Wall Street-ə düşünməyi öyrədən insan!
Onun məktublarını Warren Buffett, Ray Dalio və minlərlə investor oxuyur. Onun ən məşhur sözlərindən biri isə: “Uğur qazanan ən ağıllı deyil, riski ən yaxşı anlayandır”.
👤 Howard Marks
Howard Stanley Marks 1946-cı ildə Nyu-Yorkda, orta sinif yəhudi ailəsində doğulub.
📘 Uşaqlıqdan analitik düşüncəyə malik idi — riyaziyyat və məntiqi çox sevirdi.
🎓 Wharton School (University of Pennsylvania)-nı iqtisadiyyat ixtisası üzrə bitirib, daha sonra University of Chicago Booth School of Business-də MBA dərəcəsi alıb.
Orada bazarların davranışı və investor psixologiyası üzərində dərin tədqiqat aparıb.
Karyerasına Citicorp-da başlayıb və ilk dəfə burada “junk bonds” — yüksək gəlirli, amma riskli istiqrazlarla tanış olub. Elə orada dərk edib ki, bazarın ən yaxşı imkanları — əksəriyyətin qorxduğu yerdə gizlənir.
🏦 Oaktree Capital
1995-ci ildə Marks və Bruce Karsh ilə birlikdə Oaktree Capital Management şirkətini yaradıblar. Bu gün bu şirkət $180 milyarddan çox aktiv idarə edən dünyanın ən böyük fondlarından biridir.
🎯 Əsas fokus — distressed debt (problemli borclar) və special situations (xüsusi vəziyyətlər: şirkət bölünmələri və birləşmələri kimi və s.)
Oaktree tez-tez iflas həddində olan şirkətlərə sərmayə qoyur və digərləri belə investisiyalardan çəkinəndə, onlar qazanır.
📈 Onun strategiyası necə dəyişirdi?
🧭 İlk illərdə — diqqətli kredit analitiki idi.
💡 Daha sonra “junk bond” üzrə mütəxəssis oldu və başa düşdü ki, “risk düşmən deyil, sadəcə onu yaxşı anlamaq lazımdır.”
🔄 2000-ci illərdə o, bazarda "dövrlər" (market cycles) üzərində fokuslandı: bazarın eyforiya və ya panika mərhələsində olduğunu analiz edərək kütlənin əksinə hərəkət etməyi öyrəndi. Onun ən mühüm anlayışı — “second-level thinking” (ikinci səviyyə düşünmə):
- Birinci səviyyə düşüncəsi: şirkət yaxşıdır, alım.
- İkinci səviyyə düşüncəsi: bəli, o yaxşıdır, amma bunu hamı bilirsə — qiymət artıq çox yüksəkdir.
📊 Oaktree Capital uzun illər boyu istiqraz bazarından daha yüksək gəlir göstərib, həm də daha az risklə.
Marks-ın fondları 2000-ci və 2008-ci illərin böhranlarını fürsət kimi dəyərləndirib. 2008-ci ildə, hamı panika şəklində bütün aktivlərini satanda, Marks 11 milyard dollar cəlb edir və aşağı qiymətlə investisiya edir. Bu aqressiv alışlar nəticəsində iki rəqəmli gəlir qazanıb.
🎖 Onun reputasiyası — spekulyasiyalar yox, riskin idarəsi və xaosda soyuqqanlı qalmaqdır.
Təsadüfi deyil ki, Buffett onun haqqında belə deyib:
“When I see memos from Howard Marks in my mail, I read them right away.” (mail-imdə Howard Marks-ın memolarını görəndə, dərhal oxumağa başlayıram)
📚 Kitabları
📗 “The Most Important Thing” — düşünən investor üçün masaüstü kitab.
📘 “Mastering the Market Cycle” — bazar dövrlərini başa düşmək, panikadan uzaq durmaq və fürsəti öz xeyrinə çevirmək barədə əla qaynaqdır.
🔥 Howard Marks məşhur sitatları:
💡 “Pis və ya yaxşı aktiv olmur, bahalı vəya ucuz olur”
💡 “İnvestisiya — gələcəyi tapmaq oyunu deyil, bilmədiyin halda riski idarə etmək sənətidir.”
💡 “Məqsəd qalib gəlmək deyil, uduzmamaqdır.”
💡 “Bazarın qazancı çox vaxt daha sürətli olanlara yox, daha sakit qalanlara çatır.”
Əgər sadəcə varlı deyil, ağıllı investor olmaq istəyirsənsə — onun memo-larını oxumağa məsləhət görürük.