azaldır) və Fisher bunu ciddi risk hesab edirdi.
✅ 14. Rəhbərliyin səmimiyyəti. Onlar yalnız yaxşı xəbərləri bölüşür, yoxsa problemlər olanda da açıq şəkildə danışırlar?
Bu meyar Fisher üçün inanılmaz dərəcədə vacib idi.
Əlamətlər:
• şirkət uğurları geniş yayır
• problemlər olanda isə susur
👉 belə rəhbərlikdən uzaq durmaq lazımdır.
✅ 15. Rəhbərliyin dürüstlüyü və etibarlılığı
“Management of unquestionable integrity”
Fisher-in fikrincə, ədalətsiz, manipulyativ və ya şişirdilmiş açıqlamalar verən rəhbərlik — ən böyük riskdir. O, bu suallara cavab axtarırdı:
• rəhbərliyin sözünə güvənmək olur mu?
• qərarlarında etik davranırlar mı?
• səhvlərini etiraf edirlər mi?
Şirkətdə hər şey yaxşı ola bilər — amma rəhbərlik dürüst deyilsə, bu biznesə investisiya etməyə dəyməz.
Bunu Warren Buffett da dəfələrcə vurğulamışdı.
🔥 Beləliklə, Fisher-in 15 meyarı şirkətin:
• məhsulunu
• innovasiyasını
• daxili idarəetməsini
• rəqabət gücünü
• strateji düşüncəsini
• maliyyə sabitliyini
• və ən əsası — rəhbərliyinin xarakterini
çoxşaxəli şəkildə qiymətləndirir.
Kitab bu 15 meyar ilə bitmir. Növbəti postlarımızda kitabın digər vacib və maraqlı məqamlarına toxunacağıq.