"Common stocks and uncommon profits", Philip Fisher, 3-cü hissə
Philip Fisher öz kitabında investorlar üçün 10 “ETMƏ” qaydalarını da açıqlayıb.
Bəzən ən doğru addım — səhv etməməkdir.
Philip Fisher-in fikrincə, böyük gəlir gətirən investisiya strategiyası təkcə “nə etmək lazımdır”dan ibarət deyil. Bəzən daha vacibi olan isə — nə ETMƏMƏK lazımdır.
Onun məşhur “Five Don’ts” və “Five More Don’ts” bölmələri bu baxımdan investor üçün çox faydalıdır.
Gəlin onları nəzərdən keçirək 👇
🔵 FIVE DON’TS — ilk 5 “ETMƏ” qaydası
1️⃣ Yeni promotional şirkətlərə investisiya ETMƏ
Fəaliyyətə yeni başlayan və hələ özünü sübut etməmiş şirkətlərdən uzaq durmağı məsləhət görür. Onlara investisiya — peşəkarların işidir. Adi investor üçün risk normadan yüksəkdir. Bazarda daha az riskli yaxşı imkanlar mövcüddur.
2️⃣ Səhm açıq bazarda satılmadığına görə onu GÖZARDI ETMƏ (fikrimizcə bu təklif artıq aktual deyil, ancaq orjinallığı qorumaq üçün saxlamalıyıq)
“Over the counter” birjadan kənar ticarət üsuludur. Bəzən bu şəkildə satılan keyfiyyətli səhmlər, bir çox kağızlardan daha likvid olur.
Əsas şərt: düzgün şirkət + vicdanlı broker.
3️⃣ İllik hesabatın xoş “tonu”na görə ALIŞ ETMƏ
Hesabatın gözəl yazılması — real göstərici deyil. Bu, sadəcə yaxşı reklam effekti ola bilər. Hesabatı menecment hazırlayır və onların öz maraqları ola bilər.
Analiz — detallarda gizlidir.
4️⃣ Yüksək P/E görə gələcək artımın artıq qiymətə daxil olduğunu FƏRZ ETMƏ
Fisher yüksək P/E-dən çəkinməməyi təklif edir. Bu bəzən mükəmməl şirkətin illərdir davam edən etibarlı performansının əks edir.
“Bahalı” görünsə də gələcək potensialına baxmaq lazımdır.
5️⃣ Alış zamanı 1/8 və ya 1/4 qiymət fərqinə görə xırdaçılıq ETMƏ
Cüzi qənaət üçün alışın gecikdirilməsi uzun müddətdə qazancın itirilməsinə səbəb ola bilər.
🔵 FIVE MORE DON’TS — Daha 5 qızıl “ETMƏ” qaydası
6️⃣ Diversifikasiyanı şişirtmə
Fisher həddindən artıq və məhz diversifikasiya məqsədli alışlardan uzaq durmağı təklif edir. Şirkəti tanımadan investisiya etmək — konsentrasiya riskindən da pisdir.
Bu fikri Warren Buffett da dəfələrcə vurğulayıb
7️⃣ Müharibə qorxusunda almaqdan ÇƏKİNMƏ
Panika zamanı bazar düşür — ancaq bu satış vaxtı deyil.
Əksinə, giriş üçün nadir fürsət ola bilər.
8️⃣ Əhəmiyyətsizə fokuslanma (müəllif bunu "Gilbert and Sullivanı unutma" adlandırır)
Şirkətin keçmiş yüksək/aşağı qiymətləri — demək olar ki, heç nə ifadə etmir.
Eyni ilə, son illərin qazanc göstəricilərinə həddindən çox önəm vermək də yanlışdır.
Əsas olan — gələcəkdə nə ola biləcəyini anlamaqdır.
9️⃣ Səhm alarkən yalnız qiymətə yox, ZAMANA da bax
Əla şirkətlərdə doğru zamanlama ən azı qiymət qədər önəmlidir.
Şirkətin inkişaf mərhələsi, dövrün iqtisadi şərtləri — hamısı nəzərə alınmalıdır.
🔟 Sürü psixologiyasına KOR-KORANƏ QOŞULMA
Kütlə emosiyalarla hərəkət edir — investor isə məlumat və analizlə.
Ən böyük səhvlərin çoxu kütləyə uymaqdan yaranır.
🟢 Nəticə
“Səhvlərdən qaçmağı bacaran investor — artıq yarı yolda qalibdir.” Bunu bir çox məşhur investor öz kitablarında, nitqlərində və məktublarında vurğulayıb. Başa düşmədiyinizdən uzaq durun, emosional hərəkət etməyin və başqasının sözüylə “oturub durmayın”.