İnvestisiya strategiyaların müqayisəsi (May 2026)

İnvestisiya strategiyaların müqayisəsi (May 2026)
Photo by Kier in Sight Archives / Unsplash

Hörmətli oxucu, hər vaxtınız xeyir. Adətən “Sell in May and go away” (may ayında sat və istirahətə get) deyilən may ayı da başa çatdı. Bəzi tədqiqatlar göstəriк ki, yay aylarında gəlirlilik payız və qış ayları ilə müqayisədə xeyli aşağı olur. Bu il necə olacağını zaman göstərəcək, hələlik isə may ayında portfellərimizin nəticələrinə qayıdaq.
(portfellər haqqında məlumatı və aprel ayı üzrə nəticələri daha əvvəlki yazımızdan oxuya bilərsiniz)

Apreldə başlayan yüksək texnologiya sektorundakı bazar rallisi may ayında da davam etdi. Bu sektorlarla əlaqəli olan 2 portfel (QQQ, GARP) 10%-dən yüksək gəlirlilik göstərdi. Bunun sayəsində ETF GARP araşdırmamızın bütün dövrü üzrə liderə çevrildi.
May ayının sonunda Magic Formula portfelinin isə rebalans vaxtı gəldi və iyun ayından etibarən portfelə aşağıdakı ticker-lər daxil olacaq:

AFMJF, BCRX, GIB, COLL, CCSI, CRMD, EGHSF, EVER, GCT, HRB, HRMY, HPQ, INVA, IRWD, WLY, KFY, MD, PRDO, PXED, PBI, PLTK, RIGL, SSTK, STRA, CI, TNET, UPWK, VSNT, YELP, GTM
ссс