"Common stocks and uncommon profits", Philip Fisher, 4-cü hissə

"Common stocks and uncommon profits", Philip Fisher, 4-cü hissə

Bugünkü postla Philip Fisher-in “Common Stocks, Uncommon Profits” kitabı haqqında silsiləni tamamlayırıq. (3-cü hissə)

Bu yazıda kitabın qalan hissələrini yekunlaşdırırıq.

🕰 “Nə vaxt almaq?” fəsli

Philip Fisher kifayət qədər açıq şəkildə etiraf edir ki, bazarı proqnozlaşdırmaq heç kimin gücündə deyil. Buna görə də o, diqqəti bazara deyil, şirkətin təhlilinə, onun dəyərinə və böyümə perspektivlərinə yönəltməyi tövsiyə edir 📊
Bununla belə, kitabında qeyd etdiyi bir nümunədə müəyyən məsləhətə bənzər fikir səsləndirir: Bu, şirkətin artıq bəzi kapital investisiyalar etdiyi, məhsulu bazara çıxardığı və həmin investisiyalardan gəlirin formalaşmağa başladığı, lakin səhm qiymətlərində bu hələ əqs olunmayıbsa, bu alış üçün yaxşı vaxt ola bilər.

Will Danoff (Peter Lynch-in şagirdi) çox sadə ifadəsiylə desək:
“Stocks follow earnings” 📈 “Səhm (qiyməti) mənfəəti izləyir”

Philip Fisher-in qətiyyən tövsiyə etmədiyi bir şey isə — şöhrətin zirvəsində olan vaxtda səhm almaqdır ❌

🔄 "Nə vaxt satmalıyıq?"

Philip Fisher səhmlərin satılması üçün üç əsas səbəb göstərir:

1️⃣ Ən aydın səbəb — biznesin təhlilində və perspektivlərinin hesablanmasında səhv edildiyi ortaya çıxır. Bu zaman səhmlər dərhal satılmalıdır.

2️⃣ Zaman keçdikcə şirkət Philip Fisher-in 15 meyarına artıq cavab vermədiyi halda. (məs. şirkət çox böyüyür və daha bürokratik olur, yeni məhsullar təklif olunmur və s.)

3️⃣ İnvestorun resursları məhduddur və daha perspektivli investisiya imkanları yarandıqda, artıq potensialını tam reallaşdırmış mövqelər satılmalıdır.

💰 Dividendlər haqqında fikirlər

Philip Fisher hesab edirdi ki, dividendlər ətrafındakı səs-küy şişirdilib. Onun bu yanaşması məntiqlidir, çünki o, growth (böyüyən) şirktlərə investisiya edirdi 🚀
Belə şirkətlər üçün mənfəəti dividendlər şəklində paylamaqdansa, biznesin inkişafına yönəldilməsi daha cəlbedicidir.

🧩 Nəticələr

Philip Fisher ilk növbədə böyümə potensialı olan, onun 15 meyarına cavab verən bizneslərə fokuslanırdı. O, anlamadığı və ya dərindən öyrənə bilmədiyi bizneslərə heç vaxt investisiya etmirdi.

Fisher, diversifikasiyanın tərəfdarı deyildi. Nəyə sahib olduğunu anlayırsansa, risklər nəzarət altındadır.

Philip Fisher makroiqtisadi proqnozların da tərəfdarı deyildi və onun sözlərinə görə, 5–10 illik perspektivdə qısamüddətli iqtisadi dalğalanmalar əhəmiyyət daşımır ⏳

Warren Buffett öz investisiya strategiyasını "85 % Ben Graham, 15% Philip Fisher"in fikirlərindən ibarət olduğunu qeyd etmişdi.

Bununla bu kitab haqqında yazılarımız bitdi. Əsas ideyaları çox qısa şəkildə izah etməyə çalışdıq. Ümid edirik Sizə maraqlı oldu.